XİN-in hesabatı BMT-nin sənədi kimi...
16.02.2023 [10:09]
15 yaşadək uşaqların müharibəyə cəlb edilməsi qadağandır, bu, müharibə cinayəti kimi qiymətləndirilir
Nardar BAYRAMLI
Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa olunması məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və milli nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub.
Hesabatda açıq informasiya mənbələrindən əldə olunmuş məlumat, foto və videomateriallar, eləcə də məsələ ilə bağlı üçüncü tərəflərin hesabatlarında öz əksini tapmış faktlar əsasında Ermənistanın bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozduğu diqqətə çatdırılır, etnik və milli zəmində nifrəti aşılamaqla sülhə və təhlükəsizliyə təhdid törədən əməlləri ifşa edilir. Sənəddə Ermənistanın postmünaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlarda nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılır. Bunun uşaq hüquqları və beynəlxalq humanitar hüquqla bərabər, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) kobud pozuntusu olduğu, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli Ermənistanın öz ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar vasitəsilə irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair qərarından irəli gələn öhdəliyinə əməl etmədiyinin bariz nümunəsi olduğu vurğulanıb.
Sənəddə beynəlxalq cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, uzun illər Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasəti bütövlükdə, erməni cəmiyyətinin, o cümlədən uşaqların psixologiyasına öz mənfi təsirini göstərib. Xüsusilə erməni uşaqlarda Azərbaycanfobiya hissi formalaşdıraraq, onları hərbi əməliyyatlara cəlb edən Ermənistan hərbi-siyasi rəhbərliyinin bu kimi addımları qətiyyən yolverilməzdir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, “Müharibə zamanı mülki şəxslərin qorunması haqqında” Cenevrə Konvensiyası 15 yaşınadək uşaqların müharibəyə cəlb edilməsini qadağan edir və bunu müharibə cinayəti kimi qiymətləndirir. Təəssüf ki, beynəlxalq konvensiyalar üzrə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın siyasi və hərbi rəhbərliyi qeyd olunan normaları da heçə sayıb.
Onun sözlərinə görə, bütün bunlar Ermənistan rəhbərliyinin cinayətidir: “Biz Vətən müharibəsində şahidi olduq ki, erməni tərəfi Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edib. Müharibə dövründə foto və video görüntülər də sosial şəbəkələrdə yayılmışdı. Açıq şəkildə görmək mümkün idi ki, erməni əsgərlər uşaqların əllərinə “Kalaşnikov” avtomatı verib, şəkil çəkdirirlər. Digər bir videogörüntüdə isə bir yeniyetmə erməni artilleriya qurğusunu işə salır, top atəşini həyata keçirir. Bu, bir daha Ermənistan ordusunda hərbçi sayının kəskin azalmasını, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qadın və qocalardan sonra kiçik uşaqları döyüşlərə cəlb etdiyini göstərirdi. Uşaqların döyüşlərə cəlb olunması, həm də Ermənistan ordusundakı ciddi problemlərdən xəbər verirdi”.
Millət vəkili qeyd edib ki, ermənilərin beynəlxalq hüququ pozması faktı göz önündədir və beynəlxalq təşkilatlar uşaqların hüquqlarının kobud şəkildə pozulmasına səssiz qalmamalıdır. 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edən beynəlxalq təşkilatlar bu problemə reaksiya verməli və ciddi etirazlarını bildirməlidir. Rəsmi İrəvana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir. Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, bu ölkə beynəlxalq hüququn prinsiplərinə məqsədyönlü şəkildə hörmət etməyib və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə hazırladığı hesabatın BMT sənədi kimi yayılması Ermənistanın həmin cinayətlərinin, uşaqların hərbi əməliyyatlara cəlb edilməsi faktlarının bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq birlik bu cinayətlərinə görə Ermənistana qarşı etiraz səsini ucaltmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

