/ / Sahibkarlar Konfederasiyası əsassız yoxlamaların qarşısını almaq üçün öz imkanlarından istifadə edəcək
Sahibkarlar Konfederasiyası əsassız yoxlamaların qarşısını almaq üçün öz imkanlarından istifadə edəcək
07.02.2011 [10:20]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən mətbuat konfransında Məmməd Musayev deyib ki, ASK ictimai təşkilat olsa da, sahibkarlıq sektorunda yoxlamalar aparan dövlət qurumları ilə birgə bu prosesdə iştirak etmək istəyir. Məqsəd özəl biznesə maneə yaradan halların aşkarlanmasına kömək etmək, əsassız yoxlamalar aparmağa cəhd edən qurumların bu əməllərinin qarşısını almaqdan ibarətdir. Bununla yanaşı, ASK sahibkarlıq fəaliyyəti sahələrində lisenziyalaşdırmanın vəziyyətini araşdıraraq bu sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə nail olmaq istəyir. Təşkilat, eyni zamanda, Avropa dövlətlərinin təcrübəsinə istinad edərək ictimai qurum statusunda dövlət qurumları ilə birlikdə yoxlamaların aparılmasında təmsil olunmaq niyyətindədir. ümumiyyətlə, ASK inhisarçılıq və süni qiymət artırılması meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməsi, istehlakçıların hüquqlarının tam qorunması, şəffaflığın tam təmin edilməsi və neqativ halların baş verməməsi üçün öz səylərini gücləndirməyi nəzərdə tutur.
Məmməd Musayev 2011-ci ildə sahibkarlara maliyyə dəstəyinin artırılması ilə bağlı tədbirlərin də gücləndiriləcəyini diqqətə çatıdırıb. ASK prezidenti deyib ki, bu il qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafına impuls vermək məqsədilə kreditləşmənin miqyasının artırılması nəzərdə tutulur. ötən il sahibkarların kreditlərlə təmin olunmasında əhəmiyyətli dəyişikliklərin baş verdiyni deyən Məmməd Musayev Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən özəl biznes strukturlarına 115 milyon manat həcmində vəsaitin yönəldildiyini bildirib. “Aqrarkredit” bank olmayan kredit təşkilatı tərəfindən isə kənd təsərrüfatı mülkiyyətçilərinə 12 milyon manat həcmində kredit verilib. Həmin kreditlərdən 1125 sahibkar faydalanıb. Təşkilat bu il kənd təsərrüfatına kreditlərin həcmini artırmaq niyyətindədir.
ASK ölkədə rəqabətqabiliyyətli məhsul istehsal edən iri şirkətlərə stimul vermək və onların xarici bazarlara çıxışını genişləndirmək üçün maliyyə dəstəyinin gücləndirilməsini də zəruri hesab edir. Məmməd Musayevin sözlərinə görə, hazırda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlərin ən yüksək həddi 5 milyon manatdır. Amma ölkədə bir neçə iri şirkət mövcuddur ki, onların imkanlarını artırmaq üçün ən azı 7-8, 10 milyon manat kredit verilməsinə ehtiyac var. Buna görə də, ASK SKMF-yə bununla bağlı müraciət edəcək. Təşkilat SKMF-yə çayçılıq və üzümçülük təsərrüfatlarının inkişafına dəstək vermək məqsədilə təkliflər hazırlayıb təqdim edəcək. Bu gün çayçılıq və üzümçülük təsərrüfatlarına verilən kreditlərin qaytarılma müddəti 2 il təşkil edir ki, bu da həmin sahələrin intensiv inkişafına çətinlik yaradır. M.Musayev hesab edir ki, qeyd olunan ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək üçün uzunmüddətli, ən azı 7 illik kreditlərin verilməsinə ehtiyac var.
Azərbaycan Sahibkarlar Konfederasiyası 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunmasını nəzərə alaraq bu sahənin də inkişafına öz töhfəsini vermək istəyir. M.Musayev bildirib ki, ASK turizm sənayesində istifadə olunan avadanlıq və texnologiyaların idxalına tətbiq edilən rüsumların ləğvi üçün təkliflər hazırlayıb. Qurum yaxın günlərdə təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.
Azərbaycan Sahibkarlar Konfederasiyası ötən il bir sıra dövlət qurumları və ictimai təşkilatlarla sahibkarlığa dəstəyin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığa dair sazişlər də imzalayıb. ASK ötən il İqtisadi İnkişaf Nazirliyi ilə birgə fəaliyyətə dair anlaşma memorandumu imzalayıb. Bundan başqa, ASK ötən il Beynəlxalq İşəgötürənlər Təşkilatında, ümumdünya QHT Assosiasiyasına, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinə üzv qəbul olunub. Təşkilat beynəlxalq iqtisadi qurumlarla, o cümlədən, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqının Komissiya və təşkilatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı da gücləndirib.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

