/ / YAP cəmiyyətin bütün zümrələrini öz ətrafında birləşdirərək bu günün ən güclü siyasi qüvvəsinə çevrilib
YAP cəmiyyətin bütün zümrələrini öz ətrafında birləşdirərək bu günün ən güclü siyasi qüvvəsinə çevrilib
20.11.2010 [10:51]
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. Tədbiri YAP Səbail rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov giriş sözü ilə açaraq “Yeni Azərbaycan Partiyası - Heydər Əliyevin elmi-nəzəri irsinin ən etibarlı daşıyıcısı, fəal təbliğatçısıdır” mövzusunda geniş nitq söyləyib. Onun sözlərinə görə, öz dövrünün ən böyük və müdrik şəxsiyyətlərindən biri, zəngin elmi irsi böyüyən nəsillərin örnəyi olan ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasından 18 il ötür: “Son dərəcə çətin və mürəkkəb şəraitdə, hər tərəfdən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının qarlı-boranlı bir vaxtında ölkəmizin müxtəlif bölgələrindən Heydər Əliyevə pənah gətirmiş 550 nəfərə qədər cəsur qadın və kişilərin toplaşdığı soyuq bir zalda keçirilmiş Təsis Konfransı (21 noyabr 1992-ci il) Azərbaycanın və Azərbaycan xalqının, hər bir vətəndaşın ictimai-siyasi həyatında tarixi dönüş günü olmuşdu. Təsis Konfransında Heydər Əliyevi yekdilliklə partiyanın sədri və 55 nəfərdən ibarət Siyasi Şura üzvünü seçəndən dərhal sonra, Heydər Əliyevin Naxçıvan Ali Məclisindəki iş yerində Siyasi Şuranın iclası keçirildi. Yeni Azərbaycan Partiyasının 15 nəfərdən ibarət İdarə Heyəti, sədr müavinləri seçildi”.
O daha sonra partiyanın keçdiyi böyük inkişaf yolundan ətraflı danışıb və əlavə edib ki, Heydər Əliyevin uzaqgörənliyi bir daha öz reallığını göstərdi: “YAP-a qədər yaranmış və YAP-ın Təsis Konfransından sonra yaranan partiyaların demək olar ki, çoxu dağılıb, partiyacıqlara çevrilib. Vaxtilə özlərini partiyamıza alternativ sayan partiyaların bir çoxunun indi YAP-ın kölgəsinə, qoltuğuna toplanması hadisəsinin özü də partiyamızın həyatiliyinə bir sübutdur. Partiyamıza qatılmağa cəhd edən partiyalar da az deyil.
YAP artıq 18 ildir ki, ölkədə şəriksiz hakim partiyadır. Xalqın iradəsini dolğun şəkildə ifadə edə bilir”.
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov və partiyanın Siyasi Şurasının və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Vilayət Əliyev çıxışlarında partiyanın yaranma tarixindən, dövlətçiliyin möhkəmlənməsindəki rolundan ətraflı danışıblar. Vurğulanıb ki, 18 ildə böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarının belə sürətlə artması xalqın YAP-a inamından irəli gəlir. Partiya bu gün də yenilik hissi ilə irəliləyir, inkişaf edir, mətinləşir. Son günlərdə ölkəmizdə keçirilən parlament seçkilərində YAP-ın böyük üstünlüklə qələbəsi deyilənlərin bir daha təsdiqidir.
Tədbir iştirakçılarını təbrik edən YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, partiyanın 18 illiyi müstəqil Azərbaycan dövlətinin bu günədək keçdiyi yolu əks etdirir. Yeni Azərbaycan Partiyasının yaranmasının zamanın tələbindən irəli gəldiyini söyləyən Əli Əhmədov ölkəmizin əldə etdiyi uğurların məhz bu partiya və onun qurucusu, Ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. YAP-ın yaranması Azərbaycanın təhlükəli böhrandan qurtulması istəyi ilə bilavasitə əlaqədar idi: “Beləliklə, YAP Azərbaycanı müstəqilliyinin başının üstünü almış təhlükələrdən xilas etmək istək və arzusu, Azərbaycan vətəndaşlarını narahat edən sabaha inamsız baxışlardan qurtulmaq məqsədilə yarandı. YAP Azərbaycanı müstəqil, azad bir dövlət kimi qurmaq, formalaşdırmaq istəyi ilə meydana çıxdı. Əgər biz bu gün müstəqil, qüdrətli, güclü, dünyada özünə layiqli yer tuta bilmiş bir Azərbaycan dövləti haqqında danışır və bununla qürur duyuruqsa, birmənalı şəkildə hər bir vətəndaş bütün bu proseslərin kökündə Heydər Əliyev şəxsiyyəti və bu şəxsiyyətin ətrafında formalaşan, birləşən YAP amilini göz önünə gətirir. YAP yaranmasından cəmi 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələrin çox qısa zamanda sovuşdurulması kimi şərəfli bir tarixə sahibdir. YAP Azərbaycan iqtisadiyyatının Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçməsi kimi əzəmətli bir tarix yazıb. YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında müstəqil Azərbaycan dövlətinin qurulması, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir”.
Görülən bütün bu işlərin davamı olaraq Azərbaycanın beynəlxalq əhəmiyyətinin artdığını, regionun lider dövlətinə, habelə dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayan dövlətə çevrildiyini qeyd edən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan dövləti və xalqı üçün YAP bu həqiqətlərin dərk edilməsidir: “Bu həqiqətlərin kökündə Heydər Əliyev şəxsiyyəti, Onun ideyaları, müəyyənləşdirdiyi siyasət və bu gün Ulu öndərin siyasi xəttinin uğurla həyata keçirilməsini təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyev dayanır. Bütün bunların hamısı ilə birlikdə Heydər Əliyevin rəhbərliyi altında yaranan, Ona sadiq olan insanların toplaşdığı və Azərbaycan dövlətinə və xalqına ləyaqətlə və sədaqətlə xidmət edən YAP da istər-istəməz bütün proseslərin mərkəzində olan çox ciddi siyasi güc kimi qavranılır. Bizim rəqiblərimiz ona görə öz güclərini itirirlər ki, onlar dəyişikliyə, yeniliyə meyilli deyillər. Cəmiyyətin dəyişikliklərinə uyğunlaşa bilmirlər. Yeni Azərbaycan Partiyası isə bütün dəyişikliklərə uyğun şəkildə özünün strategiyasını qura bilir. Yeni Azərbaycan Partiyası bu xüsusiyyətinə, bacarığına görə cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olmağa bundan sonra da davam etdirəcəkdir”. Daha sonra Yeni Azərbaycan Partiyasının İcra katibi Ə.Əhmədov vurğulayıb ki, hakim partiya daim gəncləşir: “Hesab edirəm ki, bu da YAP-ın gücünü və qüvvəsini artıran çox fundamental əsaslardan biridir. Bu gün YAP-ın yarım milyondan çox üzvünün 200-mindən çoxu gənclərdir. YAP cəmiyyətin bütün zümrələrini öz ətrafında birləşdirərək bu günün ən güclü siyasi qüvvəsinə çevrilibdir. Biz qürur duyuruq ki, Yeni Azərbaycan Partiyasının üzvləriyik. Həm də qürur duymaqla yanaşı, bu partiyanın gücünün artırılmasına imkanlarımız daxilində öz töhfələrimizi verməyə çalışırıq. İnanıram ki, Yeni Azərbaycan Partiyası uzun illər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan cəmiyyətinin həlledici siyasi qüvvəsi kimi çıxış edəcəkdir”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

