Zəhərli pullarla qanlı terrora...
03.03.2023 [10:42]
Gəlir hara gedir?
İran molla rejiminin 40 illik terrorçu mahiyyəti son illərdə daha açıq şəkildə müşahidə olunmaqdadır. Bunun bir sıra mühüm səbəbləri var. Belə ki, İranın öz ətrafında formalaşdırmağa çalışdığı dini ideoloji baxışlara əsaslanan “hilalı” iflasa uğradı. Bu isə nəticə etibarı ilə İranın həyata keçirdiyi terror hərəkətləri ilə bağlı bütün həqiqətlərin üzə çıxmasına şərait yaratdı.
Qeyd edilməlidir ki, 1979-cu ildən İran hakimiyyətinin adı 40-dan çox ölkədə törədilən terror hadisələrində hallanır. Bundan başqa, Tehran rejimi beynəlxalq miqyasda 360-a qədər məqsədyönlü qətlləri, eləcə də yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan kütləvi partlayışları təşkil edib. Bu terror aktlarını və silahlı hücumları, ilk növbədə, İran İnqilab Keşikçilərinin “Qüds” qoşunu, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT), üçüncü ölkələrdəki etibarlı şəxsləri, məsələn, “Hizbullah” törədib. 1994-cü ildə Argentinanın paytaxtı Buenos Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında ETTELAAT-ın o vaxtkı şefi Əli Fəllahianın, İran səfirliyinin mədəniyyət üzrə attaşesi Əhmədrza Əsgərinin adları hallanıb. Yaxud 2018-ci ildə Avstriyada səfirlikdə işləyən Əsədullah Əsədi terror fəaliyyətində şübhəli bilinərək hazırda Belçikada həbsdədir.
Terrorçu mahiyyətin ifşası...
İranın terrorçu mahiyyətinin ifşası isə artıq rəsmi şəkil almaqdadır. Dünyanın bir sıra dövlətləri, beynəlxalq təşkilatlar İranı terroru himayə edən ölkə kimi tanımaqla yanaşı, bu dövlətin əsas hərbi gücü sayılan SEPAH-ı da terror təşkilatı siyahısına salıb. Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK), başqa adla SEPAH 1979-cu ildə İran şiələrinin lideri, ali ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsi, ən böyük qoşunudur. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən “Pasdaran” da deyilir. SEPAH İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və “azğınlığın” qarşısının alınması üzrə vəzifələri həyata keçirir. İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında, ümumilikdə, 125 000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur.
Son illərdə “milyardlarla dollarlıq iş imperiyası”na çevrilən SEPAH verilən məlumatlara görə, İran Milli Neft Şirkəti və İmam Rza Fondundan sonra İranın üçüncü ən varlı təşkilatıdır.
Dərmandan terrora - 20 milyard dollarlıq “büdcə”...
Ötən saylarımızda dərc edilmiş məqalələrdə də göstərildiyi kimi, İranın qaranlıq dərman, başqa adla narkotik ticarətinin bir qolu da məhz xarici ölkələrdə formalaşdırdığı terror təşkilatlarının, casus şəbəkələrinin qorunmasına, maliyyələşdirilməsinə yönəldilir. Tehran hakimiyyəti ucuz dərman-narkotik satışından əldə etdiyi milyardlarla dollar pulu Suriya, İraq, Yəmən, Fələstin, Livan, Əfqanıstan, keçmiş sovet respublikaları, hətta Aİ-nin bəzi ölkələrində gizli şəkildə formalaşdırdığı terror qruplarına ötürür, onların maliyyəsini qarşılayır. İranın bu yolla qazandığı pullardan hətta Bəhreynə də silah-sursat göndərildiyi bildirilir. Xarici KİV-lərin məlumatına görə, orada silahlı qruplaşma, o cümlədən “əl-Əştər” briqadası iranlılar tərəfindən təlimatlandırılır. İran 2020-ci ildə Livanda “Hizbullah”a 700 milyon dollar yardım edib. Yəməndə husilərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində həyata keçirdikləri terror aktları məhz həmin dərman satışından əldə olunan pulların hesabına hazırlanır. Bu büdcə, yəni, ümumi terrorun stimullaşmasına dərman biznesindən ayrılan pullar isə illik 20 milyard dollara yaxındır. 2021-ci ilin fevral-iyun aylarında ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndəki husi qiyamçıları üçün nəzərdə tutulan, İran istehsalı olan 1700 avtomat və 170-dən artıq raket ələ keçiriblər ki, bu da İranın müsəlman dünyası üçün yaratdığı terror təhdidini açıq şəkildə ortaya qoyur.
“QÜDS” qoşununun maliyyələşməsi rəsmi şəkildə gizli saxlanılır...
Eyni zamanda, İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” adlı qoşunu var ki, həmin silahlı birləşmənin də maliyyələşməsi gizli yollarla aparılır. Qeyd edək ki, “Qüds”ün müxtəlif ölkələrdə - hətta Qərb ölkələrində bazaları, bəzi Orta Asiya dövlətlərində, İraq, Əfqanıstan, Pakistan, Hindistan və başqa dövlətlərdə gizli qrupları fəaliyyət göstərir. Qəribədir ki, bu təşkilatın maliyyələşməsi RƏSMİ ŞƏKİLDƏ - yəni, İran hakimiyyətinin birbaşa göstərişi ilə gizli saxlanılır. Bu, “qoşun hissəsi” adlanan terror təşkilatları da birbaşa İranın ali rəhbəri Xameneiyə tabedir. Bəzi mənbələr onun “Bank of Kunlun” maliyyə qurumu tərəfindən dəstəkləndiyini bildirsələr də, bu öz təsdiqini zəif şəkildə tapır - əsas maliyyələşmə qaynağı dərman adı altında satılan narkotiikdən gələn gəlirdən təmin edilir.
