/ / Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binasında yenidənqurma işləri aparılıb və yeni nəsil teleradio avadanlıqları quraşdırılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binasında yenidənqurma işləri aparılıb və yeni nəsil teleradio avadanlıqları quraşdırılıb
03.05.2011 [10:14]
Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Prezident təqaüdçüsü Nurəddin Babayev yaradılan nümunəvi şəraitə görə kollektiv adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov komitənin kollektivini və Muxtar Respublika sakinlərini təbrik edərək deyib: “Naxçıvan televiziyasının 2003-cü ilə qədər müstəqil kanalı olmamışdır. Həmin il Naxçıvan televiziya və radiosu müstəqil kanalla əvvəlcə 4, sonra 8 saatlıq yayıma başlamış, 2005-ci ildə efir vaxtı 14 saata çatdırılmışdır. Bu gün televiziya və radionun həyatında yeni avadanlıqlarla yeni dövr başlanır. Belə tədbirlərin həyata keçirilməsi ona görə mümkün olur ki, ölkəmizdə Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ölkəmizdə sabitlik, iqtisadi inkişaf var, ən əsası isə, Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Televiziya cəmiyyətin maariflənməsinə xidmət edir. Ona görə də hazırlanan verilişlərdə cəmiyyətin bütün təbəqələri nəzərə alınmalı, onların maraqlarına uyğun, düşündürdücü proqramlar efirə verilməlidir. Bunun üçün isə hər cür avadanlıqlar alınıb quraşdırılmışdır. Bu gün dünyada ən müasir hesab olunan və uzun illər müasirliyini qoruyub saxlayacaq yüksək keyfiyyətli teleradio avadanlıqları kollektivin istifadəsinə verilir. Həmin avadanlıqlardan səmərəli istifadə olunması isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin üzərinə düşən mühüm vəzifələrdən biridir. Son illər televiziyada həyata keçirilən tədbirlər, hazırlanan verilişlər onu göstərir ki, televiziya və radionun bacarıqlı, işgüzar kollektivi vardır. Səy göstərilsə nəticə əldə etmək mümkündür. Əminik ki, Televiziya və Radio Verilişləri Komitəsinin kollektivi yaxşı verilişlərin hazırlanması üçün səyini əsirgəməyəcək, ölkəmizdə gedən proseslərin işıqlandırılmasında düzgün mövqe tutacaq, insanların maarifləndirilməsində fəal iştirak edəcəkdir”.
Ali Məclisin sədri bu işdə kollektivə uğurlar arzulayıb.
Sonra inzibati binaya və yeni avadanlıqlara baxış olub. Məlumat verilib ki, Komitənin inzibati binasında yenidənqurma işləri aparılıb, daha müasir iş və efir şəraiti yaradılıb. Yeni televiziya avadanlıqları HD formatlı yüksək keyfiyyətli son texnologiyaya əsaslanır. Mərkəzi idarəetmə və efirə çıxış otağına baxış zamanı Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov avadanlıqların texniki göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, burada 12 kanallı rəqəmli videomikser, 24 kanallı səs mikseri, iki dəst efirin avtomatlaşdırılması sistemi, aparıcının yazılı materialları elektron formada oxuması üçün suflyor qurğusu, loqo və titr kompyuterləri, daxil olan və efirə göndərilən siqnalların keyfiyyətinə nəzarət edən rəqəmli qurğu quraşdırılıb.
Ali Məclisin sədri idarəetmə düyməsini basıb, Naxçıvan televiziyası yeni avadanlıqlar vasitəsilə yayıma başlayıb. “Naxçıvan teleradiosunun dünəni və bu günü” adlı film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

