İqtidarın davası Dağlıq Qarabağ və demokratiya davasıdır, bəs müxalifətin?
13.04.2011 [13:47]
Azərbaycan müstəqillik tarixinin son 18 ilində ölkəmizin gələcəyi üçün xüsusilə əhəmiyyətli olan böyük inkişaf yolu keçib. Bu illər ərzində dövlət quruculuğu sahəsində həyata keçirilən əsaslı sosial, iqtisadi və siyasi islahatlar, eləcə də, xarici siyasətdə müxtəlif sferaları əhatə edən, xalqın və dövlətin maraqlarına xidmət edən uğurlu əlaqələrin qurulması bu gün də davam etdirilir. Azərbaycanın inamla irəlilədiyi inkişaf yolu demokratik prinsiplərə əsaslanan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yoludur. Məhz müxtəlif sahələrdə gerçəkləşdirilən fundamental tədbirlər, yəni, şəffaf və plüralist siyasi sistemin qurulması, özəl sektorun formalaşdığı azad iqtisadi mühitin yaradılması, sosialyönümlü islahatların tətbiqi sayəsində Azərbaycan vətəndaşları siyasi hüquq və azadlıqların tam təmin olunduğu, sosial rifahın davamlı surətdə yüksəldiyi bir cəmiyyətdə yaşayır.
Bundan əlavə, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini respublika rəhbərliyi ən vacib məqsədlərdən biri kimi qarşıya qoyub. Müəyyən xarici dairələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan hakimiyyəti münaqişənin həlli yönündə praqmatik fəaliyyətini davam etdirir, eyni zamanda, heç bir qüvvə qarşısında ölkənin və xalqın mənafeyinin müdafiəsində nümayiş etdirdiyi qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil.
Göründüyü kimi, Azərbaycan iqtidarı daxili və xarici siyasətdə atdığı rasional addımlarla müstəqilliyimizin 20 ili ərzində ölkənin 100 illik bir inkişaf yolu keçməsinə nail olub. Həmçinin, bu gün görülən işlər qlobal miqyasda gedən siyasi, iqtisadi proseslərin axarından asılı olmayaraq respublikamızın hər bir cəhətdən güclü, firavan gələcəyinin təmin edilməsi, hərtərəfli inkişaf etmiş dövlətə çevrilməsi üçün sarsılmaz dayaqlar formalaşdırır. öz növbəsində, Azərbaycan xalqı ölkədə görülən işləri yüksək dəyərləndirir, iqtidara olan rəğbət və etimadını bütün seçkilərdə azad şəkildə ifadə etdiyi siyasi iradəsini ortaya qoymaqla nümayiş etdirir.
Belə olan halda, məntiqi olaraq belə bir sual meydana çıxır: radikal müxalifət dağıdıcı fəaliyyəti ilə nəyə nail olmaq istəyir, yaxud da bu qüvvə Azərbaycanın tutduğu demokratik inkişaf və stabil tərəqqi yoluna alternativ olaraq hansı yolu seçib?
Heç kəsə sirr deyil ki, Azərbaycanın sürətli inkişafı, sosial-iqtisadi sferada qazandığı yüksək nailiyyətlər, habelə regionda aparıcı rola malik olan ölkəmizin beynəlxalq müstəvidə nüfuz və hörmətinin artması bir sıra daxili və xarici qüvvələri ciddi narahat edir. Xalqımıza qarşı düşmən mövqedə dayanan, bir sıra hallarda erməni lobbisinin təsiri altında olan qlobal rıçaqlara malik belə anti-Azərbaycançı aktorlar ölkə üçün taleyüklü əhəmiyyət kəsb edən məqamlarda, o cümlədən, Azərbaycan xarici siyasətinin prioritet istiqamətini təşkil edən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkə rəhbərliyinə və cəmiyyətə müxtəlif yollarla təzyiq və təsir göstərməyə çalışırlar. Məlum olduğu kimi, Azərbaycana münasibətdə qərəzli mövqedə dayanan belə qüvvələr məkrli planlarını həyata keçirmək məqsədilə, ilk növbədə radikal müxalifətdən bir vasitə kimi istifadə etməyə çalışır. ölkə müxalifətinin radikal qanadını təşkil edən qüvvələr bəzi xarici mənbələrdən aldığı maliyyə dəstəyindən ruhlanaraq iqtidarın gördüyü bütün işlərə kölgə salmağa, hətta daha da irəli gedərək öz əməlləri ilə ölkədəki sabitlik və stabil inkişafa dağıdıcı təsir göstərməyə çalışırlar. Destruktiv və anarxizmə meyilli fəaliyyəti ilə radikal müxalifət nümayəndələri son həftələrdə bir daha nümayiş etdirdi ki, hansısa şəxsi ambisiyaları, cılız məqsədlərini reallaşdırmaq naminə ölkənin inkişafına, xalqın mənafeyinə zidd olan istənilən addımı atmağa hazırdır.
ölkədə xaos və çaşqınlıq yaratmağı qarşıya məqsəd qoyan radikal müxalifətin hətta bu niyyətlə müəyyən ekstremist və Azərbaycan xalqına düşmən olan başqa qüvvələrlə əlaqələr yaratdığı da məlumdur. Burada həmin xarici qüvvələrin nəyə çalışdığı aydındır. Belə ki, əsas məqsəd “demokratiya” adı altında Azərbaycanda sosial-siyasi sabitliyi pozmaqla ölkəni daxildən sarsıtmaq, bununla da, respublika rəhbərliyini xarici siyasətdə bir sıra prinsipial məsələlərdə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməyə vadar etməkdir.
Müəyyən xarici qüvvələrin maraqlarına xidmət etməyi özünə borc hesab edən radikal müxalifət isə əslində, yenidən hakimiyyətə gəlmək şansının sıfra bərabər olduğunu çox yaxşı anlayır. çünki Azərbaycan xalqı 90-cı illərin əvvəlindəki anarxiya və özbaşınalıq dövrünü yaddan çıxarmayıb və belə olan halda, destruktiv qüvvələrin normal siyasi mübarizə şəraitində iqtidara gəlməsi qeyri-mümkündür. Xalqın etimad və dəstəyindən tamamilə məhrum olan radikal müxalifətin inqilab yolu ilə nəyəsə nail olmaq ümidi də utopik xəyallardan başqa bir şey deyil.
Beləliklə, bəzi xarici qüvvələrin əlində alətə çevrilən antimilli qüvvələrin destruktiv fəaliyyəti heç bir nəticə verməyəcək. Azərbaycan cəmiyyəti demokratiya ilə anarxiyanın fərqini, eləcə də, kimin hansı yolu tutduğunu da yaxşı bilir. Odur ki, xalq iqtidarın tutduğu demokratik tərəqqi və stabil inkişaf yolunu dəstəkləyir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

