YAP rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
10.08.2010 [10:06]
Avqustun 7-də qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən ölkədə növbəti parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Onun sözlərinə görə, YAP-ı təmsil edən millət vəkillərinin təklifləri əsasında Milli Məclis tərəfindən seçki qanunvericiliyində dəyişiklik edilməsindən sonra seçki kampaniyasının müddəti 60 gün müəyyənləşib və beləliklə də, rəsmi şəkildə kampaniya sentyabrın 8-də başlayacaq: “YAP-da qərarlaşmış ənənəyə görə həmişə istənilən seçki kampaniyasına ciddi şəkildə yanaşırıq, kampaniyaya rəsmi şəkildə start verilməzdən əvvəl də seçki proqramımızın ayrı-ayrı elementlərinin həyata keçirilməsi üçün səylər göstərilir. Yerli strukturlara görüləcək işlərlə bağlı proqram təqdim olunub və artıq bu proqram əsasında müəyyən işlər görülüb. Müşavirədə indiyədək görülən işlərə münasibət bildiriləcək və qarşıda duran vəzifələrlə bağlı tövsiyələr veriləcək”.
Əli Əhmədov bildirib ki, YAP-ın qarşıdan gələn parlament seçkilərində daha böyük siyasi uğurlara ümid bəsləməsi üçün kifayət qədər əsasları var: “Bizim seçki taktika və strategiyamız ona yönəlib ki, qarşıdan gələn parlament seçkilərində YAP əvvəlki seçkilərdə əldə etdiyindən daha əhəmiyyətli və yüksək qələbə qazansın. Belə məqsədi qarşıya qoymağımız bir neçə səbəb və resurslarla əlaqədardır. Birincisi, Azərbaycanda son beş il ərzində həyata keçirilən Prezident siyasəti, onun uğurlarının vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsi və bunun birbaşa nəticəsi olaraq Azərbaycan iqtidarının, Prezident İlham Əliyevin vətəndaşlar tərəfindən birmənalı və qətiyyətlə dəstəklənməsidir. Digər istinad etdiyimiz ciddi resurs Azərbaycanın Prezidentinin təşəbbüsü ilə bütün regionlarda həyata keçirilən quruculuq, abadlıq, yenidənqurma işləridir ki, bunun nəticəsində ölkəmizin hər bir bölgəsinin siması əhəmiyyətli dərəcədə dəyişib, yeniləşib. Bununla yanaşı həmin bölgədə insanların rifahının yaxşılaşması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu da öz növbəsində hər bölgədə, seçki dairələrində seçicilərimizin bu siyasətə və onun nəticəsi olaraq qarşıdan gələn seçkilərdə YAP tərəfindən irəli sürüləcək namizədlərə münasibətini formalaşdırır. Digər resurs YAP-ın özünün malik olduğu böyük nüfuzla, ictimai dəstəklə əlaqədardır. Bir tərəfdən ölkə Prezidentinin həyata keçirdiyi siyasətə vətəndaşların münasibəti, digər tərəfdən Azərbaycandakı son illər əldə olunun nailiyyətlər və insanların əhval-ruhiyyəsindəki dəyişiklər YAP-ın ictimai nüfuzunu və dəstəyini əhəmiyyətli dərəcədə artırıb”.
YAP üzvlərinin sayının yarım milyonu ötdüyünü deyən Əli Əhmədov xatırladıb ki, 2005-ci ildə bu göstərici 400 min nəfərdən aşağı idi. Onun fikrincə, hazırda partiya üzvlərinin sayının 500 min nəfəri ötməsi ciddi amildir. “Bu insanlar seçicilər kimi YAP-ın bir tərəfdən ictimai nüfuzunu və dayaqlarının möhkəmliyini ifadə edir. Digər tərəfdən, partiyamızın üzvləri olaraq seçkilərdə iştirak edən və səs verəcək Azərbaycan vətəndaşlarının sayının əhəmiyyətli dərəcədə artmasından xəbər verir ki, bu da seçkilərdə YAP-ın daha ciddi və böyük vəzifələri qarşısına qoyması üçün çox etibarlı əsas yaradır” deyən YAP Sədrinin müavini qeyd edib ki, partiyamızın parlament seçkiləri ərəfəsində istinad etdiyi digər resurs isə indiyə qədər topladığı böyük seçki təcrübəsidir. Əli Əhmədovun sözlərinə görə, YAP-ın hər bir yerli təşkilatının, partiyada birləşən bütün insanların fədakarlığının nəticəsində toplanmış seçki təcrübəsi qarşıdan gələn parlament seçkilərində də müəyyənləşdirilən vəzifələrin layiqincə, uğurla yerinə yetirilməsinə ciddi əsaslar yaradır. “Güman edirəm ki, bütün bunların hamısı parlament seçkilərinə hazırlıq dövründə bir daha yerli strukturlar tərəfindən diqqətlə dəyərləndiriləcək, malik olduğumuz resursların səfərbər edilməsi istiqamətində çox əhəmiyyətli işlər aparılacaq və bütün görülən işlər nəticə etibarı ilə partiyanın deputat sayının artması ilə müşayiət olunacaq”.
Müşavirədə, həmçinin, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək hazırkı mərhələ qarşıda duran vəzifələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

