Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbuluna ehtiyac var

Siyavuş Novruzov: Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbuluna ehtiyac var

22.12.2010 [09:30]

“Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac var”. APA-nın məlumatına görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, artıq mövcud şərait belə qanunun qəbuluna zərurət yaradıb. “Yeni Azərbaycan Partiyası 2001-ci ildən indiyədək bir neçə dəfə bu qanunu hazırlayaraq təqdim edib. Hesab edirəm ki, bu gün siyasi partiyalarla bağlı yeni və günün tələblərinə cavab verən qanunun işlənib qəbul edilməsi zəruridir. Artıq bu sahədə beynəlxalq təcrübə öyrənilib. Yeni qanunda siyasi partiyaların maliyyələşdirilməsi, qeydiyyatı və fəaliyyəti konkret əksini tapmalıdır”.

Paylaş:
Baxılıb: 1085 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30