Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarıla bilərmi?
06.03.2022 [09:56]
Bu, nəzəri cəhətdən mümkün görünsə də, praktikada baş tutmayacaq
Nardar BAYRAMLI
Son günlər Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması barədə çağırışlar səslənir. Ukrayna prezidenti Volodimir Zelenski də belə bir tələblə çıxış edib. Zelenski xalqa videomüraciətində deyib ki, Rusiya Ukraynada müharibə cinayətləri törətdiyi üçün onun BMT Təhlükəsizlik Şurasında üzvlüyü ləğv edilməlidir. “Mülki əhaliyə qarşı müharibə cinayətləri törədən dövlət BMT Təhlükəsizlik Şurasının üzvü ola bilməz”, -deyə Ukrayna prezidenti bildirib.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə öz növbəsində Baş katib Antonio Quterreşdən bu tələbi edən Volodimir Zelenskini təşkilatın Nizamnaməsinə diqqət yetirməyə çağırıb: “BMT-nin Nizamnaməsinə əsasən, Baş katibin heç bir formada belə səlahiyyətlərə malik olmadığı aydın olardı”. Qeyd edək ki, ABŞ da fəal şəkildə belə bir qərarı qanuniləşdirmək üçün alətlər hazırlamağa çalışır. Belə ki, ABŞ konqresmenləri BMT Nizamnaməsinin Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müəyyən edən 23-cü maddəsinə düzəliş etmək üçün zəruri olan təcili tədbirlərin görülməsi üçün qurumun rəhbərliyinə çağırış ediblər.
Ümumiyyətlə, Rusiyanı BMT Təhlükəsizlik Şurasının üzvlüyündən xaric etmək mümkündürmü? BMT-nin Nizamnaməsi buna imkan verirmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yalçın Hacızadə deyib ki, hazırda beynəlxalq hüquq sistemi təhdid altındadır: “Biz görürük ki, dünyada beynəlxalq hüquq işlək vəziyyətdə deyil, böyük dövlətlər bəzi qərarlarında beynəlxalq hüquqa əməl etmirlər. Dünyanın müxtəlif bölgələrində baş verən gərginlik, qarşıdurmalar bunu deməyə əsas verir. Məlumdur ki, BMT Nizamnaməsinə dəyişikliklər təşkilatın Baş Assambelyası tərəfindən qəbul olunur. Amma bunun üçün üçdə iki səs çoxluğu tələb edilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Baş Assambleyada qəbul olunmuş dəyişiklikləri Təhlükəsizlik Şurası təsdiq etməlidir. Bu o deməkdir ki, əgər Baş Assambleya Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq istəsə də, buna nail olmayacaq. Çünki Rusiya həmin sənədə qarşı veto hüququndan istifadə edəcək. Yəni bu ölkənin BMT Təhlükəsizlik Şurasından çıxarılması nəzəri baxımdan mümkün olsa da, praktiki cəhətdən mümkün deyil”.
Politoloq qeyd edib ki, BMT Nizamnaməsinə indiyədək bu yöndə hər hansı dəyişikliklər edilməyib: “Bir məqam da ondan ibarətdir ki, BMT sənədlərində Təhlükəsizlik Şurasının 5 daimi üzvü kimi Rusiya yox, SSRİ-nin adı çəkilir: “Səbəb isə BMT Nizamnaməsində hər hansı dəyişiklərin edilməsinə illər, vaxtın lazım olmasıdır. SSRİ dağıldıqdan sonra onun hüquqi varisi olan 15 respublika SSRİ-nin beynəlxalq münasibətlərdə hüquq və öhdəliklərinin davamedicisi öhdəliyini Rusiyaya verib. O zaman bu məsələ texniki prosedur kimi nəzərə alındı və Nizamnamədə heç bir dəyişiklik edilmədi. Hazırda ABŞ və bir sıra digər ölkələrdə də Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə fikirlər səslənir, bunun hüquqi yolları araşdırılır. Lakin belə bir addımın atılacağı inandırıcı görünmür. Düşünürəm ki, bu, Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı təzyiq formalarından biridir”.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

