Tətil, yoxsa təhsil...
17.06.2026 [09:22]
Uşaqların yay planı necə qurulmalıdır?
Məktəblərdə dərs ilinin yekunlaşması ilə başlanan yay tətili daha çox istirahət assosasiyası yaradır. Xüsusilə uşaqlar və məktəblilər yay tətili zamanı vaxtlarını daha çox istirahətə həsr edirlər. Bu dövrdə onlar müəyyən mənada illik dərs yükündən uzaqlaşır, daha çox istirahət edir, dostları ilə vaxt keçirir və müxtəlif əyləncəli fəaliyyətlərlə məşğul olurlar. Mütəxəssislər də vurğulayırlar ki, yay tətili uşaqların həm fiziki, həm də psixoloji baxımdan dincəlməsi üçün çox vacib hesab olunur. Bu dövrdə valideynlər arasında tez-tez müzakirə olunan bir sual da gündəmə gəlir: Uşaqlar yay tətilində çox dərs oxumalı, yoxsa dincəlməlidirlər?
Bəzi valideynlər düşünür ki, yay aylarında dərsdən uzaq qalmaq uşağın biliklərini zəiflədir, digərləri isə hesab edir ki, uşağın həm fiziki, həm də psixoloji baxımdan qarşıdan gələn dərs ilinə tam hazır olması üçün istirahətə ehtiyacı var. Mütəxəssislərin fikrincə, bu məsələdə əsas məqam balansı qorumaqdır.
Yeni bacarıqlar, yeni maraqlar
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, uşaqların yay tətili ərzində tamamilə dərsdən uzaq qalması müəyyən bilik və bacarıqların zəifləməsinə səbəb ola bilər. Buna görə də yay aylarında uşaqların gündəlik həyatına maraqlı və faydalı fəaliyyətlərin daxil edilməsi böyük əhəmiyyət daşıyır: “Məsələn, uşaqlar yaşlarına uyğun kitablar oxumaqla həm söz ehtiyatlarını zənginləşdirə, həm də təxəyyül və məntiqi düşünmə qabiliyyətlərini inkişaf etdirə bilərlər. Oxunan kitabların valideynlər və ya dostlarla müzakirə edilməsi isə onların fikri ifadəetmə bacarığını daha da gücləndirir.
Bununla yanaşı, yay tətili uşaqların yeni hobbilər kəşf etməsi üçün ideal fürsətdir. Rəsm çəkmək, musiqi alətində ifa etməyi öyrənmək, fotoqrafiya ilə məşğul olmaq, şahmat oynamaq və ya müxtəlif əl işləri hazırlamaq kimi fəaliyyətlər uşaqlarda yaradıcılığı artırır, səbr formalaşdırır və özünəinam hissinin inkişafına müsbət təsir göstərir. Xüsusilə, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə proqramlaşdırma, robototexnika və rəqəmsal dizayn kimi sahələrlə erkən yaşlardan tanış olmaq uşaqların gələcək peşə seçimlərinə də müsbət təsir göstərə bilər”.
Valideynlərlə birgə...
Ekspert qeyd edib ki, yay tətilinin səmərəli keçirilməsi üçün ailələrin də rolu böyükdür: “Valideynlər uşaqları ilə birlikdə muzeylərə, tarixi məkanlara, sərgilərə və təbiət guşələrinə səfərlər təşkil edə bilərlər. Belə fəaliyyətlər uşaqların öyrənmə prosesini daha maraqlı edir, onların dünyagörüşünü genişləndirir və yeni bilikləri real həyat müşahidələri ilə əlaqələndirməsinə imkan yaradır. Təcrübə göstərir ki, uşaqlar əyani şəkildə gördükləri və yaşadıqları məlumatları daha uzun müddət yadda saxlayırlar”.
Zehni yüklənmə uşaqlara necə təsir edir?
