Bakıda İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu olub
22.06.2010 [08:57]
Forumun birinci sessiyasının açılış mərasimində “Qurani-Kərim”dən surə oxunduqdan sonra İTTİ-nin Baş direktoru Bambang P.Brodjonegoro, CIBAFI sədri Şeyx Salah Kamel, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış ediblər. Qeyd edilib ki, təkrarlanan maliyyə və iqtisadi böhranlar, o cümlədən sonuncu böhran da daxil olmaqla, nəinki təkcə maliyyə institutlarına təsir göstərib, onlar eyni zamanda əhalinin yoxsul təbəqəsinin həyat səviyyəsinin daha da ağırlaşmasına səbəb olub. İndiki maliyyə böhranında İslam maliyyə institutları özlərinin nisbətən daha dayanıqlı olduqlarını nümayiş etdiriblər. Lakin sonralar onlar da ümumi iqtisadi tənəzzülün və daşınmaz əmlak sektorunda durğunluğun təsirini hiss ediblər. Bütün bunları nəzərə alaraq İİB-in 5-ci Qlobal Forumu, ilk növbədə, islam maliyyə sektorunun tələblərinin və səviyyəsinin sabitliyinin qiymətləndirilməsini ön plana çəkəcək. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov tədbirin aktuallığını vurğuladıqdan sonra deyib ki, son üç il ərzidə dünya iqtisadiyyatı özünün ağır dövrünü yaşayır. Artıq böhranın ilk dərsləri, səbəb və nəticələrin qiymətləndirilməsi deməyə əsas verir ki, böhranaqədərki dövrdə liberal iqtisadi siyasət və əhəmiyyətli maliyyə innovasiyalarının adekvat tənzimləmə potensialı ilə müşayiət olunmaması qlobal böhranın əsas səbəblərindən biri olub. Hələ ötən il mərkəzi banklar və hökumətlər iqtisadiyyata irihəcmli dəstək verərkən resessiyanın tez bir zamanda bitəcəyini vəd edirdilər. Buna baxmayaraq, dünya iqtisadiyyatının bərpası ləng və qeyri-bərarbər gedir.
Elman Rüstəmov vurğulayıb ki, Azərbaycan böhranı kifayət qədər hazırlıqlı qarşılayıb. 2003-2008-ci illərdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi doktrina ölkənin fundamental inkişafını təmin edib. Bu dövrdə ölkənin ümumi daxili məhsulu (üDM) 3 dəfəyə yaxın artıb, adambaşına düşən milli gəlir həmin vaxtın qiymətləri ilə 9 min ABŞ dollarını ötüb, Azərbaycan inamla ortagəlirli ölkələr qrupuna daxil olub. ölkənin strateji valyuta ehtiyatları 13 dəfə artaraq üDM-in yarısını ötüb keçib. Bu ehtiyatlar dövlətin xarici borclarını 6 dəfə üstələyir. Sürətli iqtisadi inkişaf fonunda bank-maliyyə sistemi də yüksək dinamiklik nümayiş etdirib. Azərbaycan bank sektoru, onun həcmi, potensialı 10 dəfəyə yaxın artıb. Belə bir iqtisadi və maliyyə inkişafı makroiqtisadi potensial yaratmaqla, Azərbaycanın qlobal böhrana yüksək dözümlülüyünü təmin edib.
Natiq qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirindən də söz açıb.
İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli salamlama nitqində foruma uğurlar arzulayıb.
Sonra birinci sessiyanın əsas məruzəsi - doktor Məhəmməd Əli Elqarinin “İslam maliyyə sisteminin etik hüdudları - maliyyə böhranının dərsləri” məruzəsi dinlənilib.
Forum öz işini daha dörd sessiyada davam etdirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17

