YAP-ın gənc üzvləri özlərini idman sahəsində də təsdiq edirlər
05.05.2011 [09:43]
Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və ARDNŞ-in “Neftçi” İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən mini-futbol turniri başa çatıb.
Xatırladaq ki, turnirdə YAP-ın Bakı şəhəri üzrə 11 rayon və Abşeron rayon təşkilatlarının gənclər birliklərinin komandaları iştirak edib. Turnirdə iki qrup olmaqla hər qrupda 6 komanda yarışıb.
Dünən final oyununda YAP-ın Nizami rayon təşkilatı və Abşeron təşkilatının gənclər birliklərinin komandaları mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən oyunda YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin komandası rəqibi üzərində 3-0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Oyundan sonra turnirdə birinci, ikinci və üçüncü yeri qazanmış komandaların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə qalibləri təbrik edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı hər il ümummilli liderimiz Heydər Əliyevin doğum gününü yüksək təntənə ilə qeyd edir. Onun sözlərinə görə, Ulu öndərimizin doğum gününə həsr olunmuş tədbirlər sırasında YAP Gənclər Birliyinin təşkil etdiyi mini-futbol turniri xüsusi yer tutur. “ümummilli liderimiz Heydər Əliyev həmişə idmana böyük önəm verirdi. İdmanı gənclərimizin sağlam həyat tərzi ruhunda böyüməsi üçün vacib şərtlərdən biri sayırdı. Azərbaycan gəncliyi Heydər Əliyev siyasətinə həmişə sadiq olduğunu isbat edib. Bu mini-futbol turnirində də YAP Gənclər Birliyinin üzvlərinin yüksək fəallıq nümayiş etdirməsi onu göstərir ki, bizim gənclərimiz Heydər Əliyev siyasətinə özlərinin böyük hörmət və ehtiramını nümayiş etdirir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf etdiyİni, yeniləşdiyİni deyən Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrələrini verməkdədir. “Təbii ki, ölkəmizin inkişafını bütövlükdə səciyyələndirən təkamülün müxtəlif istiqamətləri və formaları içərisində Azərbaycanda idmanın inkişafını da ayrıca qeyd etmək lazımdır. İndi Azərbaycanda müxtəlif səviyyəli beynəlxalq yarışlar keçirilir, ölkəmizin idmançıları dövlətimizin şərəfini dünya səviyyəli yarışlarda layiqincə qoruyurlar. YAP da ölkəmizin inkişafından, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ruhlanaraq bu inkişafa öz dəstəyini vermək üçün fədakarlıq nümayiş etdirir. YAP-ın ölkəmizin ictimai-siyasi həyatında iştirakı ilə yanaşı, partiyamızın sıralarında olan hər bir vətəndaş, o cümlədən, gənclər də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin reallaşmasına öz töhfələrini verirlər. Eynilə də, YAP-ın gənc idmançıları Azərbaycanın inkişafının təbliğində fəal iştirak edirlər. Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən bu mini-futbol yarışı buna əyani misaldır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov final yarışının çox maraqlı olduğunu da qeyd edib: “Turnirin final oyununu izlədik və bu oyun göstərdi ki, YAP-ın gənc üzvlərinin sırasında kifayət qədər peşəkar futbolçular yetişib. Bu da onu sübut edir ki, YAP-ın gəncləri ölkəmizin ictimai-siyasi həyatında olduğu kimi, idman sahəsində də yetişmiş insanlar olublar. Əminəm ki, bu idman yarışı ədalətli keçirildi. Sözün həqiqi mənasında layiqli komanda oyunda qalib adına sahib çıxdı. Partiyamızın Nizami və Abşeron rayon təşkilatları gənclər birliklərinin komandaları da artıq yetişmiş futbolçular kimi yarışda iştirak etdilər. Biz çox maraqlı idman yarışının şahidi olduq. ümumiyyətlə, bu turnirin Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunması çox əhəmiyyətli hadisədir. Hesab edirəm ki, növbəti illərdə də YAP Gənclər Birliyi müxtəlif turnirlər, yarışlar keçirəcək”.
Əli Əhmədov turnirin keçirilməsində verdiyi dəstəyə görə ARDNŞ-in “Neftçi” İdman Sağlamlıq Mərkəzinin kollektivinə, eləcə də, zəhməti olan hər kəsə təşəkkür edib.
Daha sonra turnirdə ilk üçlüyü qazanmış YAP-ın Nizami rayon təşkilatı Gənclər Birliyi (1-ci yer), Abşeron rayon təşkilatı Gənclər Birliyi (2-ci yer) və Sabunçu rayon təşkilatı Gənclər Birliyinin (3-cü yer) komandaları kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, turnirin keçirilməsində əməyi olan şəxslər də mükafatlara layiq görülüblər.
Tədbirdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

