Prezident Administrasiyasında Azərbaycan Ümid Partiyasının sədri ilə görüş olub
13.10.2022 [16:19]
Oktyabrın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı ölkədə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, həmçinin siyasi plüralizm barədə söz açan şöbə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi dialoq mədəniyyətinin inkişafının uğurla davam etdirildiyini, aparılan çoxşaxəli islahatların müvəffəqiyyətlə həyata keçirildiyini, bir çox məsələlərlə bağlı qanunvericilik və institusional tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə müxtəlif siyasi partiyaların fəaliyyəti üçün geniş şərait yaradılmasından bəhs edən Administrasiya rəsmisi ölkədə sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə də normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada iş aparıldığını vurğulayıb.
Görüş zamanı şöbə müdiri son dövrdə 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınmasını, partiyaların qərargahlarla təmin edilməsini, fəaliyyətlərinin legitimləşdirilməsini, ölkədə fəaliyyət göstərən media resurslarına çıxış imkanlarının genişləndirilməsini, milli və siyasi həmrəyliyin təmin olunmasını qeyd edib və bunu iqtidar-müxalifət dialoqunun real nəticələri kimi dəyərləndirib.
İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində görülən işlərlə bağlı öz fikirlərini bölüşüb. Ölkədə aparılan siyasi islahatlar, siyasi partiyaların fəaliyyəti barədə söz açan partiya sədri bu gün ölkədə yaradılmış yeni siyasi münasibətlər sisteminin gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını qeyd edib.
Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivləri, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər Çexiya, Rusiya, Qırğızıstan və Qazaxıstana işgüzar səfərləri yüksək qiymətləndirilib və bunun Azərbaycanın dünya siyasətində artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50

