Asim Mollazadə: 10 dekabr Zəfər paradı ilə Azərbaycan bütün dünyaya mühüm mesajlar ünvanladı
15.12.2020 [09:38]
“Bakıda keçirilən Zəfər paradı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin təzahürü idi. 10 dekabr Zəfər paradı ilə Azərbaycan bütün dünyaya mühüm mesajlar ünvanladı. Eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin hərbi paradda iştirakı “Bir millət, iki dövlət” kəlamının təntənəsi idi”. Bunu qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
“Bakı sakinlərinin küçələrdə müzəffər Azərbaycan Ordusunu və Azərbaycan-Türkiyə birliyini alqışlaması Zəfər paradının xalqımız üçün nə qədər böyük önəm daşıdığını göstərdi. Azərbaycanın qalib dövlət olduğu və Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı barədə dünyaya mesaj verildi. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin gücü və qüdrəti bu paradda bir daha nümayiş etdirildi. Görünən odur ki, bu qələbə hər bir azərbaycanlının Vətənə və dövlətə inamını daha da artırıb və böyük qürur hissi bəxş edib. Əminəm ki, Vətən müharibəsində qalib gələn Azərbaycan xalqı bundan sonra da daha şövqlə dövlətimizin inkişafına öz töhfəsini verəcək”, - deyə A.Mollazadə bildirib.
Partiya sədri onu da əlavə edib ki, hər iki qardaş ölkənin birgə fəaliyyəti regionda sabitliyin əldə olunması üçün mühüm faktordur: “Azərbaycan və Türkiyə dövlətlərinin rəhbərləri mətbuata açıqlamalarında yeni bir işbirliyi platformasını beynəlxalq ictimaiyyətə təqdim etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Sözsüz ki, bu platforma əməkdaşlıq və tərəfdaşlıq əsasında münasibətlər quran bütün region ölkələrinin inkişafına töhfə verə bilər”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29

