Həştərxanda Azərbaycan və Rusiya müəssisələrinin məhsullarından ibarət sərgi açılıb
20.05.2011 [08:38]
Azərbaycan sərgidə kənd təsərrüfatı və ərzaq sənayesi sahələrini əhatə edən 9 şirkətin məhsulları ilə təmsil olunub. üstəlik, sərgiyə tamaşa edənlər müxtəlif stend və videotəqdimatlar vasitəsilə Azərbaycan iqtisadiyyatının nailiyyətləri, sosial, sənaye, aqrar-sənaye, turizm, kənd təsərrüfatı, habelə infrastruktur sahələrində həyata keçirilmiş layihələrlə tanış ola bilərlər. Sərgidə Rusiyanın regionları, o cümlədən çeçenistan və Dağıstan respublikaları, Həştərxan, Volqoqrad, Saratov vilayətləri və s. inşaat, turizm, kənd təsərrüfatı sahələri ilə bağlı layihələrini və nailiyyətlərini nümayiş etdirirlər.
Rusiya Prezidentinin xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov sərginin açılışında çıxış edərək deyib: “Bu irimiqyaslı sərgi Rusiya-Azərbaycan əməkdaşlığının müasir potensialını əks etdirir. çoxşaxəli, hərtərəfli əməkdaşlığımız isə strateji tərəfdaşlıq xarakteri daşıyır, konkret nəticələrlə və xalqlarımızın rifahının yaxşılaşmasına yönəldilmiş birgə fəaliyyətlə təzahür olunur”.
Rusiyanın regionları ilə Azərbaycan arasında əlaqələrin son vaxtlar genişləndiyindən söz açan Vinokurov vurğulayıb ki, bu sərgi Azərbaycan və Rusiya arasında səmərəli dialoqa, regionlararası əməkdaşlığa yeni təkan verəcək.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib: “Bu səviyyədə tədbirlərin keçirilməsi Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin siyasi iradəsi sayəsində mümkün olub”.
Əli Həsənov bildirib ki, hər iki dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində, siyasi, eləcə də iqtisadi sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdır. Ə.Həsənov bildirib: “Bu forum ikitərəfli əlaqələrin inkişafına, heç şübhəsiz, layiqli töhfə verəcəkdir”.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan Ə.Həsənov deyib ki, son vaxtlar yüksək keyfiyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin açılması həmin inkişafın nəticəsi olub. Ə.Həsənov son 7 ildə Azərbaycan iqtisadiyyatının inkişafının yüksək səviyyədə olduğunu təsdiq edən statistika məlumatlarını sərgi iştirakçılarına açıqlayıb. Ə.Həsənovun bildirib ki, bu gün tərəflər əksər məsələlər, o cümlədən, Qəbələ RLS-in istismarı, eləcə də, Xəzər dənizinin hüququ statusu ilə bağlı konsensusa nail olublar: “ötən ilin sentyabrında Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı bir sıra əhəmiyyətli sazişlər imzalanıb. Onların sırasında quru ilə sərhəd keçid xəttini əks etdirən dövlət sərhədi haqqında müqavilə də var. Rusiya Azərbaycanın belə müqavilə bağladığı ilk ölkə olub”.
O, öz çıxışında forum iştirakçılarının diqqətini hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin yüksəlişdə olmasına yönəldib: “Buna isə Prezident Medvedevin son illər ərzində Azərbaycana üç dəfə səfər etməsi, İlham Əliyevin isə öz növbəsində Rusiyanın müxtəlif regionlarına dəfələrlə səfər etməsi sübutdur”.
Ə.Həsənov onu da əlavə edib ki, Azərbaycan və Rusiya BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi rolunda çıxış edir və bu münaqişənin həllinə öz töhfəsini verir”.
Ə.Həsənovun fikrincə, ölkələrin əməkdaşlığında əhəmiyyətli rolu iki ölkə arasında mədəniyyət, tibb, təhsil, idman, gənclər siyasəti, birgə informasiya mərkəzlərinin yaradılması və bu sahədə bir sıra digər layihələrin həyata keçirilməsi haqqında imzalanan sazişlər sayəsində humanitar əlaqələr oynayır. Azərbaycan rus dilinin xüsusi statusunu saxlayır, çünki respublika ərazisində 160 min rusdilli əhali yaşayır: “Keçmiş Sovet İttifaqı respublikalarında rus dili öz mövqeyini itirdiyi halda, Azərbaycanın 21 məktəbində təhsil rus dilində aparılır, daha 335 məktəbdə isə dərslər Azərbaycan və rus dillərində aparılır”.
Onun sözlərinə görə, respublikada rus dilində 50-yə yaxın qəzet və jurnal nəşr olunur, Rusiyanın dövri nəşrləri respublikanın ərazisində sərbəst şəkildə yayımlanır. “Bakıda Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir, Rus Dram Teatrı işləyir, Rusiyanın aparıcı informasiya agentliklərinin filialları açılıb. Bu tendensiya xalqlarımızın sıx şəkildə yaxınlaşmasını sübüt edir. Azərbaycanda 160 min rus yaşayır. Bu, ən böyük milli diaspordur”, - Ə.Həsənov vurğulayıb.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri çıxışını yekunlaşdıraraq deyib: “2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafına 16 milyard dollar vəsait yatırılmışdır. Respublikanın, demək olar, bütün regionlarında müxtəlif sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarını emal edən zavod və fabriklər yaradılmışdır. ümidvarıq ki, Azərbaycanda istehsal edilən məhsullar Rusiya istehlakçılarını maraqlandıracaqdır. İkinci Rusiya-Azərbaycan forumu regionlararası əlaqələrin yeni istiqamətlərinin inkişafı üçün yaxşı imkandır. Forum çərçivəsində işgüzar danışıqlar qarşılıqlı münasibətlərimizə şübhəsiz ki, yeni təkan verəcəkdir”.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Rusiya-Azərbaycan forumunun əhəmiyyətini belə səciyyələndirib: “Həştərxanda forumun keçirilməsi həm Rusiya və Azərbaycan dövlətlərinin əlaqələrinin, həm də Həştərxan vilayəti və Azərbaycan münasibətlərinin inkişafı üçün əhəmiyyətlidir”.
Onun sözlərinə görə, Həştərxan vilayəti və Azərbaycan arasında yaranmış sıx əlaqələr hazırda 49-dək layihənin həyata keçirilməsində öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