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə isə, il ərzində məktəbə gedən, ev tapşırıqları yerinə yetirən, imtahan və qiymətləndirmə stressi yaşayan uşaqların yay tətilində zehni yüklənmədən uzaqlaşmağa ehtiyacı olur: “İnsan beyni fasiləsiz işləyən mexanizm deyil. Necə ki, əzələlər uzun müddət işlədikdən sonra dincəlməyə ehtiyac duyur, eyni qayda ilə uşaq beyni də yeni tədris ilinə hazırlaşmaq üçün müəyyən müddət rahatlıq yaşamalıdır. Əgər yay tətili ərzində uşaq hər gün saatlarla dərs oxumağa məcbur edilirsə, bu, onda zehni yorğunluq, bezmə, motivasiya itkisi və hətta təhsilə qarşı mənfi münasibət formalaşdıra bilər”.
Əylənərək inkişaf etmək mümkündür
E.Rüstəmov bildirib ki, uşaqlıq dövründə oyun oynamaq, sərbəst vaxt keçirmək, dostlarla ünsiyyət qurmaq və yeni təcrübələr qazanmaq da ən az dərs oxumaq qədər vacibdir: “Çünki uşağın emosional inkişafı təkcə kitablar vasitəsilə deyil, həyat təcrübələri, sosial münasibətlər və ətraf aləmi kəşf etməsi ilə də formalaşır. Yay tətilində parkda gəzmək, ailə ilə səyahət etmək, maraqlı kitablar oxumaq və ya üzgüçülüklə, idmanla, o cümlədən yaradıcı fəaliyyətlərlə məşğul olmaq uşağın şəxsiyyətinin inkişafına ciddi töhfə verir”.
Təhsildən tam uzaqlaşmaq da olmaz
Psixoloqun fikrincə, bununla belə, yay tətilində təhsildən tamamilə uzaqlaşmaq da tövsiyə edilmir: “Uzun müddət heç bir zehni fəaliyyətlə məşğul olmayan uşaqlarda bəzi bilik və bacarıqların zəifləməsi müşahidə oluna bilər. Lakin burada söhbət saatlarla davam edən ağır dərs yükündən deyil, daha çox uşağın maraqlarına uyğun, əyləncəli və inkişafetdirici fəaliyyətlərdən gedir. Məsələn, hər gün qısa müddət kitab oxumaq, məntiqi oyunlar oynamaq, xarici dil öyrənmək və ya maraq göstərdiyi sahələr üzrə məlumat toplamaq həm biliyin qorunmasına, həm də zehni inkişafın davam etməsinə kömək edir.
Araşdırmalar göstərir ki, daim yüksək nəticə tələb olunan, davamlı təzyiq altında saxlanılan uşaqlarda narahatlıq, özünəinamın azalması və emosional gərginlik riski daha yüksək olur. Əksinə, istirahət və öyrənmənin düzgün balanslaşdırıldığı mühitdə böyüyən uşaqlar yeni dərs ilinə daha həvəsli, enerjili və motivasiyalı başlayırlar. Onlar öyrənmə prosesini məcburiyyət kimi deyil, maraqlı fəaliyyət kimi qəbul etməyə başlayırlar”.
Motivasiyalı uşaq gələcək uğurların ən möhkəm təməlidir
E.Rüstəmovun sözlərinə görə, unutmaq olmaz ki, yay tətili uşağın həyatında sadəcə boş vaxt deyil, həm də inkişaf dövrüdür: “Lakin bu inkişaf yalnız dərs masası arxasında baş vermir. Bəzən uşağın təbiətdə keçirdiyi bir gün, dostları ilə oynadığı bir neçə saat və ya ailəsi ilə etdiyi səmimi söhbət onun psixoloji sağlamlığı üçün onlarla əlavə dərsdən daha faydalı ola bilir. Buna görə də mütəxəssislər valideynlərə uşaqların yay tətilini nə tamamilə dərsdən uzaq, nə də yalnız dərs üzərində qurmağı tövsiyə etmirlər. Ən doğru yanaşma uşağın həm istirahət etməsinə, həm də özünü inkişaf etdirməsinə imkan yaradan sağlam balans yaratmaqdır. Çünki xoşbəxt, dincəlmiş və motivasiyalı uşaq gələcək uğurların ən möhkəm təməlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

