Şimal-Cənub, yoxsa Şərq-Qərb?
16.09.2022 [10:07]
Mövcud reallıqlar ikinciyə marağı daha da artırıb
Pərviz SADAYOĞLU
Böyük İpək yolu sayılan “Şərq-Qərb” ticarət dəhlizi yenidən keçmiş nüfuzunu və aktuallığını özünə qaytarır. Belə ki, Cənubi Asiya da daxil olmaqla Şərqin mühüm bir hissəsini Avropayla birləşdirən bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikasıdır. Nəzərə alsaq ki, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Şimal-Cənub dəhlizinə maraq bir xeyli azalıb, bu, Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına təkan verir. Günün reallığı ilə yanaşdıqda, demək olar ki, Cənub-Şimal dəhlizi Şərq-Qərb dəhlizinə alternativ olmaq imkanlarını itirib, rəqabətqabiliyyətli sayıla bilməz.
Bu fikirlər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən də səsləndirilib. Türkiyəli nazir bildirib ki, artıq Şimal-Cənub dəhlizi logistika baxımından alternativ olmaqdan çıxıb. Bunun üçün də artıq Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Şərq-Qərb dəhlizi həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb: “Biz də bunları dəyərləndiririk. Ötən həftələrdə Özbəkistanda Türkiyə, Özbəkistan, Azərbaycan xarici işlər və nəqliyyat, logistika nazirlərinin toplantısını həyata keçirdik. Bu dəhlizi gücləndirməyin yollarını müzakirə etdik. Bundan öncə də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin iclası keçirildi. Ticarətin, daşınmanın asanlaşdırılması üçün yollar axtarırıq. Qarşıdakı dövrdə enerji nazirlərini də prosesə cəlb edəcəyik”.
Azərbaycan Şərq-Qərb dəhlizinin əsas logistik stansiyalarındandır
Həqiqətən də, istər təhlükəsizlik, istərsə də əlverişlik baxımından artıq Şimal-Cənub dəhlizi öz rentabelliyini itirməkdədir. Təbii ki, burada siyasi məqamlar da yer alır. Belə ki, Avropa, hətta bütövlükdə Qərb Rusiyadan keçən nəqliyyat dəhlizləri vasitəsilə logistik əlaqədə maraqlı deyillər. Bu baxımdan, digər alternativlər daha aktual forma alır. Sözügedən bütün alternativlərin isə ən mühüm halqasını məhz Azərbaycan təşkil edir.
Bir məqama diqqət yetirmək lazımdır ki, Azərbaycan hər zaman Şərq-Qərb dəhlizinin ən əsas logistik dayanacaqlarından sayılıb. Məsələn, 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə yaradılan və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə - Qara dəniz və Avropanı birləşdirən nəqliyyat dəhlizi, başqa sözlə Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çin - Avropa Birliyi arasında yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.
Digər bir marşrut - “Lapis-Lazuli” (Lazurit) marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş isə 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb. Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi qaydalarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və prosedurların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir. Nəqliyyat dəhlizinin “Lazurit” adlanması iki min il əvvəl bu marşrutla əfqan lazuriti və digər yarımqiymətli daşların Qafqaza, Balkan ölkələrinə, Şimali Afrikaya və Avropaya daşınması ilə əlaqəlidir.
Göründüyü kimi, bütün nəqliyyat yollarının əsas kəsişmə nöqtəsi olan Azərbaycan Şərq-Qərb tranzitinin ən mühüm stansiyalarındandır. Yeni dönəmdə isə bu aktivlik daha da arta bilər. Bunun üçün isə...
Zəngəzur dəhlizi - reallıqlar, perspektivlər, dividendlər
Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısının ən mühüm müzakirə predmetlərindən birini məhz bu məsələ - Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi, onun elementləri, keçid məntəqələri və marşrutları təşkil edə bilər. Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycana regional reallıqları dəyişməklə yanaşı, həm də yeni marşrut təklifi imkanı qazandırıb. Bu gün ölkəmiz yeni ticarət xətti formalaşdıraraq dünyaya təqdim edir. Mühüm perspektivə malik bu nəqliyyat dəhlizi - Zəngəzur dəhlizi yüksək üstünlüklər vəd etməkdədir. Nədir bu üstünlüklər?
- Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Bu mənada, istər qərb, istərsə də şərq kontingentindən olacaq tərəfdaşlar Zəngəzur dəhlizinin reallaşmasında olduqca maraqlıdır;
- Zəngəzur dəhlizi təhlükəsiz marşrut sayılır. Çünki regionda perspektivi yüksək görülən əməkdaşlıq platformalarında demək olar ki, bütün bölgə iştirak edəcək - təbii ki, istəyindən asılı olaraq. Bu mənada, bütün regional faktorların bu dəhlizin təhlükəsizliyinə qarant olacağına da ümid böyükdür. Təəssüf ki, dəhlizin reallaşması ilə bağlı prosesin tam uğurla yekunlaşmasına bir sıra maneələr, eləcə də istisnalar var. Məsələn, Ermənistan və bir sıra başqa ölkələr hələ də Zəngəzur dəhlizi ilə bağlı ümidverici bəyanatları ilə prosesi sürətləndirə bilmirlər və ya sürətləndirmək istəmirlər. Amma kiminsə istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi bütün dünya üçün mühüm dəyər təşkil edir;
- İnfrastruktur baxımından da Zəngəzur dəhilizi olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Bundan əlavə dəhlizin əlavə dəstəkçisi sayılacaq digər infrastrukturlar da hazır vəziyyətdədir. Füzuli Beynəlxlaq Hava Limanı bu mənada xüsusi qeyd edilməlidir. Beynəlxalq statusa malik olan bu hava limanı yükdaşımalarda, sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edir;
- Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.
Bir sözlə, Zəngəzur dəhlizinin aktuallığı artıq Şərq-Qərb logistikasına marağı daha da artırır. Digər tərəfdən, bu dəhliz sivilizasiyalar arasında əlaqələri də möhkəmləndirə bilər. Nəqliyyat dəhlizinin marşrut xəttinə diqqət yetirdikdə görmək olar ki, Zəngəzur dünyanın “ticarət aortası” olmaq üçün əsas namizəddir. Nəticə etibarı ilə, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bir komponenti halına gələcək Zəngəzur dəhlizinin reallaşması dünya üçün yeni iqtisadi reallıqlar vəd edir. Bu reallıqlar isə bütün tərəflər üçün həm iqtisadi, həm də siyasi mənada dividend vəd edir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

