Brüssel görüşü gündəliyi müəyyən edi?
23.08.2022 [08:28]
Avropa İttifaqı danışıqlar prosesini davam etdirir
P.Sadayoğlu
2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunan qələbə torpaqlarımızın işğaldan azad olunmasını təmin etsə də, Ermənistan ilə bir sıra məsələlərin həlli hələ də açıq qalır. Bu sıraya kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Bununla bağlı isə mütəmadi şəkildə qarşı tərəf ilə danışıqlar, müzakirələr aparılır. Rusiyanın və Avropa İttifaqının bu görüşlərdə moderator qismində iştirakı isə prosesin daha da sürətləndirilməsinə hesablanıb. Ötən ilin sonlarından etibarən mərhələli şəkildə Avropa İttifaqının moderatorluğu ilə baş tutan görüşlər prosesə müəyyən təsirlər göstərməkdədir. Delimitasiya ilə bağlı komissiyaların yaradılması buna misal ola bilər. Yeri gəlmişkən, bu günlərdə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə Aİ-nin xüsusi nümayəndəsi “Twitter”də bildirib. “Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu”, - deyə o, qeyd edib.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, elan olunmuş planlara görə, avqust ayında Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü planlaşdırılmışdı. Müəyyən səbəblərdən bu görüş avqust ayında baş tutmadı: “Amma görüşün keçirilməsi gündəmdədir. Təxmini vaxtı isə sentyabr ayına müəyyənləşib. Düşünmək olar ki, sözügedən görüş ölkə liderlərinin görüşünə, bu görüşün gündəliyinin müəyyənləşdirilməsinə həsr olunub. Təbii ki, gündəlikdəki əsas məsələlər bəllidir. Dəhlizlərin, xüsusilə də Zəngəzur dəhlizinin açılması, bu çərçivədə aparılan işlər gündəliyin əsas mövzularındandır. Digər tərəfdən, delimitasiya və demarkasiya ilə bağlı olan məsələlər də müzakirə predmetlərinə aiddir. Ən əsası isə, post-münaqişə dövrü üçün xüsusi aktuallıq kəsb edən sülh müqaviləsinin hazırlanması ilə bağlı gedən işlər müzakirə olunacaq məsələlər arasında yer alacaq. Həmin görüşdə də təxminən bu üç istiqamətdə danışıqlar aparılıb”.
Politoloqun fikrincə, ikitərəfli münasibətlərin normallaşması regionda gedən prosesləri proqnozlaşdırılan səmtə yönəldir. Digər tərəfdən də, Avropa İttifaqının normallaşma prosesinə nail olmaq üçün ciddi səy göstərməsində özünün maraqları mövcuddur. “Bu, Avropa İttifaqına regionda öz layihələrini həyata keçirməsi üçün xüsusi bir mühit yaradır. Burada söhbət müxtəlif layihələrdən gedir. Bu sıraya hər iki ölkəni və ya bütövlükdə Cənubi Qafqazı Avropaya sıx bağlayan layihələrin və ya investisiya planlarının həyata keçirilməsi də daxildir. Ermənistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin tənzimlənməsi sərhədlərin müəyyənləşdirilməsinə, dəqiqləşdirilməsinə əsaslanır. Burada yeni və ya dünya praktikasında artıq yer almış təcrübənin tətbiq edilməsi də Aİ-yə müəyyən mənfəətlər gətirir. Belə ki, Ermənistan tərəfi artıq 3 keçid məntəqəsinin açılması ilə bağlı bəyanat verib. Bu keçid məntəqələri qurulanda sivil qaydada dövlət sərhədləri vasitəsilə həm yük maşınları, həm də fərdi maşınlar üçün rahat gediş-gəliş mümkün olacaq. Beləliklə də kommunikasiyalar bərpa olunur. Azərbaycanla Ermənistan, həm də gələcəkdə Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların bərpası isə bu ölkələri Türkiyədən keçən yol infrastrukturu vasitəsilə ilə Avropaya birləşdirəcək. Bu baxımdan, Avropa proseslərin normal şəkildə, münasibətlərin tənzimlənməsi səviyyəsində inkişafında maraqlıdır”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

