Zəhərlə qisas alanlar...
01.03.2023 [10:55]
İranın qaranlıq “dərman biznesi”nin pərdəarxası
1979-cu ildə İranda baş verən İslam inqilabı bu ölkənin siyasi idarəçilik modeli ilə yanaşı, qlobal dünya ilə münasibətlərinə də “yeniliklər” gətirdi. Hakimiyyətə gələn molla rejiminin qatı, radikal baxışları, orta əsrlərə söykənən fətva və qərarları, insan hüquq və azadlıqlarına münasibətdə yeni formulların ortaya çıxması İran ilə beynəlxalq aləm arasında mühüm uçurumlar yaratmağa başladı. Qısa zaman ərzində nəinki region üçün, hətta Yaxın Orta Şərq, Mərkəzi Asiya, Aralıq dənizi hövzəsi bölgəsi üçün açıq təhdidə çevrilən molla rejiminin ideoloji - hərbi baxışları ortadakı təhlükənin miqyasının anonsunu verirdi. İran ətrafında özünəməxsus ideologiya əsasda bufer zona formalaşdırmaq üçün bir neçə istiqamətdən hücuma başlamışdı. Təbii ki, bu hücumlar yalnız hərbi sfera ilə məhdudlaşmırdı - burada digər müstəvilər üzrə də gizli planlar həyata keçirilməsi nəzərdə tutulurdu.
İran “açıq qapı” axtarışında idi...
Bu planlar genişmiqyaslı idi və ilkin mərhələdə yaxın ölkələr üçün müəyyənləşdirilirdi. Həmin dövrün geosiyasi reallıqlarına nəzər saldıqda İran üçün öz planlarını həyata keçirmək yolunda münbit bir zəminin mövcud olduğunu görə bilərik:
- SSRİ dağılmışdı və ortaya çıxan yeni müstəqil dövlətlər İran üçün yeni “plasdarm” sayıla bilərdi;
- İran Qərbin sanksiyaları altında əzilən iqtisadiyyatını dirçəltmək üçün yeni bazar əldə etmişdi;
- “Humanitar” kod altında ideoloji təbliğatın gücləndirilməsi, region ölkələrində casus şəbəkələrinin formalaşdırılması daha da asanlaşmışdı;
- İllərlə ateist idarəçilik altında olmuş və azadlığını qazanmış xalqları xürafat vasitəsilə özünün hərbi-terror məqsədlərində alət kimi istifadə etmək şansı qazanılmışdı.
Beləliklə, İran üçün 1990-cı bütün mənalarda yeni mərhələ sayılırdı. Və rəsmi Tehran qarşısında “açılan qapı”ları peşəkarlıqla “dəyərləndirirdi”.
“Dərman” biznesinin aktiv təbliğatçıları:Fondlar, təşkilatlar, xeyriyyə cəmiyyətləri
İran qarşısında açılan “qapılardan” nəinki “içəri daxil olmaq”, həmin ölkələrdə “kök atıb qalmaq” şansını dəyərləndirirdi. Ortadakı məqsəd bəlli idi. Bir yandan “din təəssübkeşliyi” adı altında özünə casus şəbəkəsi formalaşdırır, digər tərəfdən isə... Özünün saxta, öldürücü mahiyyətə malik dərmanlarını məqsədli şəkildə yaymağa çalışırdı. Məhz öldürücü mahiyyətə malik saxta dərmanlarını... Bu barədə az sonra...
Hələlik isə İranın Azərbaycan və digər postsovet ölkələrinə yol tapmaq üçün istifadə etdiyi vasitələrə nəzər salmaq lazımdır...
1990-cı illərin əvvəli İranla həmsərhəd olan və ya olmayan ölkələrdə maliyyə vəziyyəti o qədər də ürəkaçan deyildi. Bu isə İran üçün göydəndüşmə fürsət sayılırdı. Həmin dövrdə aşağı maliyyə qarşılığında, hətta havayı şəkildə “müalicə”, “dərman” təklif edən qurumlar - xeyriyyə cəmiyyətləri, təşkilatlar, fondlar nəzərə çarpırdı. Nəinki böyük şəhərlərdə, İranla həmsərhəd regionlarda da fəaliyyət göstərən bu fond və ya təşkilatlar hətta xəstə insanların İrana müalicə üçün xəstələr “axtarır”, kənd və şəhərlərdə havayı dərmanlar paylayırdı. Təbii ki, həmin dövrdə İranın bu “yardımları”nın arxasında hansı məqsədlərin dayandığını görmək çətin idi. Amma sonradan bəlli oldu ki...
Belə fondlara Azərbaycanda da rast gəlinirdi. 1990-cı illərin əvvəlindən Azərbaycanda kök atmış İranın İmam Xomeyni adına İmdad Komitəsinin qeydiyyatı Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən 2011-ci ildə ləğv edildi. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərmişdi.
İnsan həyatı üçün zərərli maddələr asılılıq yaradır, sonra da... öldürür...
Beləliklə, İranın yaratdığı “dərman biznesi” birmənalı şəkildə insanların zəhərlənməsinə, hətta həyatını itirməsinə səbəb olurdu. Bu, birdən baş vermirdi - xəstələr aylarla, bəzən illərlə bu dərmanlardan asılı vəziyyətə düşürdü. Hətta elə hallar yaranırdı ki, İran dərmanları ilə müalicə edilən şəxslərə digər ölkələrdən gətirilən orijinal dərmanlar da effekt vermirdi - xəstənin sakitləşməsi üçün məhz İranın dərmanı “vacib” şərtə çevrilirdi. Bu halın özü də bir sıra şübhələr yaradırdı. Başqa sözlə, bu dərmanların tərkibində narkoloji preparatların olması ilə bağlı şübhələr hər keçən gün öz təsdiqini tapırdı:
- İran dərmanlarından istifadə edən gənc insanlar ən çox ani ürək tutmalarından həyatlarını itirirdilər;
- bu dərmanların tərkibində olan preparatlar asılılıq yaradırdı;
- hətta bu dərmanlardan istifadə etmiş bəzi idmançıların qanında beynəlxalq yoxlamalarda qanunsuz preparatlar, dopinqlər, hətta narkoloji tərkiblər müəyyən olunurdu.
