Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla görüşüb
09.04.2021 [09:02]
Aprelin 8-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər dərin tarixi köklərə və qardaşlıq ənənələrinə söykənir.
Sahibə Qafarova Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu söyləyib. Qeyd edilib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Sədr Azərbaycanla Türkiyənin təşəbbüskarı və iştirakçısı olduğu layihələrin əhəmiyyətindən danışaraq, bu layihələrin iki qardaş ölkənin inkişafına mühüm töhfələr verdiyini, regionda sabitlik və əməkdaşlığın genişlənməsində vacib rol oynadığını deyib.
Sədr ölkələrimizin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniştərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımızın müxtəlif nüfuzlu beynəlxalq platformalarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Azərbaycan ilə Türkiyə arasında yüksəksəviyyəli münasibətlərin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirən Milli Məclisin sədri səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib. O, Erkan Özoralın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkarlıqla gələcəyindən əminliyini ifadə edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Erkan Özoral Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57

