Qərb yeni “Ukrayna planı”ndan danışır
17.02.2022 [10:30]
Tsarevin “namizədliyi” ABŞ-ın yeni informasiya müharibəsidir?
Pərviz SADAYOĞLU
Ukraynada müharibə təhlükəsinin sovuşmasının ardından Qərb mətbuatı yeni proqnozlarla gündəm yaradır. Belə ki, “Financial Times”ın xəbərinə görə, Amerika kəşfiyyatı Ukraynanın şərqində yeni siyasi hərəkətlənmə haqqında məlumat əldə edib. Kəşfiyyyat xidməti hətta yeni “prezidentin” adını da müəyyənləşdirib. Bu şəxs hələ 2015-ci ildə siyasi karyerasını dayandırmış “Novorossiya” parlamentinin keçmiş spikeri və Ali Radanın deputatı Oleq Tsarevdir. Qərb mənbələri bildirirlər ki, Tsarev Rusiyanın Ukraynada arzuladığı “marionet hökumət”in lideri olacaq. Təhlükəsizlik xidmətlərindəki anonim mənbələr qəzetə Kremlin Tsarevlə bağlı planlarından da danışıb. Bildirilib ki, ABŞ rəsmiləri bu barədə Avstraliya, Britaniya, Kanada və Yeni Zelandiyadakı müttəfiqlərini xəbərdar ediblər. Məsələyə münasibət bildirən Tsarev isə bu xəbəri çaşqınlıqla qarşıladığın deyib: “Çox gülməli vəziyyətdir. Mən kifayət qədər vacib olmadığım üçün Rusiya dövlət televiziyasına belə dəvət olunmuram. Yaltada sanatoriyanın direktoruyam”.
Ekspertlərin fikrincə, Tsarevin adı əvvəlki namizədlərdən daha az inandırıcı səslənir. Xüsusilə, daha əvvəl Kremlin Radanın digər keçmiş deputatı Yevgeni Murayevi bu vəzifədə görmək istəməsi ilə bağlı mətbuata sızan xəbərlərdən sonra Tsarev variantı istisna olunur. Xatırladaq ki, Murayev bildirmişdi ki, rəsmi Londonun ona qarşı təhdidlərə səbəb olan “çox dağıdıcı fantaziyasına” görə məhkəməyə müraciət edə bilər.
İndiki halda yeni “lider” qismində meydana çıxan Tsarevin siyasi karyerası hamar olmayıb. Kiçik arayış verməli olsaq, Oleq Anatolyeviç Tsaryov 4-cü, 5-ci, 6-cı və 7-ci çağırış Ukraynanın xalq deputatı olub. 7-ci çağırış Ali Radada Regionlar Partiyası fraksiyasının sədr müavini qismində təmsil olunub, 2014-cü ildə partiyadan xaric edilib. O, 2014-cü il mayın 25-də keçirilən növbədənkənar seçkilərdə Ukrayna prezidenti postuna da iddialı olub, lakin mayın 1-də namizədliyini geri götürüb. Ukraynanın şərqindəki silahlı münaqişə zamanı o, Ukrayna ordusuna qarşı döyüşən tərəfdə yer alıb. 26 iyul 2014-cü ildə Donetsk və Luqansk Xalq Respublikalarının daxil olduğu konfederasiya olan Novorossiya parlamentinin spikeri seçilib. O, vaxtilə Avromaydan təşkilatçılarının hərəkətlərini mənfi qiymətləndirib və hesab edib ki, bu hadisələr Qərb kəşfiyyat xidmətləri və ABŞ tərəfindən hazırlanıb. 2014-cü ildə haqqında Ukraynanın federallaşdırılması yolu ilə ərazi bütövlüyünün dəyişdirilməsinə çağırış, Ukrayna ərazisinin sərhədlərinin dəyişdirilməsi üçün tədbirlər görülməsi və zorakılıqla dəyişdirilməyə çağırış ittihamı ilə üç cinayət işi başlanıb.
Bu arada, Rusiya Dövlət Duması Ukraynanın Donbas bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciət qəbul edib. Rusiya prezidenti Vladimir Putin isə Dumanın çağırışını deputatların ictimai rəyə həssas olması ilə əlaqələndirib. Onun sözlərinə görə, Rusiyada insanların böyük əksəriyyəti Donbas sakinlərinə rəğbət bəsləyir, onları dəstəkləyir və orada vəziyyətin onlar üçün yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir. “Biz Donbasın problemlərini həll etmək üçün hər şeyi etməliyik, lakin bunu, ilk növbədə, reallaşdırılmamış imkanlara əsaslanaraq edəcəyik”, - Putin əlavə edib.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə indiki halda Ukraynada baş verə biləcəklərin proqnozlaşdırılmasını imkansız sayır. Yəni proses bütün istiqamətlərdə inkişaf edə bilər. Bunun arxasında isə mühüm səbəblər dayanır. Qərb mətbuatının yaydığı məlumatlar isə inandırıcı olmaya da bilər: “Təbii ki, ortaya çıxan fərziyyələrin arxasında nələrinsə dayanması istisna deyil. Amma “gizli plan”ın bu qədər asan şəkildə tirajlanması onun inandırıcılığını azaldır. Bu barədə hər kəs danışırsa, KİV yazırsa, onun doğruluq ehtimalı çox aşağıdır. Hətta bu plan gizli sayılmasa belə, onun əlamətləri də mövcud deyil. Bunu sadəcə yeni informasiya müharibəsi saymaq olar. İrəli sürülən bu kimi fərziyyələr daxili auditoriyaya da, hansısa siyasi gedişatın yönünü dəyişməyə də hesablana bilər. Bəlkə də, ABŞ və onun müttəfiqləri hansısa addımları atmalıdırlar və bu məsələdən səbəb kimi istifadə etmək niyyətindədirlər. “İsti müharibə” olmayacağı təqdirdə bu kimi informasiyaların “əhəmiyyəti” də artır. Bu kimi informasiyalar ABŞ-ın və ya Rusiyanın xeyrinə ola bilər. Hər halda Ukraynanın xeyrinə deyil. Çünki bunun nəticəsində Ukraynadan külli miqdarda maliyyə vəsaitləri çıxarılır, xarici və yerli sərmayəçilər oradan uzaqlaşır”.
Ukraynada yeni etiraz aksiyalarının da gözlənilən olduğunu bildirən politoloqun fikrincə, bu, ölkənin zəifləməsindən xəbər verir. “Zəifləmiş ölkədə hər şey ola bilər. Ölkə iqtisadi cəhətdən zəifləyib. Siyasi gərginliklər çoxalıb. Hadisələr bu cür cərəyan etsə, Zelenskinin əleyhinə çıxan qruplar tapılacaq. Onlar çalışacaqlar ki, öz mövqelərini möhkəmləndirsinlər və alternativ yollar göstərsinlər. Belə olan halda daxili siyasi stabillik pozulacaq”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13

