Dövlətimizin mətbuat siyasəti cəmiyyətimiz tərəfindən ciddi dəstək görür
28.07.2010 [03:04]
Azərbaycan milli mətbuatının 135 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, bütövlükdə dövlətimizin mətbuat siyasəti bütün cəmiyyətimiz, o cümlədən, mətbuat ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev dövlətin mətbuat siyasətinin, o cümlədən, Azərbaycan Prezidentinin mətbuatla bağlı son sərəncamlarının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, imzalanmış sərəncamların hər biri jurnalistikada indiyədək mövcud olan hansısa problemin həllinə bu və ya digər dərəcədə dəstək verir və şərait yaradır. A.Quliyev bildirib ki, istər jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, istər qəzetlərə birdəfəlik yardımın göstərilməsi, istərsə də fəxri adlar və medalların verilməsi sağlam rəqabətə yol açır. Bu addımlar həm jurnalistlərin mənzil probleminin həllinə, həm maddi-texniki problemlərin həllinə kömək edir, həm də jurnalistlər arasında sağlam rəqabətə rəvac verməklə peşəkarlığın daha da yüksəlməsinə öz təsirini göstərir. “Digər tərəfdən, düşünürəm ki, bu sərəncamlar Azərbaycan cəmiyyətinin bütünlüklə mətbuata münasibətinin dəyişməsində mühüm təsirə malikdir. çünki bizim ölkəmizdə hələ elə adamlar var ki, mətbuata lazımi dəyər verə bilmirlər. Düşünürəm ki, Prezidentin bu sərəncamlarından sonra hər kəs öz ölçüsünü götürəcək və mətbuatla layiqli formada davranmağa məcbur olacaq. Yəni, bu sərəncamlar həm də ona görə əhəmiyyətlidir ki, bütün cəmiyyətin, bütün məmurların və iş adamlarının mətbuata münasibətinin yaxşı mənada dəyişməsində mühüm rol oynayacaq. Onu da qeyd edim ki, ümumilikdə, bu sərəncamların təhlilindən bu qənaətə gəlmək olar ki, ölkədə mətbuatın tarixində yeni mərhələ başlayır. Bu mərhələnin əsas xüsusiyyəti bundan ibarətdir ki, bu gün dövlətin özü mətbuat sahəsində mövcud olan problemlərin həllində çox fəal iştirak edir. Bu, sözsüz ki, bizim mətbuatımızın inkişafında yeni mərhələ açır. İndi hesab etmək olar ki, dövlətin dəstəyi ilə mətbuatın iki qanadla uçuşu prosesi başlayıb. Yəni, bir qanad ictimaiyyətin dəstəyi, digər qanad isə dövlətin dəstəyidir. Düşünürəm ki, hazırda baş verən hadisələr böyük bir prosesin başlanğıcıdır”, - deyə baş redaktor bildirib.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da qeyd edib ki, milli mətbuatın 135 illiyi ilə bağlı Prezident tərəfindən verilmiş sərəncamlar rəhbərlik etdiyi kollektiv tərəfindən yüksək qiymətləndirilir: “Əslində, bütün bunlar bizim üçün çox gözlənilməz oldu. Doğrudur, son illər mətbu orqanlara birdəfəlik maliyyə yardımları edilirdisə, digər mükafatlandırma mərasimləri olurdusa, bu il mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında dövlət başçısı tərəfindən Sərəncam verildi. Azərbaycan Prezidenti bu məqsəd üçün 5 milyon manat vəsait ayırdı. Bu, uzun zaman müzakirə olunan məsələ idi. Prezident bu problemin ən düzgün variantını təklif etdi. Hesab edirəm ki, bu Sərəncamla ən azı 300-350 nəfərin mənzil problemi həll olunacaqsa, bu ölkə başçısı tərəfindən çox böyük dəstəkdir. Bu il, həmçinin, bir qrup mətbuat işçisi fəxri adlarla, medallarla təltif olundu. Onların arasında mənim də adım var. Bu diqqətə və qayğıya görə, qəzetiniz vasitəsilə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev isə xatırladıb ki, milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin 10 iyun tarixli Sərəncamından sonra Bakıda, eləcə də, bölgələrdə çoxsaylı tədbirlər keçirildi: “Həmin tədbirlərdə Prezident Administrasiyasının, Mətbuat Şurasının, KİVDF-nin nümayəndələri, eləcə də, mətbuat orqanlarının təmsilçiləri də iştirak edib. Həmin tədbirlərin ardınca isə müsabiqələrin nəticələri elan edildi. Bunları deməkdə məqsədim nədir? Biz bu tədbirlərin hamısında fəal iştirak edirdik. Amma açığı gözləmirdik ki, bütün bunların ardınca biz belə yüksək səviyyədə müsbət hadisə ilə qarşılaşacağıq. Dövlət başçısı məni də “Tərəqqi” medalı ilə təltif etdi. Eyni zamanda, Azərbaycanda təhsil siyasəti ilə bağlı yazı müsabiqəsində birinci yerə layiq görülməyim, digər müsabiqədə qəzetin iki əməkdaşının qalib olması mətbuata olan qayğının nəticəsidir. Amma mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Prezidentin Sərəncamı xüsusilə, təqdirəlayiqdir və əvəzsizdir. Jurnalistlər uzun müddətdir ki, belə bir Sərəncam gözləyirdilər. Bu Sərəncamın verilməsi çox böyük hadisədir. Demək olar ki, hər bir qəzet redaksiyasında bu problem əsas müzakirə mövzusudur. Yəni, bu gün jurnalistlərin mənzil problemləri qabarıq görünür. Bu Sərəncam jurnalistlər üçün böyük stimul olacaq və bu peşəyə münasibəti daha da yüksəldəcək”.
