Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan tarixində əbədi qalacaq
13.11.2020 [09:02]
Sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları alt-üst etdi. Döyüşlərin ilk günlərindən etibarən Ermənistanın hərbi xuntası ümid edirdi ki, hansısa dövlət Azərbaycanı bu haqq işindən dayandıracaq, beynəlxalq birlik ölkəmizə təzyiq edərək işğalçı dövləti xilas edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Deputat deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər Ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı döyüşləri dayandırması üçün etdiyi bütün cəhdlər uğursuz oldu, onun Ermənistan-Azərbaycan münaqişəsinə dünyanın böyük dövlətlərini cəlb etmək xülyaları iflasa uğradı.
Bununla da döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddət ərzində darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Qarabağ müharibəsinin başladığı ilk günlərdən etibarən hissə-hissə azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın adlarını görən hər bir azərbaycanlının sevinc və qürur hisslərindən ürəyi dağa dönürdü.
Böyük strateji əhəmiyyətə malik və Qafqazın incisi sayılan Şuşanın qüdrətli Ordumuz tərəfindən işğaldan azad edilməsi isə çox mühüm tarixi hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın erməni işğalından azad edilməsi barədə müjdəsi Azərbaycan xalqı tərəfindən xüsusi coşqu ilə qarşılandı. Şuşanın azad edilməsi Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinə çevrildi. Şuşanın azad edilməsi, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsidir. Şuşanın azad edilməsi ilə Ermənistan çıxılmaz duruma düşdü. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdürüldü, Paşinyanın öz ölkəsini və dünya ictimaiyyətini aldatmaq taktikası əhəmiyyətini birdəfəlik itirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük siyasi, strateji və mənəvi məzmun daşıyır. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqını məlumatlandırdı. Yaranmış vəziyyət Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəddir. Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoyur.
Deputat qeyd edib ki, razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam rayonları ərazisindən işğalçı qoşunlarının çıxarılması barədə öhdəlik götürür. Beləliklə, məcburi köçkün olan həmvətənlərimizin 30 illik yurd həsrətinə son qoyulur. Onlar öz doğma torpaqlarına qayıda biləcəklər. Daha bir vacib məqam ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yazılmayıb. Bu isə o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bununla da Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmək istiqamətində tarixi addım atıldı. Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, türk dünyasının birbaşa yerüstü tranzit-rabitə əlaqələri bərpa edilir.
Ağalar Vəliyev söyləyib ki, imzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət daşıyır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcəklər. Bu, o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə iştirak edəcək.
Bir sözlə, Azərbaycan xalqı və dövləti böyük tarixi zəfər qazanıb. Noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

