NATO rəsmisi regiona gəlir...
20.01.2023 [10:22]
Şimal Alyansı 2023-cü ildə sülhyaratma missiyasını üzərinə götürə bilərmi?
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana və Ermənistana səfər edəcək. Bu barədə alyans məlumat yayıb. Qeyd edilməlidir ki, 2020-ci il Vətən müharibəsində əldə edilən qələbə nəticəsində işğal faktının başa çatması beynəlxalq aləmin regiona diqqətini artırıb. İqtisadi, siyasi, hətta hərbi birliklər, təşkilatlar belə regiona həssas yanaşır, Azərbaycanın yaratdığı yeni reallıqları təftiş edir. Bu mənada, NATO-nun da regionla bağlı maraqları anlaşılandır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Şuşa bəyannaməsi” ilə Azərbaycanın rəsmi strateji müttəfiqi sayılan Türkiyə NATO-nun ən aparıcı üzvüdür. Bu amil Azərbaycan ilə NATO arasında yeni mərhələnin başlanğıcı sayılır və qarşıdakı dövrdə əməkdaşlıqda xüsusi çalarlar vəd edir. Eyni zamanda, NATO-nun əsas gücü sayılan ABŞ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində gedən danışıqları diqqətlə izləyir. Hətta ötən ilin sonunda, bu ilin əvvəlində rəsmi Vaşinqtonun vasitəçilik missiyası ilə bağlı yeni bir mənzərə də formalaşıb - bu fakt yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev tərəfindən vurğulanıb.
Bu mənada, NATO-nun, dolayısı ilə ABŞ-ın regiona marağının artması anlaşılandır. Azərbaycan hər zaman NATO ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq yürüdüb, münasibətlər yaxın tərəfdaşlığa əsaslanıb...Hərbi tərəfdaşlıq - missiyalarda aktiv iştirak, praktik əməkdaşlıq
Azərbaycan həm də NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkhdaşlığa diqqət yetirdikdə görmək olur ki praktiki əməkdaşlığın əsas istiqamətlərini:
- müdafiə və təhlükəsizlik sektorunda islahatlar;
- beynəlxalq əməliyyatlarda iştirak;
- fövqəladə hallara hazırlıq;
- təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Qeyd edildiyi kimi, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər.NATO üzvü ölkələr Azərbaycanın enerji layihələrində tərəfdaşlarıdır
Ötən il Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 iliyi idi. Ötən 30 ildə isə ölkəmiz NATO ilə əlaqələrin intensivləşməsinə və etimad mühitinin möhkəmlənməsinə böyük önəm verib. Azərbaycan ilə NATO arasında əməkdaşlıq öz səmərəliliyi ilə seçilib - bu əməkdaşlıq hazırda da uğurla davam edir, çoxvektorluğu ilə seçilir:
- Respublikamız ayrı-ayrılıqda NATO-da təmsil olunan bir sıra ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir;
- NATO-nun 20-yə yaxın üzv ölkəsi özünün enerji təhlükəsizliyini, neft idxalını Azərbaycan vasitəsilə həyata keçirir;
- Eyni zamanda, NATO üzvü olan ölkələrin bəziləri Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan mavi yanacaq alır...
Göründüyü kimi, Azərbaycan ilə Alyans arasındakı əlaqələr yalnız hərbi sahəni özündə birləşdirmir. Çünki NATO dünyanın ən böyük hərbi təşkilatı olmaqla yanaşı, qlobal iqtisadi, siyasi məsələlərdə də mühüm rol oynamaqdadır. Bu amil son Ukrayna-Rusiya qarşıdurmasında daha bariz şəkildə ortaya çıxdı.Alyansın sülh platformasına qoşulması əsaslı nəticələrə yol aça bilər
Azərbaycan, eyni zamanda, fərqli qütblərin dialoq məkanı kimi də tanınır - Ölkəmiz 2017-2020-ci illərdə NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir. Hazırda ölkəmizlə NATO arasında əməkdaşlıq əlaqələri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində uğurla inkişaf edir. Qeyd edilməlidir ki, hazırda aktuallıq daşıyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Brüssel formatı da öz aktivliyi ilə seçilir. Eyni zamanda, ABŞ-ın məsələdəki rolunu da nəzərə alsaq, NATO-nun problemə yanaşması mühüm əhəmiyyətə malik ola bilər. O baxımdan ki, NATO hələ müharibədən əvvəl Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verən bir neçə sənəd qəbul edib. Yeni reallıqlar fonunda NATO sülhün qorunmasının tərəfdarı olduğunu və məsələnin ədalətli həllini dəstəklədiyini bəyan edib. Təbii ki, indiki məqamda - 2023-cü ilin əvvəlində NATO-nun sülh platformasına qoşulması əsaslı nəticələrə yol aça bilər.
NATO rəsmisi İrəvana niyə gedir?
Qeyd edilən faktlar NATO ilə Azərbaycan arasında mühüm dialoqun varlığını ortaya qoyur. Bəs, NATO rəsmisinin Ermənistana səfəri hansı məqsədi daşıyır? Təbii ki, ilk baxışdan ritorik təsir bağışlayan bu sualın cavabı fərqli rakurslara əsaslana bilər. İlk növbədə NATO, onun timsalında ABŞ yaranan münbit şəraitdən yararlanmağa çalışır. Başqa sözlə, Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanə axtarması, son dövrlərdə Rusiya ilə münasibətlərin kəskin hal alması Vaşinqtonu həvəsə gətirir. ABŞ regionda gedən nüfuz mübarizəsində birtərəfli qələbə əldə etmək istəyir. Belə ki:
- Rəsmi Vaşinqton çoxvektorlu və müstəqil siyasət yürüdən Azərbaycan ilə yaxın əlaqələrə malikdir - Ermənistan isə indiyə qədər for-post statusundan qurtula bilmirdi. Yarana biləcək situasiya ABŞ üçün region uğrunda mübarizədə yeni üstünlüklər qazandıra bilər;
- Ağ Ev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində gedən danışıqlar prosesini də birtərəfli yürütmək imkanı qazanmaq istəyir.
- Tərəflərin birbaşa dialoqu təklifi ilə çıxış edən ABŞ prosesdə maraq yarada bilib. Sadəcə olaraq, Ermənistana vasitəçisiz təmasların üstünlüyünü “izah etmək” lazımdır.
Beləliklə, NATO rəsmisinin Ermənistan səfəri onsuz da gərgin olan İrəvan-Moskva münasibətlərini də kəskinləşdirə bilər. Bunun nə ilə müşayiət olunacağını isə proqnozlaşdırmaq çətindir. Hər bir halda Rusiya Ermənistanı KTMT-dən buraxmaq istəməyəcək - bu, ABŞ-ın orada rahat manevr imkanları qazanmasına yol aça bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54