N.Əliyev rəhbərlik etdiyi qəzet üçün də 20 min manat birdəfəlik maliyyə yardımının göstərildiyini vurğulayıb. O, hesab edir ki, bütün bunlar dövlətin mətbuat siyasətinin ildən-ilə güclənməsinin göstəricisidir. Baş redaktorun fikrincə, dövlətin bu qayğısının əvəzində mətbuat orqanları Azərbaycanı bütün dünyada layiqincə təbliğ etməlidir.
“Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev də hesab edir ki, mətbuatın inkişafı ilə bağlı atılan son addımlar 1993-cü ildən - ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış siyasətin davamıdır: “1990-cı illərin sonlarından etibarən ciddi addımlar atılmağa başlandı, senzura ləğv olundu. Qəzetlərin nəşriyyata olan borcları donduruldu və sonradan tamamilə ləğv edildi. O zaman ümummilli lider Heydər Əliyevlə baş redaktorların görüşü keçirildi. Görüşlərdə səslənmiş təkliflər nəzərə alındı. Prezident İlham Əliyev tərəfindən də bu siyasət uğurla davam etdirilir. Bilirsiniz ki, milli mətbuatın 130 illik yubileyi zamanı da bir qrup mətbuat işçisi dövlət başçısı tərəfindən fəxri adlar və medallarla təltif olundu. Onların sırasında mən də “Tərəqqi” medalı ilə təltif olunmuşdum. Həmin vaxtdan hər il birdəfəlik yardımlar verilməyə başladı. Bu, mətbuatın inkişafı üçün böyük stimuldur. Eyni zamanda, Mətbuat Şurasının yaradılmasına dövlət dəstək verib, təşkilat yeni bina ilə təmin edilib. Həmçinin, mətbuata dövlət yardımlarının mexanizmini müəyyənləşdirəcək, bu konsepsiyanı həyata keçirəcək qurum olan KİVDF yaradılıb. Fond yaranandan sonra bir sıra vacib layihələr həyata keçirib. Son sərəncamlar isə bunların məntiqi davamıdır. Azərbaycan mətbuat tarixində jurnalistlərin mənzil təminatı ilə bağlı addım atılmamışdı. Bu da oldu. Bu məsələ jurnalistlər tərəfindən sosial sifarişə çevrilmişdi. Azərbaycan Prezidenti bu çağırışa çevik reaksiya verərək belə bir addımı atıb. Buna görə dövlət başçısına minnətdarıq”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni mətbuatın daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlət siyasətinin bariz nümunələridir. “Mətbu orqanlara birdəfəlik maliyyə yardımları, jurnalistlərə fəxri adların və medalların verilməsi ənənəyə çevrilib. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında dövlət başçısının Sərəncamı isə xüsusilə təqdirəlayiqdir. Bu addım dövlətin mediaya böyük diqqət və qayğısından xəbər verir. Düşünürəm ki, ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq müstəvidə də dövlətimizin mətbuat siyasəti yüksək qiymətləndiriləcək. Hesab edirəm ki, bütün bunların müqabilində mətbuatımız inkişaf edəcək, peşəkarlaşacaq və dövlətimizin, cəmiyyətimizin inkişafına xidmət edəcək”, - deyə R.Zeyni bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

