Qayıdış üçün...
14.03.2023 [10:12]
Ən uyğun zaman
Mübariz FEYİZLİ
Ermənistan hökuməti məsuliyyətini dərk etməli, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır
Zamanında Qərbi Azərbaycandan - indiki Ermənistan adlandırılan dövlətin ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır. Artıq tarixi ədalətsizliyə son qoyulmasının zamanı çatıb. Qərbi Azərbaycan İcması beynəlxalq hüququ və təcrübəni əsas götürməklə soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə tarixi yurd yerlərinə qayıdışi ilə bağlı konsepsiya hazırlayıb. Konsepsiyadan da bəlli olduğu kimi, icma azərbaycanlıların qayıdışına Ermənistan hökuməti ilə dialoq qurmaq yolu ilə nail olmaq niyyətindədir. Bu məramla da Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırıb.
Hazırda qayıdış konsepsiyasının reallaşdırılması üçün ən uyğun zamandır. 44 günlük müharibəyədək olan zaman kəsiyində biz əsas diqqətimizi və gücümüzü ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına yönəltmişdik. Artıq bu hədəfimiz reallaşıb. 44 günlük müharibə Müzəffər Ordumuzun parlaq Qələbəsi ilə yekunlaşdı və tarixi ədalət bərpa olundu. Bundan sonra qarşımızda duran prioritet hədəflərimizdən biri soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışına nail olmaqdır. Qərbi Azərbaycan İcması dədə-baba torpaqlarından qovulan azərbaycanlıların qayıdışına dinc vasitələrlə nail olmaq niyyətindədir. İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir. Prosesin sülh şəraitində və ədalətli şəkildə həyata keçirilməsi həm də Ermənistan hökumətinin hansı mövqeni tutmasından asılı olacaq. Məktubda da bildirildiyi kimi, heç bir ixtilafa yol verilməməsi üçün Ermənistan hökuməti qayıdış məsələsi üzrə dialoqa başlamalıdır. İcma məktubda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini bu ölkənin ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırır. Sənəddə, həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanır. “Azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir. Ədalət və barışıq naminə biz insan haqları və reinteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır”, - deyə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq. Bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və reinteqrasiyadan keçir”. Bu fikirlər isə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin bəyanatında əksini tapıb.
Bəyanatda bildirilir: “Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik.
Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və reinteqrasiyaya əsaslanır.
Xarakterik haldır ki, həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarı müvafiq olaraq Azərbaycan dövləti və Qərbi Azərbaycan İcmasıdır. Ümid edirik ki, erməni tərəfi “etnik uzlaşmama” kimi qeyri-konstruktiv yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik kimi ülvi bəşəri dəyərlərə əsaslanan addımları dəstəkləyəcək”.
Qayıdış niyyətinin Ermənistana qarşı ərazi iddiaları anlamında təqdim
edilməsi kökündən yanlışdır
Bəs Qərbi Azərbaycan İcması Ermənistan höhuməti ilə qurulacaq dialoq çərçivəsində hansı məsələləri müzakirə edə bilər? İcma o qənaətdədir ki, qayıdış prosesinin ədalətli və layiqli şəkildə baş tutması üçün Ermənistan hökumətinin üzərinə bir sıra öhdəliklər düşür. O cümlədən, dialoqun gündəliyi aşağıdakı məsələləri əhatə edə bilər:
- Ermənistan hökuməti soydaşlarımızın öz dədə-baba torpaqlarında yerləşdirilməsi üçün müxtəlif seçimlər təklif etməlidir. Təbii ki, bu variantlar adekvat olmalıdır və həmin variantlar hazırlanarkən tarixi faktlar əsas kimi götürülməlidir,
- Qayıdış prosesinə Ermənistan hökuməti və müvafiq beynəlxalq qurumlar tərəfindən təhlükəsizlik zəmanətləri verilməlidir. Məsələn, soydaşlarımızın məskunlaşdırılacağı ərazilərdə mütləq qaydada beynəlxalq mandata malik missiyaların yerləşdirilməsi təmin edilməlidir. Çünki Ermənistan dövləti qeyri-ciddi imicə malikdir və öz öhdəliklərindən yayınmaq üçün daim müxtəlif manipulyasiyalara əl atır. Beynəlxalq sülhməramlı missiyanın tərkibi Qərbi Azərbaycan İcmasının etibar etdiyi ölkələrin qüvvələrindən formalaşdırılmalıdır,
- Ermənistan hökuməti soydaşlarımızın pərakəndə şəkildə yerləşdirilməsinə icmanın kəskin etiraz edəcəyini nəzərə almalıdır. Bizim soydaşlarımızın hansı ərazilərdən deportasiya edildiyinin dəqiq xəritələri var. Qayıdış prosesində həmin xəritələr əsas götürülərək azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin coğrafi tamlığı bərpa olunmalıdır,
- Ən mühüm məsələlərdən biri indiki Ermənistan ərazilərində məskunlaşdırılacaq soydaşlarımızın Azərbaycanla maneəsiz gediş-gəlişlərinə şəraitin yaradılmasıdır. Çünki soydaşlarımız ötən onilliklər ərzində Azərbaycanın ayrı-ayrı regionlarında yaşayıblar, onların yeni qohumluq və digər əlaqələri yaranıb,
- Ermənistan hökuməti müvafiq xəritələrə uyğun olaraq müəyyənləşdirilən ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin bərpası qayğısına qalmalıdır,
- Məqsədli şəkildə erməniləşdirilən toponimlər mütləq qaydada dəyişdirilməlidir, azərbaycanlılara məxsus yer adları bərpa olunmalıdır.
Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının qayıdış məsələsini gündəmə gətirməsi ətrafında süni ajiotaj yaratmasının, bunu beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın ərazi bütövlüyünə təhdid anlamında təqdim etməyə cəhdlər göstərməsi isə kökündən yanlışdır. İcmanın Ermənistanın ərazi bütövlüyünün dəyişdirilməsinə nail olmaq kimi bir niyyəti yoxdur. Zamanında indiki Ermənistan ərazilərindən qovulan soydaşlarımızın dədə-baba torpaqlarına qayıtmaq istəkləri isə tam başadüşüləndir və onların bu haqqı təmin edilməlidir. Ermənistan hökuməti dialoq prosesində Azərbaycanın postmüharibə dövründə nümayiş etdirdiyi xoş mərama istinad edə bilər. Azərbaycan Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli əhaliyə təhlükəsizlik təminatları verdiyini yüksək şəkildə bəyan edib. Azərbaycan dövləti ermənilərin reinteqrasiyasına şərait yaratmağa hazırdır. Bəs eyni davranışı Ermənistan hökuməti azərbaycanlılara münasibətdə niyə nümayiş etdirməməlidir?
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19

