Tahir Kərimli: ATƏT-in Minsk qrupu ötən illər ərzində yalnız fəaliyyətsizliyi ilə seçildi
19.12.2020 [00:15]
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi missiya rolunu oynamalı olan ATƏT-in Minsk qrupu ötən illər ərzində yalnız fəaliyyətsizliyi ilə seçildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə həmsədrləri qəbul edəndə bildirdi ki, Minsk qrupu həmsədrləri ötən dövr ərzində yalnız status-kvonun saxlanılması üçün səy göstəriblər. Bu isə qəbulolunmazdır. Ümumiyyətlə, Minsk qrupunun münaqişənin həllinə yanaşması onları ayrı-ayrılıqda təhlil etdikdə bir daha üzə çıxır”.
Bunu qəzetimizə açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli deyib. Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin ardından Minsk qrupunun həmsədri olan Fransanın davranışları bir daha bütün həqiqətlərin üzərinə işıq salır: “Fransa BMT TŞ-nin üzvü olaraq qurumun Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı məlum qətnamələrinə səs verib. Lakin bu qətnamələr illərdir kağız üzərində qalmışdı. Sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsi həm də bu qətnamələrin icrasını təmin etdi. İstər aktiv döyüşlər zamanı, istərsə də üçtərəfli Bəyanatın imzalamasından sonra Fransa parlamenti ermənipərəst mövqedən çıxış etməyə, hətta separatçı rejimi tanımaq kimi cəhdlərə əl atdı. Bu, qəbulolunmazdır və Minsk qrupunun həmsədri kimi Fransanın ən azından neytral mövqe tutmadığını göstərir. Bu baxımdan, artıq yeni mərhələdə ATƏT-in Minsk qrupunun fəaliyyəti gərəksizdir. Regionda yeni siyasi reallıqlar yaranıb. Rusiya və Türkiyə hazırda sülhməramlı missiya yerinə yetirirlər. Bu baxımdan, Minsk qrupunun bölgəyə səfəri də yalnız prosesə yenidən daxil olmaq, regiona təsir qüvvəsini itirməmək arzusundan qaynaqlanır”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57

