Makron yenidən Yeliseyə “sahib” olmaq arzusundadır
06.03.2022 [09:58]
Amma onun şansı yüksək dəyərləndirilmir
P.İSMAYILOV
Bu ilin aprelində Fransada keçiriləcək prezident seçkiləri indidən böyük marağa səbəb olub. Avropanın aparıcı dövlətlərindən sayılan Fransanda son illərdə həyata keçirilən daxili-xarici siyasət kursu nəinki beynəlxalq ictimaiyyət, hətta yerli əhali tərəfindən birmənalı qarşılanmır. Bunun nəticəsidir ki, artıq illərdir aparılan sosial siyasətə qarşı “sarı jiletlilər” hərəkatı etirazını bildirir. O ki qaldı beynəlxalq siyasətə, rəsmi Paris burada da özünü yaxşı tərəfdən göstərə bilmir. Avropada baş verən proseslərə birbaşa müdaxilə edə bilməyən Makron hökuməti bəzən beynəlxalq hüquq kodekslərini də “unudur”. Məsələn, 2020-ci ildə baş vermiş II Qarabağ müharibəsinə münasibət bunu təsdiqləyir. Bu baxımdan, apreldə keçiriləcək seçkilərdə Yelisey sarayına kimin “sahiblənəcəyi” şübhəlidir.
Fransanın hazırki prezidenti Emmanuel Makron artıq bu marafona qoşulacağını bəyan edib. 2017-ci ilin aprelindən Fransa prezidenti olan Makron ikinci dəfə bu posta yiyələnmək arzusundadır. Ona alternativ olacaq namizədlər isə ultrasağçı mövqeyi ilə tanınan jurnalist Erik Zemmur və “Respublikaçılar” partiyasının namizədi Valeri Pekressdir. Hər iki namizəd açıq ermənipərəst kimi tanınmaqdadır. Hətta Valeri Pekress ötən ilin dekabrında Azərbaycanın torpaqlarına etdiyi qanunsuz səfərə görə ölkəmizin “arzuolunmaz şəxslər” siyahısına düşüb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, preident seçkilərində Makronun şansı o qədər də yüksək dəyərləndirilmir. Keçirilən sosioloji reytinq sorğuları da bunu təsdiqləyir. Hazırda onun reytinqi 30 faizdən də aşağı dəyərləndirilməkdədir: “Makronun həm II Qarabağ müharibəsi dövründə, həm də hazırkı Ukrayna ilə bağlı məsələlərdə tutduğu mövqe bunda böyük rol oynayıb. Qələbə şansı kifayət qədər zəif görünür. Amma nəzərə alsaq ki, Makrona alternativ olan namizədlərin siyasi reputasiyası daha aşağı və ziddiyyətlidir, bu ona qələbə şansı yarada bilər. Hər bir halda qarşıdakı seçkinin çox gərgin keçəcəyini indidən söyləmək olar”.
Q.Hüseynli deyib ki, Makronun prezidentliyi dövründə Fransa Avropada söz sahibinə çevrilə bilmədi. Angela Merkeldən sonra Avropada yaranan siyasi boşluq Makron tərəfindən doldurulmadı. Bununla yanaşı isə, ölkədə ard-arda baş verən etirazlar, xüsusilə, sarı jiletlilərin üsyanı göstərdi ki, ölkə iqtisadiyyatı normal inkişaf etmir. “Əhali ölkədəki sosial iqtisadi problemlərdən xəbərdardır və bu səbəbdən də etirazçılar hələ də silahı yerə qoymayıblar. Bu gün Avropa Birliyinə sədrlik edən Fransa öz missiyasını layiqincə yerinə yetirmir. Makron sanki boykot edilmiş formada fəaliyyət göstərir. Təkbaşına bütün məsələləri özü icra etməyə çalışır. Bu isə uğursuzluqlara səbəb olur”, - deyə Q.Hüseynli əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

