Sürətli iqtisadi inkişaf ölkəmizdə peşəkar kadrlara tələbatı artırır
03.03.2011 [18:39]
Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsi, yeni istehsal sahələrinin yaranması və təkmilləşməsi öz növbəsində yeni peşəkar kadrların hazırlanması zərurətini ortaya çıxarır. İstənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. ümumiyyətlə, hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı kadrların mövcudluğudur. Məlum olduğu kimi, iqtisadiyyatı sürətlə inkişaf edən, gəlirləri gündən-günə artan Azərbaycanda müxtəlif sahələrin inkişafı üçün büdcədən külli miqdarda maliyyə vəsaitləri ayrılır, müəssisələr ən müasir maddi-texniki avadanlıqlarla təmin olunur. Buna paralel olaraq, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır.
Təsadüfi deyil ki, ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hər il onlarla təhsil müəssisəsinin tikilməsi və təmir olunması ilə yanaşı, bu sahədə gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə növbəti mərhələyə yüksəlməsinə təkan verir. Görülən işlərə nümunələrdən biri olaraq son illərdə yaradılan Azərbaycan Turizm İnstitutunu vaxtında atılmış addım kimi göstərə bilərik. Məlum olduğu kimi, hazırda turizm ölkəmizdə ən sürətlə inkişaf edən sahələrdən biridir və ildən-ilə artan turizm obyektləri bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı artırır.
Digər tərəfdən, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər texniki-peşə məktəblərində təhsil almaq istəyənlərin sayını artırıb ki, bu da müxtəlif peşələr üzrə kadr hazırlığına mühüm töhfədir. Həmçinin, 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində minlərlə gəncin xarici ölkələrin ən qabaqcıl ali məktəblərində təhsil almasının dövlət hesabına reallaşdırılması ölkədə ən çox tələb olunan sahələrdə peşəkar kadrların yerləşdirilməsinə, həmin sahələrin inkişafına kömək edəcək. Artıq bu proqram əsasında təhsilini başa vurmuş gənclərin əksəriyyəti ölkəyə qayıdaraq qazandıqları biliyi müvafiq sahədə çalışmaqla təcrübədə tətbiq edirlər.
Qeyd edək ki, kadr hazırlığı ilə bağlı məsələyə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında yekun nitqində də toxunub. ölkədə yeni müəssisələrin yaradılması prosesinin sürətlə getdiyini qeyd edən dövlət başçısı peşəkar kadrlara tələbatın artdığını bildirib: “Azərbaycanda peşəkar kadrların hazırlanması prosesi daha da sürətlə getməlidir. Bu barədə müvafiq göstərişlər verilib, Təhsil Nazirliyi bu işlə məşğuldur. Texniki peşə məktəblərinin tikintisi və onların müasir səviyyəyə çatdırılması prosesi daha da sürətlə getməlidir. Bununla bərabər, müxtəlif qurumlar tərəfindən kurslar da təşkil olunmalıdır. Bizə həm texniki mütəxəssislər lazımdır, həm də menecerlər lazımdır”.
Dövlət başçısının da qeyd etdiyi kimi, yüksək menecerlik keyfiyyətlərinə və biliyinə sahib olan mütəxəssislər ixtisasından asılı olmayaraq, başqa sahələrdə də işləyə bilər. Dünya təcrübəsindən də görünür ki, eyni bir şəxs kommunikasiya, neft sənayesi və qida istehsalı kimi müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərə uğurla rəhbərlik edə bilir. Azad bazar iqtisadiyyatı şəraitində sahibkarların fəaliyyət imkanlarının genişlənməsi və yeni müəssisələrin yaradılması yüksək idarəetmə biliklərinə sahib savadlı kadrların sayının artırılmasını aktuallaşdırır. Dövlət başçısının söylədiyi kimi, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, yeni müəssisələrin, müasir istehsal sahələrinin yaradılması nəticəsində menecerlərə tələbat sürətlə artır. Bir sıra hallarda xarici ölkələrdən menecer dəvət olunduğunu bildirən dövlət başçısı yerli kadrların hazırlanması prosesinin intensivləşdirilməsinin vacibliyini qeyd edib: “Azərbaycan dünya birliyinin bir parçasıdır. Burada işləmək üçün gələnlər, əlbəttə ki, ancaq qonaqpərvərlik görürlər və görəcəklər. Amma elə etməliyik ki, öz kadrlarımızı da sürətlə hazırlayaq”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

