/ / Anar Tağıyev: Biz xoşbəxtik ki, Azərbaycana İlham Əliyev kimi dahi dövlət xadimi və böyük sərkərdə rəhbərlik edir
Anar Tağıyev: Biz xoşbəxtik ki, Azərbaycana İlham Əliyev kimi dahi dövlət xadimi və böyük sərkərdə rəhbərlik edir
24.12.2020 [14:14]
Yevlaxda "Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan İlham Əliyev" mövzusunda videokonfrans keçirilib
Yevlaxda "Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan İlham Əliyev" mövzusunda elmi-praktik videokonfrans keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən, Milli Məclisin deputatları, YAP rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, bələdiyyələr, icra nümayəndələri, idarə, müəssisə rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev açıb.
Çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Çıxışında torpaqlarımızın düşmən işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə də danışan Milli Məclis Sədrinin birinci müavini bildirib ki, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsi tarixinə Öz adını Qarabağ fatehi kimi yazaraq, Prezident-Ordu-Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Qeyd olunub ki, qazanılan hərbi zəfər nəticəsində Azərbaycan tarixi artıq 27 sentyabrdan etibarən yeni dövrünə qədəm qoyub.
Videokonfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Azərbaycanın ötən 17 il ərzində bütün sahələrdə uğurlar qazandığını, ölkəmizin bugünkü inkişafının məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində mümkün olduğunu deyib. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı olduğunu söyləyən Anar Tağıyev dövlət başçısının şəxsi keyfiyyətlərindən, sözünə imzası qədər əhəmiyyət verməsindən və xalqına verdiyi bütün vədləri əməli ilə doğrultmasından ətraflı danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Xalqımız inamlı, əzmli və güclüdür.
"Prezident İlham Əliyev 30 illik münaqişəni 44 gün ərzində həll edən, qələbə ilə təqvimimizə ilk dəfə Zəfər günü yazan böyük sərkərdədir. Biz xoşbəxtik ki, Azərbaycana İlham Əliyev kimi dahi dövlət xadimi və böyük sərkərdə rəhbərlik edir", - deyən Anar Tağıyev, eyni zamanda, bildirib ki, 44 günlük müharibə dövründə Prezidentin yaxın silahdaşı, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Birinci vitse-prezident cəbhədə döyüşən igid əsgərlərimizə, yaralılarımıza duaları ilə dəstək, həlak olan günahsız dinc insanlarımızın yaxınlarının ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğıkeş münasibəti ilə xalqımızın yanında oldu.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, həmçinin haqq savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizə rəhmət diləyib, Vətən müharibəsində yevlaxlıların da Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı vuruşan müzəffər Ordumuzun sıralarında göstərdikləri şücaətdən bəhs edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə çıxışında bildirib ki, Azərbaycan tarixi uğurlarını məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edib. 17 il ərzində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına 2 il sədrlik edib, kosmik dövlətlər klubuna üzv olub, bir çox humanitar, beynəlxalq səviyyəli idman tədbirlərinə, iqtisadi forumlara ev sahibliyi edib. Ölkəmiz öz sosial-iqtisadi inkişafına görə dünyanın 100 ildə keçə bilmədiyi inkişaf yolunu keçib.
Musa Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən də danışıb.
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən ətraflı söz açıb. Bildirib ki, bu siyasət Azərbaycanın dünyadakı beynəlxalq imicini davamlı olaraq yüksəldir. Dünyanın güclü dövlətləri ilə əlaqələrin qurulması Vətən müharibəsi dövründə əksər dövlət başçılarının Azərbaycanın haqq işini dəstəkləməsi bunun bariz nümunəsi və əyani sübutudur.
Konfransda çıxış edən Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə Azərbaycanın dövlətçilik tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki böyük rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində ordumuz yeni zəfər tarixi yazdı və 30 illik işğala son qoyaraq, üçrəngli bayrağımızı ruhumuzun paytaxtı olan Şuşada, azad olunmuş kənd, qəsəbə və şəhərlərimizdə ucaltdı.
Milli Məclisin deputatı Müşfiq Məmmədli videokonfransda Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə səhiyyə və sosial sahədə həyata keçirilən Dövlət proqramlarından söz açıb və görülən işlərin insanların sağlamlığı, sosial rifahı və təminatı sahəsində mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirib ki, Şuşamızı, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən əsgərlərimiz yeni bir tarix yazmağı bacardılar. Vətən müharibəsində bir daha əmin olduq ki, xalq-Prezident, xalq-iqtidar birliyi sarsılmazdır. Bu birlik şəhid övladına ağlamayaraq, "Vətən sağ olsun" deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşının, "fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub" deyən övladların varlığındadır. Azərbaycan xalqı "İlhamla irəli!" deyərək Prezidentimizin ətrafında sıx birləşib, Ona inanır, etibar edir və öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

