Qərəz kampaniyası davam edir
14.03.2023 [10:37]
Avropa Parlamenti öz ampluasında...
Laçın yolunun guya “blokada”da olması kimi iddialar, “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə olmayan məsələlər...
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpası, yeni əməkdaşlığın formalaşması bəzi xarici qüvvələrin maraqları ilə uzlaşmır. Daha doğrusu, illərlə keçmiş “münaqişə”ni özü üçün qazanc mənbəyi, siyasi-iqtisadi təzyiq rıçaqı kimi görənlər bugünkü yeni reallıqlarla barışa bilmir. Bu mənada, zaman-zaman Azərbaycana qarşı fərqli standartları ilə Avropa Parlamenti “xüsusilə” seçilir. Avropa Parlamentinin əksər deputatlarının anti-Azərbaycan mövqeyində olması sirr deyil. Amma avropalı parlamentarilərin bu gün sülhün möhkəmlənməsinə yardım etmək əvəzinə, pozucu fəaliyyətə meyillənməsi anlaşılan deyil. Bu, tərifi “çuvala sığışmayan” Qərb demokratiyasının iflasının əyani sübutu və nümayişidir. Brüssel görüşü öncəsi Avropa “təsisatlarının” hər hansı bir təzyiqə, daha doğrusu, təxribata əl atmaq cəhdləri yersiz, əsassız və qərəzlidir. Ermənistanı dəstəkləyənlər unutmamalıdır ki, dəhlizlərin açılmasına, sərhədlərin müəyyənləşməsinə mane olmaqla ən böyük pisliyi elə Ermənistana edirlər.
AP Ermənistan parlamentinin komitəsinə çevrilib
Bəli, Avropa Parlamenti yaxın zamanda növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, bir daha qurumun ölkəmizə münasibətdə düşmən mövqedə dayandığını sübut edir. Qərəzli “qətnamə layihəsi”nin ilkin mətnində isə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə, olmayan məsələlər qeyd edilib.
Təəssüfləndirici haldır ki, özünü “qədim Avropa demokratiyasının güzgüsü” adlandıran bu qurum tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Sanki AP Ermənistan parlamentinin komitəsinə çevrilib, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir. AP-nin vaxtaşırı bu kampaniyalara “müraciəti”, anti-Azərbaycan fəaliyyəti isə ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdi kimi dəyərləndirilir. Bu isə yolverilməzdir. Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinin qorunması uğrunda mübarizəsi ilə seçilib. Bu gün də eyni prisiplərə sadiqlik nümayiş etdirməklə hər bir problemin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu əməli fəaliyyətimizlə göstəririk.
AP son dövrlərdə korrupsiya cinayətləri ilə gündəmə gəlir...
Ölkəmiz uzun illərdir ki, beynəlxalq arenada mühüm üstünlükləri ilə şöhrət qazanıb. Qeyd edildiyi kimi, hər zaman beynəlxalq hüquqa, konvensiyalara sədaqət Azərbaycanın əsas fəaliyyət aspektidir - bütövlükdə proseslərə baxış bu müstəvidə qiymətləndirilir. Eyni zamanda, rəsmi Bakının apardığı aktiv xarici siyasət, NAM-a (Qoşulmama Hərəkatı) uğurla sədrlik etməsi, həmçinin X Qlobal Bakı Forumunun uğurları və digər qlobal təşəbbüslər ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. Bəs Avropa Parlamenti son dövrlərdə hansı addım və ya hərəkəti ilə “yadda qalıb”- son dövrlər AP ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir. Bu xüsusda, Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır.
Bu kimi “qərəzli qətnamə”lərin qəbulu proseslərində yaşanan korrupsiya hallarında isə ilk yada düşən erməni “iş adamları” olur. Səbəb isə ortadadır. Məsələn, Kaspar Karapetyanın AP-nin bir sıra deputatlarını drijor çubuğu ilə idarə etməsi sirr deyil. Karapetyanın brilyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu hallar AP kimi qurum üçün utancvericidir. Xatırladaq ki, “çirkli” Afrika brilyantları ilə milyardla dollarlıq sərvət qazanan 74 yaşlı Kaspar Karapetyan Avropa siyasi isteblişmentinin müxtəlif nümayəndələri ilə şəxsi dostluq əlaqələri qurmağı bacarıb - o cümlədən Avropa Parlamentində Ermənistanla Dostluq Qrupunun üzvləri onun dirijor çubuğuna baxır və onun maliyyəsi ilə “dolanır”. Karapetyan brilyant qaçaqmalçılığından əldə etdiyi çirkli gəlirin bir hissəsini məhz Avroparlamentin bu kimi qərəzli qətnamələrinə “xərcləyir”.