Beləliklə, İran dərmanları ilə bağlı şübhələr artıq faktlarla əvəz olunurdu. Zəhərdən ölənlərin sayı isə durmadan artırdı...
Farmakoloji tərkiblər dəyişdirilirdi...
Dərmanların necə zəhərə dönməsi isə yenə də İranın qaranlıq biznes fırıldaqlarına, korporativ siyasi maraqlarına söykənirdi. Belə ki, Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bu dövləti yola gətirmək əvəzinə, yeni qanunsuzluqlara sövq edirmiş. Sanksiyalar İran dərmanlarının yerli istehsalında mühüm çətinliklər formalaşdırmışdı, hətta tədarük zəncirlərini pozurdu. İranın əczaçılıq şirkətləri dərman istehsalı üçün 10 mindən çox müxtəlif birləşmələrdən istifadə etməli idilər ki, bunları əldə etmək isə həm baha, həm də çətin idi. Bəzi dərman vasitələrinin istehsalı üçün isə dünyanın müxtəlif ölkələrində istehsal olunan 15-ə qədər maddə tələb olunur. Hətta bir elementin olmaması müəyyən bir dərmanın təsiretmə qabiliyyətinə tam əks təsir göstərə bilər. Belə baha tərkiblərin əldə edilməsi isə İranın dərman üzərindən apardığı qaranlıq siyasətinin “bahalaşmasına” yol açırdı - təbii ki, belə maliyyə “israfçılığı” molla rejimi üçün sərfəli deyildi. Ona görə də çıxış yolu farmakoloji tərkiblərin dəyişdirilməsində tapılmışdı. Bu faktlarla bağlı xarici KİV-lərdə kifayət qədər mühüm materiallar yer almaqdadır - hətta iran əsilli şəxslər molla rejiminin əl atdığı bu yolların “incəlikləri” haqda məlumatlar verirlər. Bu proses 2010-cu ildən sonra daha yüksək vüsət qazanıb. Faktlara görə, Barak Obamanın hakimiyyətdə olduğu dövrdə ABŞ hər il İrana bu və ya digər yollarla 26 milyon dollar dəyərində əczaçılıq məhsulları ixrac edirmiş. Trampın hakimiyyəti dövründə bu rəqəm 8,6 milyon dollara qədər azalıb. Tramp administrasiyası Avropa dərman preparatlarının da İrana ixracını məhdudlaşdırmışdı. Məsələn, İsveçrədən İrana əczaçılıq ixracı 30% azalaraq 2017-ci ildəki 240 milyon dollardan 2018-ci ildə 167 milyon dollara düşmüşdü. Eurostat-ın məlumatına görə, Fransanın İrana əczaçılıq ixracı 2017-ci ildəki 218 milyon dollardan 2018-ci ildə 164 milyon dollara qədər, yəni 25 faiz düşmüşdü. Bu isə İrana özünün çirkin planlarını həyata keçirmək üçün zəmin yaradırdı...
Narkotik tərkibli generik dərmanlar - İran liderdir
Dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. İcad olunmuş, tədqiqatlar və kliniki sınaqlardan keçmiş və ilk dəfə istehsal edilmiş dərman vasitələri orijinal hesab olunur. Həmin dərmanların qiyməti isə təbii olaraq yüksək şəkildə dəyərləndirilir - istehsalçıların gələcəkdə yeni dərman vasitələrinin işləyib-hazırlamaq və istehsal etməsinin əlverişli olması üçün isə 20 illik patent hüququ verilir. Həmin müddət ərzində dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin, patent müddəti bitdikdən sonra həmin tərkibdə dərman vasitələrin istehsal edilməsi hüququ digər istehsalçılara verilir. Beləliklə patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Yəni onların istehsalçıları, dərman vasitəsinə aid tədqiqatlar aparmadan istehsalına başlayırlar və əlbəttə ki, bu halda generikin qiyməti orijinaldan aşağı olur. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli sayılan dərman vasitələrinə müxtəlif fərqli inqrediyentlər daxil etməklə onun tərkibini dəyişə bilirlər. İran da özünün “dərman siyasətin”də generik dərman istehsalına böyük yer ayırır - bu ölkə generik dərmanların istehsalında dünya lideridir. Bir neçə il öncə İranın Qida və Dərman İdarəsinin (FDA) baş direktoru Əkbər Barəndeqi mətbuata açıqlamasında bildirmişdi ki, dərman istehsalında tələb olunan əczaçılıq inqrediyentlərinin təxminən 97 faizi 100 yerli əczaçılıq şirkəti tərəfindən istehsal olunur ki, onların da əksəriyyəti özəl sektora məxsusdur. Dərmanların yalnız 3 faizi dünyanın bir çox ən böyük əczaçılıq şirkətləri tərəfindən təmin edilən məhsullardan, tərkiblərdən hazırlanır. Beləliklə, İranın dərman əvəzinə zəhər hazırlayıb ucuz qiymətə ixrac etməsi faktları öz təsdiqini tapmış olur. Bu biznesdən əldə olunan milyardlarla dollar gəlir isə İranın xarici ölkələrdə formalaşan casus şəbəkələrinin və terror təşkilatlarının maliyyələşdirilməsinə yönəldilirdi...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

