Prezident Administrasiyasında Yeni Yol Partiyasının sədri ilə görüş keçirilib
31.08.2022 [16:26]
Avqustun 31-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və yeni dövlət qeydiyyatına alınmış Yeni Yol Partiyasının sədri Ramil Hüseynov arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev partiyanın dövlət qeydiyyatına alınması münasibətilə Ramil Hüseynovu təbrik edib və partiyaya fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı vurğunlanıb ki, siyasi partiyaların cəmiyyətdə artan nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan köklü siyasi islahatların nəticəsidir. Yeni siyasi konfiqurasiyanın uğurla inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi bu islahatların tərkib hissəsidir.
İqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulması nəticəsində son iki ildə Yeni Yol Partiyası da daxil olmaqla 10 siyasi partiyanın dövlət qeydiyyatına alınması, siyasi partiyaların ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, siyasi fəaliyyət üçün bütün lazımi şəraitin yaradılması görüşdə xüsusi vurğulanıb.
Qeyd edilib ki, yeni siyasi konfiqurasiya və ölkədə aparılan islahatların strateji hədəfləri ölkədə dayanıqlı demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyasıdır. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar öz beynəlxalq əlaqələrini inkişaf etdirməlidir.
Siyasi partiyalar arasında sağlam münasibətlər mühitinin yaradılmasının vacibliyini qeyd edən şöbə müdiri bildirib ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olması, bununla bağlı birgə bəyanat və müraciətlərin imzalaması iqtidar-müxalifət dialoqunun nə qədər önəmli olmasını bir daha sübut etdi.
Şöbə müdiri siyasi sabitliyin əhəmiyyəti barədə danışaraq bildirib ki, radikal siyasi meyillər dövlətçiliyə olan təhdid kimi qiymətləndirilməlidir. Bu səbəbdən, hər bir siyasi partiya buna qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.
Həmçinin Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması zərurəti, partiyaların fəaliyyəti üçün yeni hüquqi bazanın formalaşmasının vacibliyi qeyd edilib.
Yeni Yol Partiyasının sədri Ramil Hüseynov görüş üçün təşəkkürünü bildirib və ölkədə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyini diqqətə çatdıran partiya sədri siyasi fəaliyyətində dövlətin təməl prinsiplərini əsas tutacağını söyləyib. R.Hüseynov bildirib ki, yeni siyasi konfiqurasiyanın inkişafı, ölkədə sağlam siyasi mədəniyyətin formalaşdırılması, iqtidar-müxalifət dialoqunun aparılması ölkəmizdə güclü siyasi sistemin yaradılmasına dəlalət edir. Bu səbəbdən Yeni Yol Partiyası həmin istiqamətdə sağlam münasibətlərin qurulmasında fəal iştirak edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

