Ermənistanın “PUA arzuları”
20.08.2022 [11:29]
İşğalçı ölkə təlimlərdə nə axtarır?
SEPAH-ın Aerokosmik Qüvvələri Kaşan aviabazasında Ermənistan, Rusiya və Belarusla birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib. O, Kaşanda PUA təlimlərinin bu gündən “elektrikli və porşenli mühərriklər” sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.
Bu təlimlərdə Ermənistanın da iştirakı bir sıra suallar doğurur. Belə ki, Vətən müharibəsindən sonrakı dövrdə üçtərəfli bəyanata əməl etməyən bu ölkə hələ də silahlı birləşmələrini tam olaraq Azərbaycan torpaqlarından çıxarmayıb. Belə olan halda, Ermənistanın hansısa hərbi təlimlərdə iştirakı regional sülhün bərqərar olmasına təhdid yaratmırmı?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Ramil Məmmədli keçirilən bu təlimlərin daha çox biznes məqsədi daşıdığını önə çəkib. Onun sözlərinə görə, İran bu təlimlərdə iştirakçı ölkələrin, o cümlədən, digər dövlətlərin diqqətini PUA sahəsində əldə etdiyi uğurlara cəlb etmək niyyətindədir. Bununla da, müdafiə sənayesində mühüm gəlirli bir sahə əldə etmiş ola bilər: “Ortada presedentlər var. İran görür ki, son illərdə PUA sahəsində mühüm irəliləyişlər olunur və bu, böyük gəlir gətirir. Həmin təlimlərə Ermənistanın da qatılması isə bir sıra suallar yaradır. Belə ki, Ermənistanla İran arasında hərbi sahədə hər hansı bir saziş imzalanmayıb. Bu baxımdan, rəsmi İrəvanın həmin təlimlərdə iştirakı müttəfiqlikdən qaynaqlanmır. İkinci bir tərəfdən isə, Ermənistanın hazırki dövlət büdcəsi və ya imkanları o PUA-ların alınmasını da istisna edir. Belə ki, borc içində batan, inflyasiyanın günü-gündən artdığı, sosial problemlərin məngənəsindən xilas ola bilməyən Ermənistan üçün bu PUA-ları almaq müzakirə mövzusu ola bilməz. Nəzərə almaq lazımdır ki, Ermənistan 30 ilə yaxın yerləşdiyi regionda işğalçı siyasət yürüdüb. Onun silahlanması isə yenidən sülhə, sabitliyə təhdid yarada bilər. Bu mənada, Ermənistan regional sülhə töhfə verməyənə, üçtərəfli bəyanata tam əməl etməyənə və bölgədə yaratmağa çalışdığı təxribatlara son verməyənə qədər silahlanması və ya silahlandırılması yolverilməzdir”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

