"Zəriflik" jurnalının təqdimatı keçirilib
17.03.2011 [10:13]
Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva ilk olaraq, Novruz bayramı münasibəti ilə bütün qonaqları, eləcə də, Azərbaycan xalqını təbrik edib.
N.Əliyeva bildirib ki, təqdimatı keçirilən “Zəriflik” jurnalının ünvanı Azərbaycan anası, Azərbaycan qadınıdır: “Bu qadın tarixin ən çətin anlarında canından keçərək öz sözünü deyib, şərəfli yol keçərək, XXI əsrə qədəm qoyub. üçüncü minillik isə qadının cəmiyyətdəki mövqeyini daha da gücləndirib. Bu qadın böyük qüvvə olduğunu bir daha diktə edib. Bu gün Azərbaycan qadın hərəkatındakı fəallaşma və canlanma hamımızı sevindirir. İndi cəmiyyətin bütün sahələrində aparıcı mövqeyə malik qadınlar öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə, daha da çiçəklənməsinə və inkişaf etdirilməsinə sərf edirlər. Onların hərtərəfli fəaliyyəti üçün isə ölkəmizdə mühüm şərait mövcuddur. Bunun üçün biz ən əvvəl Azərbaycanda qadın dövlət siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün isə Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Buna görə ümummilli liderimiz Heydər Əliyevin dövlət, qadın siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevə minnətdarıq”.
Təqdimat mərasimində çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov qonaqları, həmçinin, bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib: “Azərbaycan mətbuat tarixi böyük ənənələrə malikdir. Bu ənənələr illərin, zamanın sınağından keçərək, özünü təsdiq etmiş və dünya mətbuatının tərkib hissələrindən birinə çevrilmişdir. Təbii ki, söz sənətimiz rəngarəng, çoxşaxəli olduğu kimi, bu sözə könül verənlər də müxtəlif cinslərin, müxtəlif zümrələrin nümayəndələridir”.
Əli Əhmədov qadın hərəkatında fəallaşmanın yüksək olduğunu vurğulayıb: “ölkə əhalisində qadınlara olan münasibət mətbuat aləminə təqdim olunan “Zəriflik” jurnalının adına uyğun seçilib. Bu adın özü qeyd etməyə imkan verir ki, Şərq qadını, Azərbaycan qadını həmişə zərif, həmişə ülvi olub. Xatırlatmaq yerinə düşər ki, müstəqil Azərbaycanın azad söz meydanı xalqına və dövlətçiliyinə xidmət edən hər kəsin üzünə açıqdır”.
Qeyd edək ki, jurnalın ilk nömrəsində Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva haqqında “Xeyirxah əməllərin davamçısı” adlı məqalə dərc olunub. Bu məqalədə Mehriban xanım Əliyeva insanlığa əsas münasibət örnəyi, qadın hüquqlarının müdafiəçisi, millətinə, xalqına sədaqət nümunəsi kimi səciyyələndirilir.
Tədbirin sonunda Azərbaycan Dövlət Pedaqoji Universititenin tələbələrinin rəqsləri və muğam müsabiqəsi qaliblərinin ifaları dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

