Ankarada YAP Sədrinin müavini ilə AK Parti Sədrinin birinci müavini arasında görüş keçirilib
28.10.2022 [14:17]
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş Türkiyə Respublikasına səfərdədir.
Səfər çərçivəsində oktyabrın 28-də Ankarada YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş keçirilib.
Azərbaycan-Türkiyə münasibətlərinin dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslandığını söyləyən Numan Kurtulmuş partiyalarımız arasındakı əlaqələrin də yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, dövlət başçılarımızın siyasi iradələrinə uyğun olaraq, iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını, bu kontekstdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən Numan Kurtulmuş Azərbaycan və Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib.
AK Parti Sədrinin birinci müavini YAP nümayəndə heyətinin “Türkiyənin yüz ili” tanıtım proqramında iştirakının xüsusi önəm daşıdığını və bu faktın qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb, “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsiz və sarsılmaz olmasını vurğulayıb.
Numan Kurtulmuş həm ölkələrimizin, həm də iqtidar partiyalarının ortaq hədəflər əsasında daim birgə hərəkət edərək mühüm nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov göstərilən qonaqpərvərliyə və dəvətə görə təşəkkürünü bildirib, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ikinci ölkənin olmadığını diqqətə çatdırıb.
Tahir Budaqov Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasından sonra yaranmış yeni geosiyasi reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirib. YAP Sədrinin müavini qeyd edib ki, bu gün iki qardaş ölkə həm bölgədə sülh və etimadın yaranması, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin aparılmasında sıx əməkdaşlıq və birgə hərəkət edirlər. Tahir Budaqov “birgə təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir” ,- deyə bildirib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm rolu var.
Onun sözlərinə görə, partiyalarımız arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2021-ci ildə iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra mühüm addımların atıldığını vurğulayan YAP Sədrinin müavini qarşılıqlı səfərlərin və hər iki partiyanın birgə təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirilməsinin münasibətlərə dinamizm gətirdiyini qeyd edib.
Yeni Azərbaycan Partiyasının “Türkiyənin yüz ili” təqdimat proqramına Türkiyəyə xaricindən dəvət edilmiş yeganə siyasi təşkilat olduğunu xatırladan Tahir Budaqov deyib: “Bu, iki dost, qardaş və strateji müttəfiq ölkə arasındakı münasibətlərin nümunəvi xarakter daşıdığını göstərir, o cümlədən YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. Həm ölkələrimiz, həm də Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası liderlərimizin – Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın öndərliyində böyük məsafə qət edərək mühüm uğurlara imza atıblar və gələcəyimiz üçün parlaq perspektivlər, etibarlı zəmin yaradıblar. Şübhəsiz ki, siyasi partiyalar olaraq bundan sonra da dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi uğurla davam etdirəcəyik”.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsənin və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

