/ / "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda üçüncü konfrans keçirilib
"Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda üçüncü konfrans keçirilib
08.07.2010 [16:22]
Dünən Gəncədə “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Bununla Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca üçüncü toplantı reallaşdırılıb.
Tədbiri açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov respublikada aparılan geniş quruculuq işlərinin media sahəsinə də sirayət etdiyini bildirib. ölkə Prezidentinin milli mətbuatın 135 illiyinin keçirilməsi barədə Sərəncamını bu baxımdan şərh edən R.Sadıqov yubiley tədbirlərindən birinin Gəncədə baş tutmasını şəhərin Azərbaycan jurnalistikasında oynadığı müstəsna rolla əlaqələndirib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkədə media sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Ə.Mehdiyev dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyi haqqında Sərəncamından geniş söhbət açaraq sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bir sıra bölgələrdə konfransların təşkil olunacağını vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edib. Şura sədri “Əkinçi” qəzetinin mövzu dairəsi, digər xüsusiyyətləri ilə bağlı statistik məlumatlar səsləndirib. Həsən bəy Zərdabinin nəşrin fəaliyyətə başlamasındakı roluna diqqət çəkən Ə.Amaşov görkəmli alimin fədakar əməyinin Azərbaycanın çağdaş mediası üçün örnək olduğunu deyib. Məruzədə bildirilib ki, qəzetin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifəni açdı. Bu, ağır zəhmətlər hesabına başa gələn bir mərhələ idi. “Əkinçi” təşkilatçılığı, fədakarlığı, parlaq istedadı ilə seçilənlər üçün ilkin jurnalistika məktəbi oldu. “Əkinçi” məktəbinin müdavimləri intibah dövrü adlandırılan XX əsrin əvvəllərində “Şərqi-Rus”, “Həyat”, “Kaspi”, “Molla Nəsrəddin”, “Zənbur” kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının “Əkinçi” ənənələrindən qaynaqlandığını vurğulayırdılar.
Ə.Amaşov bildirib ki, çar Rusiyasının son çağlarında mətbuat Azərbaycan ictimai şüurunda bir növ katalizator rolunu oynamağa başladı. Bu rol çarizmin süqutundan sonrakı mərhələnin son nəticə etibarilə Azərbaycanın müstəqilliyinə qədər uzanmasının təminatına dəstək baxımından həlledici idi. “Əkinçi” ənənələrindən qibadalan mətbuat dövrün görkəmli ziyalılarının, ideoloqlarının istiqlal ideyasının carçısına çevrilmişdi: “Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq təbii ki, böyük uğur idi. Mətbuatımız bunu əldə etməyi bacarmışdı”.
Sovet dönəmində Azərbaycanda media vasitələrinin fəaliyyətinə toxunan Ə.Amaşov diqqəti həmçinin mətbuatın Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasındakı tarixi roluna çəkib. O, bu mərhələni xüsusi elmi araşdırmaya ehtiyacı olan sahə kimi dəyərləndirib.
Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli dövlət başçısının milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə Sərəncamını ölkədə mediaya göstərilən diqqət və qayğının sistemli nümunələrindən biri kimi xarakterizə edib. Bunun daim prioritet təşkil etdiyini deyən icraçı direktor mövcud istiqamətdəki fəaliyyətin bariz nümunəsi kimi KİV-ə Dövlət Dəstəyi Fondunun formalaşdırılmasına diqqəti çəkib. V.Səfərli rəhbərlik etdiyi qurumun reallaşdırdığı işlərdən də ətraflı söhbət açıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, respublikanın bütün sahələrdə inkişafı, cəmiyyət həyatında baş verən yeniliklər mətbuat sahəsinə də sirayət etməkdədir. ölkə Prezidentinin son illər imzaladığı fərman və sərəncamların buna yönəldiyini vurğulayan B.Sadıqov mövcud prosesin mətbuat sahəsində saflaşmanı zəruriləşdirdiyini deyib. Millət vəkili həmçinin Mətbuat Şurasının son illər medianın təmiz adının bərqərarı olması istiqamətindəki işlərindən bəhs edərək kütləvi informasiya vasitələrinin cəmiyyət həyatına daha yaxından qoşulmasının qaçılmaz prosesə çevrildiyini önə çəkib.
MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas diqqəti media sahəsindəki çətinliklərə yönəldib. Qəzet və oxucu probleminə xüsusi diqqət yetirən A.Abbas məqsədyönlü tədbirlərin bu vəziyyətin aradan qaldırılmasına yönəlməsinin vacibliyini bildirib.
çıxış edənlərdən “Şəmkir” qəzetinin redaktoru İlyas Qasımov, “Ağstafa” qəzetinin redaktoru İbrahim Əliyev, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kamilə İbrahimova, Tovuz rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruzər Rüstəmov, Kəlbəcər rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ələsgərov, Qazax rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Orucov və başqaları ölkə Prezidentinin mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını yüksək qiymətləndirərək, bu kimi dövlət tədbirlərinin mediamızın inkişafında müstəsna rol oynadığını bildiriblər. Onlar Azərbaycan jurnalistikasının Həsən bəy Zərdabi ənənələrinə hər zaman sadiq qaldığını vurğulayaraq, bu sahədə neqativ tendensiyaların tezliklə sıradan çıxacağına əminliklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47

