Razi Nurullayev: Fransa hökuməti Senatın qətnaməsini ləğv etməlidir
28.11.2020 [01:15]
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizin ərazisinin 20 faizi işğal olundu, 1 milyondan çox insan öz yurdlarından didərgin düşdü. İkinci Qarabağ müharibəsi zamanı rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini hərbi yolla azad etdi. Döyüşlərdə məğlub olan Ermənistan kapitulyasiyaya imza ataraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını dinc yolla tərk etməyə məcbur oldu”. Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.
Razi Nurullayev bildirib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə ermənilər həmin ərazilərdə misli görünməmiş vəhşilik törədiblər. Onun sözlərinə görə, insanların evləri tamamilə dağıdılıb, tarixi, mədəni, dini abidələrimiz məhv edilib, təbiətə çox ciddi ziyan vurulub.
“Təcavüzə məruz qalan, meşələri qırılan, şəhərləri və kəndləri dağıdılan, insanların məcburi köçkün vəziyyətinə düşdüyü ölkə bizik. Bu gün torpaqları işğaldan azad olunan insanlar görürlər ki, onların evləri yandırılıb, məzarlıqları təhqir edilib, məscidlərində donuz saxlanılıb. Belə olan halda, Fransa Senatı hansı əsasla ermənilərin mənafeyinə xidmət edən qətnamə qəbul edir? Bu ölkə separatçılara dəstək nümayiş etdirir. Belə olan halda, Fransa bölgədə sülhə heç bir töhfə verə bilməz”, - deyə partiya sədri qeyd edib.
Onun sözlərinə görə, bu ölkənin Senatının qətnaməsi bizim üçün kağız parçasından başqa bir şey deyil: “Bir sözlə, Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyirəm, qınayıram. Bu tipli addımlar dünyada separatizmə yol açır. Fransa hökuməti Senatın qətnaməsini ləğv etməlidir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

