Tarixi şəxsiyyətlərinə hörmət etməyən xalqa heç kim hörmət etməz
02.12.2010 [09:34]
“ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün müqəddəs bir şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu o qədər böyükdür ki, Ona qarşı azərbaycanlıların qəlbində hörmət və sevgi hüdudsuzdur”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının həyatındakı tarixi rolunu və fəaliyyətini aşağılamağa cəhd edən hansısa məhdud düşüncəli birinin “kitab” yazmasına sadəcə qəzəblənmək olar: “Düşüncə səviyyəsi aşağı olan, özünü “yazar” adlandıran və “kitab” adı altında əsassız fikirlərlə dolu cızma-qaralar yazan birisinə cavab vermək mənasız yerə enerji itirməkdir. Amma çox təəssüflər olsun bəzən turqut ərlər kimilərinə cavab vermək məcburiyyətində qalırıq”.
Haqqında danışdığımız “kitabın” bəzi hissələrinə isə ölkəmizdə nəşr olunan bulvar qəzetlərindən birində yer verildiyini vurğulayan Mübariz Qurbanlı diqqətə çatdırıb ki, həmin qəzetin rəhbərliyi də turqut ərlər səviyyəsindədir: “Bu gün Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərini bu cür cızma-qaralarla pozmaq mümkün deyil”.
Azərbaycanın qüdrətlənməsini və qardaş ölkənin güclənməsini istəməyən qüvvələrin olduğunu söyləyən Mübariz Qurbanlı vurğulayıb ki, bunların başında Ermənistan və erməni lobbisi dayanıb. “WikiLeaks” internet saytında Azərbaycan və Türkiyə ilə bağlı yer almış fikirləri xatırladan millət vəkili qeyd edib ki, bütün bu proseslər məqsədyönlü şəkildə aparılan işdir və hansısa qüvvələr iki qardaş ölkə arasındakı münasibətlərin pozulmasına cəhd göstərir: “Turqur ərlər kimi Türkiyə mətbutında yer almış “yazarlar”ın da məhz həmin qara niyyətli məqsədə və qüvvələrə xidmət etdiklərini görürük”.
“Tarixi şəxsiyyətlərinə hörmət etməyən xalqa heç kim hörmət etməz” - deyən Mübariz Qurbanlı bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi lideridir və Ona qarşı deyilə biləcək “sözlər” hər bir azərbaycanlının qəlbinə atılan daşdır: “Zaman-zaman müxtəlif formalarda hansısa şəxslər tarixi saxtalaşdırmağa cəhd göstəriblər. Elə Türkiyənin özündə də bu dövlətin tarixini, Atatürkün özünü və onun ölkəsinin həyatında oynadığı rolu alçatlmağa çalışan müxtəlifyönlü yazılar, kitablar nəşr olunub. Bu baxımdan da, Atatürk irsinin qorunub saxlanılmasına, onun şəxsiyyətinə qarşı yönəlmiş təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün Türkiyə Respublikasının Konstitusiyasına xüsusi maddə də daxil edilib. Bu maddəyə görə, Atatürk şəxsiyyətinin və onun Türkiyənin tarixindəki rolunun aşağılanmasına görə cinayət işi açılır. Düşünürəm ki, bu doğru bir qərardır. çünki, Türkiyədə bəzi naxələflər, erməni kökənlilər tərəfindən bu ölkənin həyatında xüsusi rol oynamış tarixi şəxsiyyətə qarşı təhqiramiz fikirlərlə dolu kitablar yazmağa cəhdlər olub. Ona görə də, mən də bu cür cəhdləri pisləyirəm. Düşünürəm ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da Heydər Əliyev şəxsiyyətinin fəaliyyətini təhrif edənlərin qarşısını almaq üçün qanun qəbul olunmalıdır. Bu yolla da biz tarixi şəxsiyyətlərimizin rolunu, fəaliyyətini təhrif etməyə cəhd göstərənlərə hüquqi yolla cavab verməliyik”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

