Milli inkişafın Azərbaycan nümunəsi: reallıqlar və perspektivlər
10.06.2010 [02:02]
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və reallaşdırdığı səmərəli, uğurlu daxili və xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı beynəlxalq miqyasda hərtərəfli inkişaf edən, sayılıb-seçilən ölkələrdən və etibarlı strateji tərəfdaşlardan birinə çevirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili sosial-iqtisadi siyasət ölkədə ümummilli inkişafı təmin edib, eləcə də, praqmatik, realist və rasional xarici siyasi-strateji kursun fonunda Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Bütün bunları nəzərə alan xarici ekspertlər də ölkəmizin inkişafını yüksək qiymətləndirməkdə və gələcəyə yönəlik optimist proqnozlar verməkdədirlər...
Bu günlərdə AzərTAC-a müsahibə verən 2003-2009-cu illərdə ATƏT Parlament Assambleyasının sədri olmuş, 2004-2007-ci illərdə Belçika Senatına sədrlik etmiş, Paris Siyasi Elmlər İnstitutunun professoru, Nyu-York Universitetinin beynəlxalq məsələlər üzrə məsləhətçisi, İtaliyanın Turin şəhərindəki BMT Universitetlər Şurasının üzvü xanım An-Mari Lizin də ölkəmizdə ardıcıl və mütərəqqi surətdə aparılan islahatları, Azərbaycanın beynəlxalq arenadakı rolu və mövqeyini yüksək qiymətləndirib: “Həqiqətən, Azərbaycan qısa vaxtda iqtisadi sahədə sıçrayış edərək möcüzə göstərmişdir. Etiraf etmək lazımdır ki, keçmiş SSRİ-nin respublikaları arasında heç bir dövlət Azərbaycan kimi belə sürətli inkişaf yolunu tuta bilməmişdir... Hər hansı ölkənin iqtisadi inkişafı, yeni strukturların yaranması, xalqın rifah halının yaxşılaşmasına xidmət edən islahatların həyata keçirilməsi, xarici siyasətdə əldə edilən müvəffəqiyyətlər, nəhayət, beynəlxalq aləmdə imicinin yüksəlməsi ona rəhbərlik edən Prezidentin uğurlu siyasətinin nəticəsi kimi başa düşülməlidir. Artıq beynəlxalq aləmin islahatçı Prezident kimi tanıdığı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan modernləşmiş və inkişaf etmiş bir ölkəyə çevrilmişdir”.
Düzgün və praqmatik əsasda müəyyən və icra edilən səmərəli iqtisadi siyasətin praktik əhəmiyyətindən danışan An-Mari Lizin qeyd edib ki, Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar sayəsində ölkənin sürətli inkişafı respublikanın bütün sahələrində gedən əsaslı dəyişikliklərdə özünü büruzə verir: “Azərbaycanda gedən yenidənqurma, infrastrukturların inkişafı, paytaxtın ildən-ilə dəyişən siması, tikilən hündür binalar ölkə iqtisadiyyatının getdikcə güclənməsindən xəbər verir. Mənim ölkəm Belçika və Fransa Azərbaycanda gedən bu proseslərə müsbət münasibət bəsləyir və yüksək qiymətləndirirlər”.
A.M.Lizin əlavə edib ki, dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycanda inkişaf prosesi nəinki dayanmayıb, əksinə, inkişaf edib və ümumi daxili məhsul (üDM) istehsalının həcmi artıb: “Böhran dünyanın aparıcı və inkişaf etmiş ölkələrində dərin iz buraxdığı və açıq hiss edildiyi halda, gənc respublika bundan az itkilərlə çıxmışdır. Bu isə Azərbaycan Prezidentinin düzgün iqtisadi siyasət apardığını sübut edir”.
Azərbaycanın hərtərəfli və sürətli inkişafında güclü siyasi lider fenomeninin əhəmiyyətinə toxunan An-Mari Lizin xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyev təcrübəli dövlət başçısı və uzaqgörən siyasi xadim keyfiyyətlərini SSRİ-nin süqutundan sonra ağır vəziyyətə düşmüş Azərbaycanı inkişaf yoluna çıxarmış ümummilli lider Heydər Əliyevdən əxz edib. “Prezident İlham Əliyev bu gün ölkəsinin perspektivlərini və işıqlı gələcəyini düşünən dövlət başçısıdır. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Rusiya və Avropa ölkələri ilə yaxşı əlaqələr qura bilmişdir. Bu, inkişaf edən Azərbaycan üçün çox önəmli məsələdir”, - deyə A.M.Lizin söyləyib.
Azərbaycanla Belçika arasında mühüm ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən An-Mari Lizin deyib ki, bu əlaqələr Avropa İttifaqı sayəsində qurulub: “Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı Azərbaycan ilə Avropa ölkələri, o cümlədən, Belçika ilə ikitərəfli əlaqələrin yaranmasında mühüm addım olmuşdur. Cənubi Qafqaz bölgəsinin digər ölkəsi Gürcüstana gəldikdə, bu ölkədə Rusiya ilə müharibədən sonra ağır vəziyyət yaranmışdır. İqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistan isə yoxsulluğun son həddindədir. Bu ölkədə praktik cəhətdən inkişaf hiss olunmur. Onlarla müqayisədə Azərbaycan varlı və çiçəklənən ölkədir”.
Sonda isə xanım An-Mari Lizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin spesifikası və xarakteristikasına, onun ətrafında cərəyan edən hadisə və proseslərə, eləcə də, problemin həlli istiqamətində yaranmış son duruma toxunub. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi özlüyündə həllini gözləyən çox çətin prosesdir. Onun sözlərinə görə, münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

