/ / Hökumət məcburi köçkünlərin iş yerləri ilə təmin olunması üçün davamlı proqramlar həyata keçirir
Hökumət məcburi köçkünlərin iş yerləri ilə təmin olunması üçün davamlı proqramlar həyata keçirir
30.09.2010 [09:25]
Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həll olunması, hərtərəfli şəkildə sosial qayğılarla təmin edilməsi ilə bağlı həyata keçirilən davamlı tədbirlər son illər genişlənərək yeni sahələri əhatə etməkdədir. Azərbaycan hökuməti tərəfindən bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin başlıca istiqamətlərindən biri də məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.
Son illər həm müxtəlif inkişaf proqramları, həm də “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində qaçqınların yeni iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılmasına dair tədbirlər sürətləndirilib. 2004-2008-ci illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Proqram çərçivəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub və ölkə üzrə yaradılmış iş yerlərinin 2 faizdən çoxu Yuxarı Qarabağ, 1 faizə yaxını isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Bu rayonlarda həyata keçirilən inkişaf proqramları nəticəsində istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur obyektləri yaradılıb.
2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də mühüm işlər görülməkdədir. Dövlət Proqramına uyğun olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi, sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tariflərinin tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı layihələr həyata keçirilməkdədir. Məsələn, 2010-cu ilin birinci yarısında ölkə ərazisində yaradılmış yeni müəssisələrin 3,9 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Bu müddətdə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1000-dən artıq, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə isə 500-ə yaxın iş yeri yaradılıb. ümumiyyətlə, qaçqınların məşğulluğu ilə bağlı digər tədbirlər planı çərçivəsində də mühüm addımlar atılmaqdadır. Məsələn, məşğulluq orqanları daimi olaraq qaçqın və məcburi köçkünlərin işsizlik problemini araşdırır və müəssisələrdə yeni iş yerlərinə tələb olanda ilk növbədə, həmin insanların iş təminatına üstünlük verir. Onu da qeyd edək ki, 2010-cu ilin birinci yarısı üzrə ölkəmizdə məşğulluq orqanlarında rəsmi qeydə alınmış 41 min nəfər işsizin 14 min nəfəri qaçqın və məcburi köçkünlər olub. Məşğulluq Xidməti bu insanların işlə təminatı, müxtəlif peşələrə cəlb olunması, işsizlik müavinətlərinin təyin olunması və digər tədbirləri həyata keçirərək mühüm nəticələr əldə edib. Məsələn, məşğulluq orqanları tərəfindən işlə təmin olunan 28382 nəfərdən 1865 nəfəri, rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunan 4827 nəfərdən 471 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunan 1508 nəfərdən 190 nəfəri, kvota üzrə işlə təmin edilən 1213 nəfərdən 254 nəfəri, işsizlik müavinəti təyin edilən 5687 nəfərdən 630 nəfəri qaçqın və məcburi köçkünlər olub.
Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə, eləcə də, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün də geniş şərait yaradılıb. Həmin bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı əhəmiyyətli dərəcədə artıb. ümumilikdə, indiyədək məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərə 2,9 milyard dollar vəsait xərclənib. Həmin vəsaitin 2,1 milyard dollarını Azərbaycan hökuməti, 800 milyon dollarını isə beynəlxalq humanitar qurumlar yönəldib. Bu vəsaitlərin bir hissəsi isə iş yerlərinin yaradılmasına və sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara maddi yardım kimi verilib. Azərbaycan hökuməti hər bir qaçqın ailəsinə 12 sot həyətyanı torpaq sahəsindən əlavə, təsərrüfatla məşğul olmaq üçün 60 sot torpaq verib, eyni zamanda, ən aşağı faizlə, təxminən 3 faizlə kreditlərlə təmin edib. Hökumət onların iş yerləri ilə təmin olunmaları üçün davamlı tədbirlər görməkdədir. Hazırda bu qəsəbələrdə 3 mindən çox insana kreditlər verilib.
Onu da qeyd edək ki, hökumət qaçqın və məcburi köçkünlərin məşğulluğunun həlli ilə yanaşı, onların sosial vəziyyətini yüksəltmək üçün ünvanlı yardım mexanizminin imkanlarından yararlanmaları üçün geniş imkanlar yaradıb. Məsələn, ölkə üzrə 166332 ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının bir hissəsi məcburi köçkün ailələrinə verilir. Yəni, 11212 məcburi köçkün ailəsi sosial yardımlarla əhatə olunub. Həyata keçirilən bu məqsədyönlü tədbirlərin nəticəsi olaraq məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38

