/ / Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı rayonunda müşavirə keçirilib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı rayonunda müşavirə keçirilib
10.08.2010 [09:46]
Azərbaycan hökuməti respublikamızın bəzi bölgələrində təbii fəlakətin baş verdiyi ilk gündən etibarən davamlı tədbirlər görməkdədir. Bütün icra strukturlarının sıx koordinasiya olunaraq fasiləsiz iş rejimində fəaliyyət göstərməsi böyük təhlükələrin qarşısının alınmasına səbəb olub. Prezident İlham Əliyevin Sərəncamı əsasında yaradılmış dövlət komissiyası isə təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Məlum olduğu kimi, avqustun 6-da Saatlı rayon İcra Hakimiyyətinin binasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı, İmişli və Sabirabad rayonları icra hakimiyyətlərinin müvafiq strukturlarının, nazirliyin sifarişçi təşkilatının və 12 podratçı təşkilatının nümayəndələrinin iştirak etdiyi müşavirə keçirilib. Müşavirədə su basmış bütün rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidənqurulması ilə bağlı təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Belə ki, artıq avqustun 9-dan etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması, fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binalarının bərpa-gücləndirmə və təmir-tikinti işlərinin isə dərs ili başlanana qədər tamamlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən və əvəzinə yeni tikiləcək evlərin köçürülməsinə başlanılması barədə də tapşırıqlar verilib. Bir sözlə, görünən odur ki, təbii fəlakətin ilk günlərindən etibarən lazımi tədbirlər görən hökumət hazırda fəlakətin vurduğu ziyanın tamamilə aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
Onu da qeyd edək ki, faciənin ilk günlərində Kür və Araz çaylarında suyun səviyyəsinin normadan 2-3 dəfə çox olması və aramsız yağışların yağması nəticəsində sululuğun demək olar ki, hər gün artması təbii fəlakətin miqyasının daha böyük olması ilə nəticələnə, bu isə respublikamızın bir sıra rayonlarında təhlükələrin miqyasını artıra bilərdi. Amma hökumətin effektiv addımları və gücləndirilmiş iş rejimində davamlı tədbirlər görməsi nəticəsində təbii fəlakətin qarşısı alınıb, insan ölümü halları baş verməyib. Digər dövlətlərlə müqayisədə ölkəmizdə dağıdıcı fəlakətlər olmayıb. Azərbaycan hökuməti lazım olan bütün tədbirləri həyata keçirməklə daha böyük təhlükələrin qarşısını alıb.
Azərbaycan hökuməti həmçinin, fəlakətin baş verdiyi ilk gündən başlayaraq əhalinin təhlükəsizliyinin təmin olunması və onların sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları üçün davamlı tədbirlər görüb. Bütün dövlət qurumlarının, yerli icra orqanlarının, eləcə də, ictimaiyyətin nümayəndələrinin birgə səyləri sayəsində mövcud çətinliklər aradan qaldırılıb. ölkəmizin ümummilli işinə çevrilən həmin tədbirlər hər gün daha da gücləndirilib və nəticədə sonrakı günlərdə gözlənilə bilən təhlükələrin qarşısı tamamilə alınıb. Bütün aidiyyəti qurumların səmərəli fəaliyyəti sayəsində respublikamız təbiətin ən ağır zərərlərindən və böyük bəladan qurtarıb. Nəzərə alsaq ki, bu gün bütün dünya ölkələrini ağır və sarsıdıcı fəlakətlərə qərq edən daşqınlar son onilliklər ərzində misli görünməmiş dərəcəyə çatıb və ən dağıdıcı fəsadlar törədib, onda Azərbaycanın hökumətinin bu fəlakətdən ən az itkilərlə çıxmasını təqdir etmək olar.
Bu da kimsəyə sirr deyil ki, ötən müddət ərzində sahilbərkitmə işləri ilə yanaşı, fəlakət nəticəsində zərər çəkmiş insanların sosial qayğılarının həll edilməsi başlıca prioritetlərdən olub. İnsanlara lazım olan hər bir köməkliklərin göstərilməsi, onların sosial şəraitinin ən yüksək səviyyədə təmin edilməsi üçün bütün imkanlardan istifadə olunub. Prezident İlham Əliyevin birbaşa tapşırıq və göstərişi əsasında fəlakət bölgəsinin vətəndaşlarının ən yüksək səviyyədə bütün sosial qayğılarla əhatə olunmaları ötən dövr ərzində davamlı xarakter alıb.
Onu da qeyd edək ki, hökumət hazırda fəlakətin yaratdığı fəsadları aradan qaldırmaqla bərabər, kommunal infrastrukturun və sosial sahələrin bərpası, iqtisadiyyata dəymiş zərərlərin hesablanaraq insanlara müvafiq köməklik və yardımların göstərilməsi sahəsində də paralel şəkildə iş aparır. Xatırladaq ki, digər ölkələr müvafiq tədbirlər planını icra etməkdə texniki və maliyyə problemləri ilə üzləşdiyi halda respublikamızda belə bir tendensiya müşahidə olunmur. Azərbaycan bu işi öz gücünə, heç bir ölkənin yardımına ehtiyac olmadan həll etmək iqtidarındadır. Təbii fəlakətlərin aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsaitin ayrılması fikrimizin əyani sübutudur. Son hadisələr bir daha sübut etdi ki, təbii fəlakətin vurduğu zərərlərin qarşısının alınması, selbərkitmə işlərinin gücləndirilməsi, infrastrukturun bərpası, insanların bütün sosial-məişət problemlərinin həll olunması, insanlara dəymiş ziyanın ödənilməsi və kompensasiyaların verilməsində hökumət həm güclü maliyyə imkanlarına, həm də texniki-fiziki işlərin həyata keçirilməsində potensial texnika və avadanlıqlara malikdir.
Göründüyü kimi, respublikamız ən çətin anlarda, hətta fors-major hadisələrin baş verdiyi vaxtlarda belə bütün problemləri özünün güclü maliyyə resursları, texniki-fiziki imkanları hesabına həll etməyə qadirdir. çünki bu, ölkəmizin ümummilli işidir və hökumət başlıca qayəsi olan insanların sosial şəraitinin yaxşılaşdırılması və ən yüksək sosial qayğılarla əhatə olunmaları üçün bütün imkanlarını səfərbər etməyi ən ali vəzifəsi hesab edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

