/ / Müxalifətin Azərbaycanda xaos yaratmaq cəhdləri xarici siyasi qruplaşmaların maraqlarına xidmət edir
Müxalifətin Azərbaycanda xaos yaratmaq cəhdləri xarici siyasi qruplaşmaların maraqlarına xidmət edir
29.03.2011 [09:11]
Azərbaycanın hərtərəfli, stabil inkişafı üçün həyata keçirilən siyasi kursun milli dəyərlərə və tarixi dövlətçilik təcrübəsinə əsaslanması onun xalq tərəfindən dəstəklənməsinə, uğurlu nəticələr verməsinə gətirib çıxarıb. Bu gün ölkəmizin sürətlə inkişaf etməsi və tərəqqisi, əldə etdiyi nailiyyətlərinə, sabitliyinə görə, dünya ölkələri sırasında əhəmiyyətli yer tutması heç kəsə sirr deyil.
Bütün ümummilli məsələlərdə xalq-iqtidar birliyinin daim özünü göstərməsi hakimiyyətin daha qətiyyətli və milli maraqlara əsaslanan siyasət yürütməsinə imkan verir. Bu səbəbdəndir ki, Azərbaycan hakimiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xalqımızın milli maraqlarına xidmət edən qəti mövqe sərgiləməsi problemin ərazi bütövlüyü çərçivəsində həllini daha da yaxınlaşdırıb. İnsanların yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin abadlaşdırılması, vətəndaşların maraqlarına xidmət edən sosial-iqtisadi layihələrin davamlı və uğurla həyata keçirilməsi xalqla iqtidar arasında birliyi daha da möhkəmləndirib.
Amma bütün bu faktlar xarici siyasi qruplaşmaları narahat edir və onlar ölkəmizdəki müxalifətdən alət kimi istifadə edərək, sabitliyi pozmağa yönəlik fəaliyyətlərə başlayıblar.
Qaragüruhçuların oyun alətinə
çevrilməsi yeni deyil...
ümumiyyətlə, 1993-cü ildən sonra Azərbaycanın sabit inkişaf yoluna girməsi bir sıra xarici qüvvələri qane etmirdi. çünki onlar karbohidrogen ehtiyatlarla zəngin Azərbaycanı daim xaos və anarxiya içərisində saxlamaqla, təbii ehtiyatları nəzarətə götürmək, onu istismar etmək və ölkəmizin əlverişli geosiyasi coğrafi mövqeyindən müxtəlif hərbi-siyasi vasitələr üçün istifadə etmək niyyətində idilər. Həmin qərəzli qüvvələr dəfələrlə Azərbaycanın daxilində terror hadisələri törətmək, dövlət çevrilişlərinə cəhdlər etməklə öz planlarını reallaşdırmaq istəyirdilər. 1993-1995-ci illər ərzində dövlətimizə edilən terror hücumları, hətta gənc nəslin yaddaşındadır. Amma ümummilli lider Heydər Əliyevin rəhbərliyilə milli maraqlara xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı.
Azərbaycanda terror vasitəsilə qarışıqlığın yaradılmasının qeyri-mümkün olduğunu görən, xarici qüvvələr daxildəki dağıdıcı müxalifətin xidmətlərindən yararlanmağa başladı. Müxtəlif fondlar vasitəsilə, qrantlar çərçivəsində dağıdıcı müxalifətə maliyyə vəsaiti ötürən qərəzli dairələr dəfələrlə ölkədə siyasi sabitliyi pozmağa cəhd göstərdi. 2003-cü ildə isə biz dağıdıcı-ekstremist müxalifətin əsl simasını gördük.
Bu gün də eyni vəziyyət yaranıb: İqtidarın Dağlıq Qarabağ problemində qətiyyətli mövqe tutması və milli maraqlara xidmət edən siyasət həyata keçirməsi bir sıra qərəzli qüvvələri yenidən hərəkətə gətirib. Xarici qüvvələrin oyunlarında isə alət kimi yenidən daxildəki qaragüruhçulardan istifadə edilir. Xaricdən, hətta düşmənlərimizdən göstəriş alan dağıdıcı müxalifət insanları itaətsizliyə çağırır və qərəzli siyasi qruplaşmaların maraqlarına xidmət edən addımlar atır.
Xalq dağıdıcı qrupların planlarının reallaşmasına imkan verməyəcək
Lakin bir ay ərzində dağıdıcı müxalifətin siyasi sabitliyi pozmağa yönəlik atdığı addımlar heç bir effekt vermədi və xarici qərəzli qüvvələrin planları baş tutmadı. Bunun isə bir sıra səbəbləri mövcuddur.
Birincisi, Azərbaycanda hakimiyyətin mənbəyi xalq olduğundan siyasi proseslərdə də əsas söz sahibi məhz xalqın özüdür.
İkincisi, bu gün xalq dəstək verdiyi iqtidarın həyata keçirdiyi siyasi kursu bəyənir və ölkədə dəyişikliklərin ardıcıl, islahatlar yolu ilə baş tutmasını istəyir.
üçüncüsü, dəfələrlə seçkilərdə indiki iqtidara dəstək verən xalq radikal müxalifət qüvvələrinin istəklərinin nə ilə nəticələndiyini 1991-1992-ci illərdə görüb.
Qeyd edək ki, hələ müstəqilliyimizin ilk illərində sosial-iqtisadi və siyasi sahədə radikal dəyişikliklərdən dəm vuran dağıdıcı müxalifət, əslində düşmənlərin maraqlarına xidmət etməyə başlamışdı. çünki yenicə kapitalist sosial-iqtisadi formasiyaya qədəm qoymuş cəmiyyətlərdə radikal dəyişikliklər, demokratik oyunlar sonda anarxiyaya gətirib çıxarır. 1992-ci ildə hakimiyyətdə olmuş indiki dağıdıcı müxalifətin nümayəndələri də radikal dəyişikliklər vədləri ilə xarici qüvvələrin niyyətlərini reallaşdırmaq üzrə idilər. Lakin xalq hələ 1993-cü ildə AXC-Müsavat hakimiyyətinə qarşı çıxaraq Ulu öndərimiz Heydər Əliyevə dəstək verdi və bugünkü Azərbaycanın qurulmasına xidmət edən siyasətin həyata keçirilməsinə şərait yaratdı. Məhz o vaxtdan başlayaraq, Azərbaycan xalqı siyasi radikalizmi rədd edərək, xaos və anarxiyaya yox dedi. Sonradan dövlətimizə qarşı yönəlmiş dağıdıcı aksiyalara yox deyən xalq 2003-cü ildə ekstremist müxalifətin antimilli hərəkətlərinə son verərək, onlara tərs sillə vurmuş oldu.
Bu gün də yenidən baş qaldıran dağıdıcılıq hallarının eyni məqsədə və mənbəyə xidmət etdiyini bilən xalqımız düşmənlərin planlarının reallaşmasına imkan verməyəcək və müxalifətin xarici siyasi qruplaşmaların maraqlarına xidmət edən, Azərbaycanda xaos yaratmağa hesablanmış cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

