Yaxın Şərq üçün yeni mərhələ
14.10.2022 [10:49]
Livan ilə İsrail arasındakı tarixi razılaşma yeni siyasi proseslərə start verə bilər
P.İSMAYILOV
ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında dəniz sərhədinin demarkasiyasına dair tarixi razılaşma əldə olunub. İmzalanacaq sazişin yekun versiyası İsrail və Livanın baş nazirləri Yair Lapid və Nəcib Mikati tərəfindən oktyabrın 14-də bu ölkələrin parlamentlərinə təqdim ediləcək. İsrailin Baş naziri bildirib ki, bu tarixi nailiyyət onun ölkəsinin təhlükəsizliyini gücləndirməklə yanaşı, iqtisadiyyata milyardlarla vəsait qazandıracaq. Livan prezidenti Mişel Aun isə sazişin son variantının onun ölkəsini qane etdiyini dilə gətirib.
Dəniz sərhədinin demarkasiyası ilə bağlı iki ölkə arasında danışıqlar 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Amerikanın vasitəçiliyi ilə başlayıb və daha sonra mübahisəli ərazi ilə bağlı fikir ayrılıqları səbəbindən 2021-ci ilin mayında dayandırılıb. Vaşinqtonun diplomatik səyləri sayəsində bu il yenidən başlanan proses uğurla nəticələnib.
Bir sıra siyasi mütəxəssislər bu sazişin Yaxın Şərqdə mühüm yeniliklərə yol açacağı qənaətindədir. Belə ki, bu razılaşmada enerji resurslarının idxalı məsələsinin mühüm yer tutduğu bildirilir. Avropada yüksək qiymətlər və kəskin qaz qıtlığı şəraitində tərəflərin mavi yanacağın Avropa bazarına tədarükünün sonradan həyata keçirilməsi məqsədilə razılaşmanı sürətləndirməyə cəhd edə biləcəkləri də vuğulanır ki, burada söhbət daha çox İsraildən gedir.
Qeyd edilməldir ki, sentyabrda Almaniya kansleri O.Şolzla görüşdə Yair Lapid bildirmişdi ki, İsrail keçən il Avropanın Rusiyadan aldığı qazın təxminən 10%-ni təmin edə bilər. Türkiyə əsas tədarük marşrutu hesab olunur. Hətta Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan tərəfinin də benefisiar kimi çıxış etməsi istisna olunmur.
Bu sazişin Livana qazandıracağı üstünlüklərə gəldikdə isə, bu ölkənin enerji imkanları məhdud olduğundan o, həmişə idxala arxalanıb. Üstəlik, hətta hasilata başlasa da, Livana neft və qaz satışından gəlir əldə etməyə başlamaq üçün ən azı 7-10 il lazım olacaq. Görünən budur ki, ABŞ regionda siyasi çəkisini nümayiş etdirərək, İsraillə Livan arasında dəniz sərhədləri məsələsinin həllində fəallıq göstərir. Bununla da Şərqi Aralıq dənizindən Aİ-yə qaz nəqli məsələsinin əsas siyasi sponsoru olduqlarını açıq şəkildə ortaya qoyurlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva da bu sənədin imzalanmasında rəsmi Vaşinqtonun mühüm rol aldığını deyib. O, Yaxın Şərqin hər zaman ABŞ-ın maraq dairəsində olduğunu bildirib. Y.Hacıyevanın sözlərinə görə, Yaxın Şərq bütün dünyada mineral resursların bol olduğu region sayılır. Ərazinin kommunikasiya imkanları isə olduqca genişdir: “Bu mənada, Yaxın Şərq qlobal iqtisadi - siyasi münasibətlərin və nəticə olaraq təhlükəsizlik münasibətlərinin tənzimlənməsində strateji əhəmiyyət daşıyır. ABŞ-ın regiona olan marağını isə iki spekt üzrə bölmək olar. Xarici siyasət üzrə spektrdan danışarkən, vurğulamaq lazımdır ki, maraqlar geniş resurasların istismarına yönəlib. Təbii ki, digər vacib məqam ABŞ-ın Yaxın Şərqin mühüm kommunikasiya imkanlarından yararlanmasıdır. Bu, qlobal səviyyədə iqtisadi münasibətlərin tənzimlənməsində vacib region sayılan Yaxın Şərqin imkanlarını ABŞ-ın mövqelərinin möhkəmlənməsi üçün səfərbər edilməsi anlamına gəlir. Daxili siyasət spektrinə gəldikdə isə, Yaxın Şərq ABŞ-ın daxili təhlükəsizliyində də mühüm əhəmiyyətə malikdir. ABŞ İkinci Dünya Müharibəsindən sonra regionda böyük dövlət olan İsrailin formalaşmasında iştirak edib. O cümlədən, ABŞ daxilində də yəhudi lobbi qrupu ən aktivlərdən sayılır. Bu qrup bütün seçkilərə bu və ya digər şəkildə təsir göstərir. Bu mənada, Yaxın Şərqdə stabilliyin formalaşması, təhlükəsiz mühitin yaradılması ABŞ-ın da maraqlarına xidmət edir”.
İmzalanacaq sazişin yeniliklərə yol açacağını qeyd edən politoloqun fikrincə, bu yeniliklər regionda sülh və stabilliyi formalaşdırır. Azərbaycanın İsraillə yaxın tərəfdaşlıq əlaqələrinə malik olması, o cümlədən, son dövrlərdə Türkiyə ilə İsrail arasında yaxınlaşmaların nəzərə çarpması isə mənzərəni daha da aydınlaşdırır. “Azərbaycanın strateji müttəfiqləri olan Türkiyə və İsrail arasında ən yüksək səviyyədə təmasların başlaması xroniki soyuqluğu aradan qaldırmaqla yanaşı iqtisadi münasibətlərdə də inkişaf dinamikası başlatdı. Azərbaycanın da iştirakı ilə baş tutan iqtisadi yaxınlaşmalar enerji, qaz sahəsində, o cümlədən, İsrail qazının Avropaya çatdırılmasında geniş əhəmiyyət daşıyır. Digər tərəfdən, hər üç ölkə qlobal səviyyədə enerji təhlükəsizliyində rol almaqla mövqelərini daha da möhkəmləndirdi. Ümumiyyətlə, qlobal səviyyəli laiyhələrdəki birgə iştirakımız bizim mövqelərimizi yaxınlaşdırır. Yeni imzalanacaq saziş Avropa Birliyinin enerji təhlükəsiziliyində iştirakçı olan bir neçə ünvanı daha da dəqiləşdirləcək. Bu ünvanlardan biri də Azərbaycandır. Təbii ki, bu prosesdə ABŞ-ın da rolu var. Bu məsələdə o da bizimlə eyni mövqedən çıxış edir. Sənəd Yaxın Şərq regionunda sülh və stabillik üçün zəmin formalaşdıracaq. İsrail üçün isə qonşularla münasibətlərin yaxşılaşdırılması üçün əsaslar yaradacaq. Sülh və stabillik, həm də iqtisadi və ortaq maraqlar formalaşdırır. Bu isə qarşıdakı dövrdə mədəni yaxınlaşmaya belə öz töhfəsini verə bilər”, - deyə Y.Hacıyeva əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32

