/ / Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu böyük maraq doğurur
Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu böyük maraq doğurur
04.06.2011 [09:09]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva pavilyonun açılış mərasimində iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan rəssamlarının əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olub. Bir çox sənətsevərlər Azərbaycan müasir incəsənətinin çox yüksək səviyyədə olduğunu söyləyir, bütövlükdə müasir dünya sənət anlamı ilə yanaşı addımladığını, hətta bəzən irəlidə getdiyini deyirlər.
Azərbaycan pavilyonuna saysız-hesabsız tamaşaçı axını var. Bu il Venesiya Biennalesinin mövzusu “İllumination”, yəni millətlərin işığı kimi səsləndiyindən Azərbaycan rəssamlarının əsərlərinin motivləri də Azərbaycanı ifadə edərək “Relational, of Baku”, yəni “Bakıya məxsus” reallıqları, emosiyaları, təəssüratları və xatirələri qabartmaq, doğma diyardan nə qədər ayrı olsalar da, Vətənlə qırılmaz tellərlə bağlı olduqlarını göstərməkdir. Bu rəssamlardan yalnız ikisinin - Altay Sadıqzadənin və Mikayıl Əbdürrəhmanovun Azərbaycanda yaşadığını nəzərə alsaq, dediklərimizin nə qədər mühüm olduğu anlaşılar.
Artıq bir neçə ildir ki, Xanlar Qasımov və Ağa Hüseynov Amerikada, Zeyqəm Əzizov Böyük Britaniyada, Aydan Salahova isə Moskvada yaşamalarına baxmayaraq Bakı mövzuları, Şərq həyatı, Şərqlə Qərbin əbədi təması və təzadı onlar üçün müqəddəs mövzular olaraq qalmaqdadır. Altay Sadıqzadə və Mikayıl Əbdürrəhmanov isə öz nəslinin ən müasir rəssamları kimi çıxış edir, klassik rəssamlığın dili ilə çağdaş sənət axarına qoşularaq ən contemporary - yəni ən çağdaş olaraq baxılırlar.
Rəssam Aydan Salahova jurnalistlərə sərginin çox gözəl keçdiyini, həmkarlarının yüksək səviyyəli əsərlərlə çıxış etdiklərini söyləyib. Aydan Salahova ölkəmizin birinci xanımının sərgiyə gəlişindən təsirləndiyini, bunun yaradıcı insanların istedadına və əməyinə göstərilən ən böyük diqqət və qayğı olduğunu deyib. Aydan Salahova həm də sərgidə müəllifi olduğu iki əsərin Venesiyaya gətirilən zaman zədələndiyindən təəssüflənir və bunun nəticəsində sərgi zamanı bu əsərlərin müvəqqəti olaraq ağ örtüklə bağlandığını deyib. Hazırda bu əsərlər yenidən bərpa olunur və çox qısa zamanda tamaşaçıların diqqətinə təqdim ediləcək.
Sentyabrın 30-dək davam edəcək sərginin təkcə ilk iki günündə Azərbaycan pavilyonunu 5000 nəfərdən artıq tamaşaçı ziyarət edib.
Azərbaycan pavilyonu təkcə tamaşaçıların deyil, həm də əsl peşəkarların - başqa ölkələri təmsil edən rəssamların və kuratorların da diqqətini cəlb edir. öz növbələrində Azərbaycan rəssamları da digər pavilyonlara baxır, dünyada mövcud olan və yeni inkişaf edən müxtəlif sənət cərəyanları ilə bir daha təmasda olurlar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

