Azərbaycanda böyük Atatürkə sevgi və rəğbət olmuş və bundan sonra da olacaqdır
13.01.2011 [09:20]
APA informasiya agentliyi son günlər bir sıra mətbu orqanlarında, xüsusilə də, Ermənistan kütləvi informasiya vasitələrində guya Yeni Azərbaycan Partiyası tərəfindən Mustafa Kamal Atatürk əleyhinə kitab hazırlandığına dair şayiələrə aydınlıq gətirilməsi ilə bağlı YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova müraciət edib. Bununla bağlı Əli Əhmədov bildirib: “Qətiyyətlə bildirirəm ki, bu nəinki həqiqətə uyğun deyil, həm də məkrli yalandır. Hədəf isə Türkiyə - Azərbaycan dostluğudur. Bəzi məlum dairələr və ayrı - ayrı şəxslər Azərbaycan - Türkiyə qardaşlığına zərbə vurmaq üçün çox müxtəlif üsullara əl atır, yalanlar uydurur, tarixi həqiqətləri saxtalaşdıran kitablar belə yazırlar. Yeni Azərbaycan Partiyası belə cəhdləri qətiyyətlə pisləyir, onlara qarşı mübarizə aparır. Böyük Atatürkə münasibətə gəldikdə isə onu deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası həmişə bu həqiqətə istinad edib və bu gün də istinad etməkdədir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün fəaliyyəti, onun Azərbaycan və Türkiyə birliyi üçün gördüyü böyük işlər hər zaman Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Partiyamızın yaradıcısı Ulu öndər Heydər Əliyev də Atatürkün tarixi roluna daim yüksək qiymət verərdi. Təsadüfi deyil ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Atatürkün parlaq şəxsiyyətini, həyat yolunu, fəaliyyətini və zəngin siyasi irsini araşdıran Atatürk Mərkəzi yaradılmışdır. Bu gün isə Prezident İlham Əliyev Türkiyə - Azərbaycan dostluğuna böyük diqqət göstərir. Onun göstərişi ilə Bakı şəhərində Atatürkün abidəsi ucaldılmış və Atatürk Mərkəzinin fəaliyyəti daha da genişlənmişdir. Bütün bu faktlar göstərir ki, Azərbaycanda böyük Atatürkə sevgi və rəğbət olmuş və bundan sonra da olacaqdır.
İnanıram ki, bəzi mətbu orqanlarında Yeni Azərbaycan Partiyası tərəfindən guya Atatürkə qarşı kitab hazırlanacağı haqqında yayılan qərəzli məlumatların müəllifləri öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Böyük Atatürkün zamanında söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir” və Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimləri Türkiyə və Azərbaycan xalqlarının söykəndiyi başlıca prinsipdir. Həmin prinsiplər Yeni Azərbaycan Partiyası üçün də böyük məna və əhəmiyyət kəsb edir”.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