“Həşdi Şəbi”yə ayrılan pullar hansı “resept”lə həyata keçirilir?
İran İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında yaratdığı “Xalq Səfərbərlik Qüvvələri” (“Həşdi Şəbi”) adı ilə tanınan qruplaşmanın da maliyyəsini məhz bu yolla həyata keçirir. Qeyd edək ki, bu təşkilatın tərkibində 7 silahlı qrup var. Onların sayının 100-150 min olduğu bildirilir. Maraqlıdır ki, İraq İŞİD-dən təmizlənsə də, “Həşdi Şəbi” hələ də bu ölkədə fəaliyyətini davam etdirir. Başqa sözlə, İran bu qoşuna qaranlıq “dərman büdcəsindən” milyonlarla maliyyə vəsaiti xərcləyir. Tehran xarici ölkələrdə qoşunlar saxlamaqla ölkəsinin təhlükəsizliyi adı altında hakimiyyətin qalmasını və əhəmiyyətsiz doktrinanın yayılmasını təşkil edir.
Bundan başqa, hətta xarici ekspertlər də İraqın tanınmış şiə lideri, bu yaxınlarda siyasətdən çəkildiyini bəyan etmiş Müqtədə əs-Sədrin SEPAH tərəfindən, başqa sözlə, gizli qaynaqlardan maliyyələşdirildiyini irəli sürür. Yayılan məlumatlara görə, son dövrlərdə İraqda İranın nüfuzunun aşağı düşməsi və digər sünni dövlətlərinin rəsmi Bağdada daha çox təsir göstərməsi əs-Sədri siyasətdən çəkilməyə vadar edib.
Faktlar, rəqəmlər- İran terroru dərmanla maliyyələşdirir...
İranın narkotik vasitələrin satışından əldə etdiyi gəlirdən özünün hərbi-terror maraqları üçün istifadə etməsi isə faktlarla sübuta yetirilir. Belə ki, ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən iri Avropa şirkətlərinin bir çoxu İranı tərk edib. Bütün bu sanksiyalar və məhdudlaşdırıcı tədbirlər nəticəsində İrana valyuta axını azalıb və bu, SEPAH-ın regionda təsir imkanlarını azaldıb. Nəticədə İran rejimi stabil valyuta axını təmin etmək üçün beynəlxalq narkotik ticarəti ilə məğul olmağa başlayıb. İranın, xüsusən də SEPAH-ın, İrana bağlı Hizbullahın qlobal narkotik ticarəti şəbəkəsində iştirakına dair sübutlar var:
* Bir neçə il öncə İnqilab Keşikçilərinin generallarından olan Həsən Həşiminesap Anari, 185 kiloqram heroin, 385 kq morfinlə tutulmuşdu. General Anari narkotiki Ciroft bölgəsindən alıb, İraq üzərindən Avropaya daşımaqla məşğul idi.
* Başqa bir nümunədə isə İran-İraq müharibəsinin qazisi Səməd Qasımpur narkotik ticarəti ilə məşğul olduğundan, edam cəzasına məhkum olunmuşdu. Daha sonra İranın ali rəhbəri tərəfindən 2013-cü ildə əvvəlki xidmətlərinə görə, bağışlanılıb, sərbəst buraxılmışdı.
* 2012-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi narkotik qaçaqmalçılığındakı iştirakına görə, SEPAH-ın “Qüds” qüvvələrinin Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətindəki komandanı Qulamrza Bağbaniyə qarşı sanksiya tətbiq etmişdi. General Bağbani SEPAH-ın “Taliban”a göndərdiyi silah-sursatın çatdırılması müqabilində narkotik qaçaqmalçılarının İran sərhədindən rahat keçmələrinə, o cümlədən tiryəki İran daxilində yaymalarına şərait yaradırdı.
* 2013-2017-ci ildə isə İtaliya hökuməti Avropa Birliyinə narkotiklərin çatdırılmasını təmin edən 9 nəfərlik bir qrupu ifşa etmişdi. Həmin şəxslərin İraqda SEPAH-ın nəzarət etdiyi “Həşdi-Şəbi” dəstələrinin üzvü olduğu və general Bağbani tərəfindən idarə olunduğu müəyyən edilmişdi.
* 2014-2020-ci ildə Rumıniyada tutulan 1,3 ton narkotikin də SEPAH-ın vasitəsilə Suriyadan ölkəyə gəlib çıxdığı bəlli olmuşdu.
Bəli, SEPAH-ın, başqa sözlə, İran hakimiyyətinin ən ali səviyyədə narkotik ticarətini təsdiqləyən onlarla belə fakt mövcuddur. Gizli “dərman biznesi” isə narkotik şəbəkəsinin əsas pərdələyici vasitəsi sayılır. Beləliklə, İran “dərman” adı altında həm də terrorun maliyyələşdirilməsini, stimullaşdırılmasını təmin edir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

