NATO növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
23.11.2010 [09:50]
Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli və ən optimal - dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə uyğun həlli istiqamətində göstərdiyi səylər beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş praqmatik xarici siyasət kursu bu münaqişənin daha geniş beynəlxalq müstəvidə müzakirəsinə stimul verir və bununla bağlı, müxtəlif təşkilatlar səviyyəsində rəsmi Bakının maraqlarına uyğun qərarlar qəbul olunur. O cümlədən, BMT, ATƏT, Avropa Şurası, NATO kimi güclü və nüfuzlu, dünyada sülhün və ədalətin qorunmasına, demokratiyanın inkişafına töhfələr verən təşkilatların münaqişə ilə bağlı qərarlarında məhz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münaqişənin həllində əsas tələb kimi öz əksini tapır. Son olaraq, NATO-nun noyabrın 19-20-də Lissabonda keçirilmiş Zirvə toplantısının Bəyannaməsində bu məqam növbəti dəfə öz əksini tapıb.
Qeyd edək ki, sammitin yekun Bəyannaməsində Alyansın üzv dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün məhz münaqişənin həlli kontekstində dəstəkləməsi ilə bağlı mövqeyini əks etdirən bənd bir daha təsdiq edilib. Bəyannamənin 35-ci bəndində qeyd olunur ki, Avratlantik məkanda sülhün bərqərar olunması məqsədimiz naminə, Cənubi Qafqazda və Moldova Respublikasında uzadılmış regional münaqişələrin təkidlə davam etməsi Alyans üçün ciddi narahatlıq doğuran məsələ olaraq qalır: “Biz bütün tərəfləri münaqişənin sülh yolu ilə həllində konstruktivlik və güclü siyasi iradə göstərməyə və hazırkı danışıqlar formatlarına hörmət etməyə çağırırıq. Biz onların hamısını regional təhlükəsizlik və sabitliyə xələl gətirən addımlardan çəkinməyə səsləyirik. Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstəyimizə sadiq qalırıq, həmçinin, bu regional münaqişələrin həmin prinsiplər nəzərə alınmaqla sülh yolu ilə həll edilməsi naminə səyləri dəstəkləməyə davam edəcəyik”.
Təbii ki, bu, bütün fəaliyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. çünki dünyada öz nüfuzuna və təsir imkanlarına görə ön sıralarda dayanan NATO kimi bir qurum ölkəmizin ərazi bütövlüyünü tanıması barədə bir daha bəyanatla çıxış edib. Yerli və xarici müşahidəçilərin qənaətinə görə, əslində, bu, NATO-nun problemə beynəlxalq hüquq və normalar prinsipindən yanaşması ilə yanaşı, Alyansın ölkəmizin haqlı mövqeyini dəstəkləməsi kimi dəyərləndirilməlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu sənədə dünya dövlətlərinin liderləri imza atıblar və bu, həm də onların Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışının necə olmasından xəbər verir. Onlar Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyi öz imzaları ilə növbəti dəfə nümayiş etdiriblər ki, bunu da rəsmi Bakının daha bir diplomatik uğuru kimi xarakterizə etmək olar.
ümumiyyətlə isə NATO ilə əməkdaşlıq Bakıda da böyük əhəmiyyət verilən istiqamətlərdən biridir. Bu gün NATO-Azərbaycan münasibətlərinin səviyyəsi hər iki tərəfdə yüksək qiymətləndirilir. Doğrudur, bu gün ölkəmiz NATO-nun tamhüquqlu üzvü deyil. Amma Azərbaycan müstəqil dövlət kimi bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. Azərbaycanın Sülhməramlı Qüvvələri NATO-nun tərkibində bir sıra münaqişə zonalarında təhlükəsizliyi qoruyub və bu gün ölkəmiz bu missiyasını uğurla davam etdirir. Həmçinin, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması üçün tərəflər arasında yüksək səviyyəli dialoq mövcuddur. Bundan başqa, təşkilatın sammitlərində, konfranslarında Azərbaycan ən yüksək səviyyədə təmsil olunur. Bir neçə gün öncə Lissabonda keçirilən sammitdə iştirak edən Prezident İlham Əliyev həmin tədbir çərçivəsində keçirdiyi görüşlərdə, iclaslardakı çıxışları zamanı Bakının NATO ilə əlaqələrin perspektivinə baxış bucağını, bu əməkdaşlıq barəsindəki fikirlərini ifadə etmişdi. Azərbaycan NATO ilə əməkdaşlığın iki tərəfin də maraqlarına cavab verdiyini düşünür və hesab edir ki, bu əməkdaşlıq gələcəkdə daha geniş istiqamətləri əhatə edə bilər.
O da məlumdur ki, NATO daha çox hərbi təmayüllü təşkilat kimi tanınıb. Və bu günə qədər də Azərbaycanın NATO ilə münasibətlərində bu istiqamət prioritet olub. Qurumla əməkdaşlıq Azərbaycana öz hərbi potensialını artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00

