Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP "Evrovision-2011" mahnı müsabiqəsinin qaliblərini təbrik edib

YAP "Evrovision-2011" mahnı müsabiqəsinin qaliblərini təbrik edib

17.05.2011 [03:26]

Yeni Azərbaycan Partiyası (YAP) “Evrovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib. Partiyanın saytında yerləşdirilmiş məlumatda deyilir: “Dünyanın ən tanınan və sevilən mahnı müsabiqəsində parlaq qələbəniz hər bir azərbaycanlının qəlbini sevinc və iftixar hissi ilə doldurur. Gənc Azərbaycan istedadlarının mötəbər Avropa mahnı yarışında misilsiz uğuru ölkəmizin dünyaya növbəti yeni və gözəl təqdimatı kimi yadda qalacaq. Siz təkcə öz adınızı deyil, həm də Azərbaycanın adını Avropanın müasir mədəniyyət tarixinə yazdınız, xalqımızın zəngin mədəni sərvətlərini və ənənələrini möhtəşəm mahnı müsabiqəsində bütün dünya qarşısında yüksək ləyaqətlə nümayiş etdirə bildiniz. Bu gün Azərbaycan xalqı, xüsusilə də gənclərimiz ölkəmizə gətirdiyiniz qələbənin sevincini yaşayır. Buna hamının haqqı çatır. Gündən - günə inkişaf edən, gözəlləşən, yeniləşən, ümummilli lider Heydər Əliyevin dediyi kimi, dünyaya günəş kimi açılan Azərbaycanın buna haqqı çatır. Bu, əslində Azərbaycanın qələbəsidir. Onun inkişafının, yüksəlişinin, artan qüdrətinin təntənəsidir. İnanırıq ki, sizin üçün ən böyük mükafat milyonlarla insanlara bəxş etdiyiniz xoşbəxtlik anlarıdır. Həyatda ən böyük uğurunuza görə sizə səmimi təbriklərimizi çatdırır və qürurla “Qələbən mübarək, Azərbaycan” deyirik”.

Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30