Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm
21.05.2011 [09:21]
Görkəmli qazax yazıçısı, alimi, publisisti və ictimai xadimi Oljas Süleymenov müasir dünya ədəbi prosesinin nüfuzlu simalarından biridir. O, eyni zamanda, Azərbaycan ədəbiyyatının ən yaxşı bilicilərindən və təbliğatçılarındandır. Artıq otuz ildən çoxdur ki, Oljas Süleymenov Azərbaycanla, Azərbaycan ictimaiyyəti ilə sıx dostluq və yaradıcılıq əlaqələri saxlayır.
ötən əsrin 70-ci illərindən başlayaraq, demək olar ki, hər il O.Süleymenov Azərbaycana gəlir, paytaxtımızda və ölkəmizin digər şəhərlərində olur. Hələ 1975-ci ildə Azərbaycanda Sovet ədəbiyyatı günlərinin keçirilməsindəki fəallığına görə o, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şair-alim Oljas Süleymenov “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilib. Bu mükafat xalqımızın və ölkəmizin sadiq dostunun xidmətlərinə verilən layiqli qiymətdir.
O.Süleymenovun özünün etiraf etdiyinə görə, onun qəlbində Azərbaycana, Azərbaycan ədəbiyyatına maraq və sevgi hələ uşaqlıq illərindən - Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundovun, Sabirin, C.Məmmədquluzadənin əsərləri ilə ilk tanışlıq zamanından baş qaldırıb. Nizamidən başlayan bu sevgi tezliklə çağdaş Azərbaycan ədəbiyyatının Səməd Vurğun və Rəsul Rza kimi görkəmli nümayəndələrinin yaradıcılığına da sirayət edir. Bakıya və bakılılara, Azərbaycana və azərbaycanlılara məhəbbəti barədə o, yalnız Bakıda yox, dünyanın hər yerində, ən müxtəlif auditoriyalarda danışır.
Oljas tez-tez Bakının qonağı olur.
Azərbaycan paytaxtının heç bir böyük sənət və elm bayramı, təntənəsi Oljassız keçmir. Azərbaycan alimləri nəsrdə çingiz Aytmatovu, poeziyada isə Oljas Süleymenovu müasir ümumtürk ədəbiyyatının dünya miqyasında təmsilçiləri kimi qiymətləndirirlər.
Hər iki sənətkar qədim türk ədəbi-tarixi ənənələri ilə zəngin olan Mərkəzi Asiya regionunu təmsil edir və hər ikisi onlara dünya şöhrəti gətirmiş əsərlərini əsasən rus dilində qələmə alır. Lakin bu amil onların öz əsərlərində türk dünyagörüşünü, estetik təfəkkürünü, qədim türk ədəbi-mədəni köklərinə bağlılığı ifadə etmələrinə mane olmur.
Qədim köçəri türklərin və onların həyat arealı olan Böyük çölun mənəvi ruhu yaradıcılığının bütün mərhələlərində O.Süleymenov poeziyasının əsas motivi olub. Bu cəhət onun türk etnosunun qədim və zəngin mədəni ənənələrinə, xüsusən də, milli eposa bağlılığında, onun ruhunu öz bədii və elmi təfəkküründə yaşatmasında xüsusilə qabarıq görünür.
O.Süleymenovun yaradıcılığına yüksək qiymət verən Azərbaycan alimi Nizami Cəfərovun qənaətinə görə, O.Süleymenovun yaradıcılığı ümumtürk poeziyasının dünya arenasına çıxa bilməsi üçün mühüm addım sayılmalıdır.
Bu cəhətdən O.Süleymenovun yaradıcılığının öyrənilməsi üzrə Azərbaycanda görülən işlər xüsusi maraq doğurur. Şairə dünya şöhrəti qazandırmış “Az i Ya” əsərinin Natiq Səfərovun tərcüməsində Azərbaycan dilində nəşr edilib.
1981-ci ildə xalqımız böyük Azərbaycan şairi Nizami Gəncəvinin 840 illiyini təntənə ilə qeyd edərkən “öz böyük sözü ilə insanların qəlbində xoş duyğular oyadan, insani hisslər təlqin edən dahinin adını və əməllərini bir daha yad etmək üçün” Azərbaycana gəlib, O.Süleymenov Bakıda olarkən şəhər ictimaiyyətinin münayəndələri ilə görüşü zamanı çıxışını “Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm” sözləri ilə tamamlayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

