Xalq Əli Kərimlinin cavabını verdi
09.11.2010 [09:25]
Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin də vurğuladıqları kimi dinc şəraitdə keçirilən bu seçkilər də əvvəlki seçkilər kimi demokratikliyi və şəffaflığı ilə yadda qaldı. ümumilikdə bu parlament seçkiləri bütün siyasi partiyaların prosesdə iştirakı, Mərkəzi Seçki Komissiyasının iclaslarının açıq olması, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsi və digər bu kimi müsbət məqamlarla tarixə düşdü.
Bütün bunlara baxmayaraq bəzi müxalifət partiyaları yenə ənənələrinə sadiq qalaraq, seçkilərin nəticələrinə kölgə salmaq üçün cəhdlər edirlər. Amma hesab edirik ki, həmin radikal müxalifətçilərin iddialarının və ənənəvi hay-küylərinin heç bir əsası yoxdur. Sadəcə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Olverin aşağıdakı sözləri onlara tutarlı cavab sayıla bilər: “Demokratiya güclü müxalifət tələb edir. Lakin onları kimin seçdiyini biz müəyyənləşdirmirik. Onları seçicilər seçir, müxalifət nümayəndələrini seçib seçməmək onlardan asılıdır”.
Bəli, doğrudan da demokratiya güclü müxalifət tələb edir. Lakin təəssüflər olsun ki, Azərbaycanda mövcud radikal müxalifət düşərgəsinin təmsilçiləri bu güclü daxildə deyil, xaricdə axtarmağa çalışırlar. Onlar elə hesab edirlər ki, xarici maraqlı güclər qarşısında nə qədər çox öhdəlik götürsələr, ətraflarına nə qədər qaranlıq keçmişə malik şəxsləri toplasalar, milli-mənəvi dəyərlərdən, azərbaycançılıq məfkurəsindən nə qədər uzaq düşsələr o qədər güclü olarlar. Ancaq bu zavallılar istənilən siyasi qüvvənin söykəndiyi başlıca gücün xalq olduğunu hələ də dərk etmək iqtidarında deyillər. Onların bunu dərk etməməsi isə həmin düşərgəni xalqdan tamamilə uzaq salıb.
Təbii ki, müxaliflərin bu davranışları eyni zamanda xalqın ciddi təpkisi ilə üzləşməkdədir. Necə ki, biz bunu noyabrın 7-də keçirilən seçkilərin nəticələrində də gördük. Daha doğrusu, insanlar millətin və dövlətin mənafeyini xarici güclərin maraqlarına satanlara bir daha, özü də daha qətiyyətli şəkildə “yox” dedi.
Noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələri həm də bir gerçəyi ortaya çıxardı. Bu gerçək də ondan ibarətdir ki, xalq artıq siyasi prosesləri dərindən dərk edərək, öz seçimini onun əsasında qurur. Daha dəqiq desək, Azərbaycan seçicisi hətta müxalifət təmsilçisinə səs verəndə belə, səs verdiyi namizədin keyfiyyətlərini nəzərdən keçirərək öz seçimini edir.
Necə ki, bu 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə nəticələrdə özünü göstərdi. Məlum olduğu kimi, həmin dairədə müxalifətdən AXCP sədri Əli Kərimli ilə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mübarizə aparırdı. Məlumdur ki, Ə.Kərimli son illər öz fəaliyyəti ilə anti-milli mövqeyini açıq şəkildə nümayiş etdirib. özünün maliyyə və digər maraqlarını reallaşdırmaq üçün Azərbaycanın əleyhinə olan xarici qüvvələrlə əməkdaşlıq edən AXCP sədri əsl mahiyyətini ortaya qoyub. Eləcə də, onun öz ətrafına topladıqları şəxslərin də kifayət qədər zidiyyətli, milli maraqları qurban verənlər, əxlaqi keyfiyyəti aşağı, quldurluqla məşğul olanlardan və s. ibarət olduğu aydın görünür. Fakt kimi ermənilərlə əməkdaşlıq edən Ruslan Bəşirlini, əxlaq məsələləri ilə bağlı “məşhurlaşmış” Qənimət Zahidi, Azər Əhmədovu və Aqil Xəlili, həmçinin, quldurluğa görə həbs olunmuş Qabil Məmmədrzayevi göstərmək olar. Əlbəttə ki, ətrafına belələrini toplamış birisinə insanlar heç zaman etimad göstərməz.
Bir sözlə, son olaraq qeyd etmək yerinə düşər ki, bu seçkilərdə seçicilər hətta müxalifət təmsilçiləri arasında seçim etmək məcburiyyətində qaldıqları halda necə seçim etdiklərini ortaya qoydular. Yəni, seçicilər radikal, dağıdıcı, xarici güclərin oyuncağına çevrilən, “siyasi dilənçilik” edən müxalifət təmsilçilərinə deyil, konstruktiv, azərbaycançılıq məfkurəsindən uzaq düşməyən müxalifətin təmsilçilərinə səs verdilər. Bu isə siyasi fəaliyyəti siyasi dilənçiliklə səhv salan Əli Kərimliyə xalqın layiqli cavabıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32