Eyni zamanda, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Çünki müasir “səlibçi”lərə çevrilən AP-nin bir sıra deputatları, irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır.
“Səlibçi təfəkkür”...
Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür. Bunun mühüm səbəblərindən biri isə onların səlibçi düşüncələridir. Başqa sözlə, XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir. Çünki Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi dövrdə Avropa Parlamenti niyə susurdu?
Və ya 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin niyə yadına düşmür? Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti, niyə Ermənistanı hələ də işğal altında saxladığı 8 Azərbaycan kəndini azad etməyə çağırmır? Cinayət törətmələri məhkəmə istintaqı ilə sübut olunmuş Azərbaycanda saxlanılan ermənilərin məsələsini hər fürsətdə qabardan AP, bu vaxta kimi bir dəfə də olsun 4000-ə yaxın itkin düşmüş azərbaycanlının sonrakı taleyinə dair Ermənistanı niyə sorğulamayıb? Bütün bu və bu kimi suallar hələ də öz cavabını gözləyir. Avropa Parlamenti kimi yalnız qərəzə əsaslanan təşkilatlar isə bu kimi sualları cavablandırmaqdan hər zaman çəkinib...
Normallaşma prosesinə ziddir...
Maraqlıdır ki, AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Belə ki, Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. O cümlədən, AP-nin ölkəmizə qarşı açıq-aşkar qərəzli qətnamələri Avropada yaşayan radikal və Ermənistandakı reallıqları dərk etməyən erməni icmasının maraqlarına xidmət edir. “Nəticə” ortadadır - Ermənistanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. AP-nin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə bütövlükdə ziddir və ümumilikdə normallaşma prosesi ilə ziddiyyət təşkil edir.
Növbəti selektiv yanaşma...
Beləliklə, AP-nin tutduğu yarıtmaz və qeyri-rasional, qərəzli mövqe regionda vəziyyəti sabitləşdirmir - tam əksinə, prosesləri yenidən fərqli məcralara sürükləyir. Başqa sözlə, regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən AP olacaq. Vurğulanmalıdır ki, qəbul olunması gözlənilən “qətnamə layihəsi”ndə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərtlər kontekstində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin vacibliyi vurğulanır. Deməli AP beynəlxalq hüququn norma və prinsiplərinə növbəti dəfə selektiv yanaşma sərgiləyir - 30 il ərzində Ermənistanın işğalına haqq qazandırdığı kimi davranır.
Cənub Qaz Dəhlizinin də əleyhinə idi...
Xatırlatma vermək yerinə düşər ki, vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı da çıxmışdı. Lakin zaman Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini, Azərbaycanın Avropa üçün əhəmiyyətini sübut etdi. Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, ötən ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşması imzalandı. Bu sənədlərin fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək - Avropa Parlamenti isə özünün qərəzi və yalanları ilə üz-üzə qalacaq.
“Xristian irsi qorunmalı, müsəlman irsini isə dağıtmaq olar” yanaşması...
Bu kimi qeyri-obyektiv “qətnamələr” Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. Halbuki, bu dövr Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunmuşdur. Ermənistan işğal altında saxladığı şəhər və kəndləri qəsdən dağıtmaqla yanaşı, Azərbaycan xalqının bütün mədəni irsini məhv edib. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Maraqlıdır ki, AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir - işğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini isə inkar edir. Bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. Görünən budur ki, AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. “Xristian irsi qorunmalı, müsəlman irsini isə dağıtmaq olar” yanaşmasına şahidlik edirik. Bu isə AP-nin müasir səlibçilərə çevrildiiyni növbəti dəfə təsdiqləyir.
Vurğulanmalıdır ki, Ermənistanın vəhşiliyi və barbarlığı yalnız 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə özünü göstərməyib - indiki Ermənistan Respublikası ərazisində yaşayan 250 mindən artıq azərbaycanlı öz yurdlarından zorla qovulduqdan sonra oradakı Azərbaycan, habelə müsəlman irsi də tamamilə məhv edilib. Bütün məscidlər dağıdılıb, yalnız bir məscid saxlanılıb ki, o da İran hökumətinə jest kimi “fars məscidi” adlandırılıb. Lakin bu dəhşətli cinayətlər qarşısında AP susub və susmaqda davam edir. Bu isə Ermənistanda antisemitizmin ən təhlükəli həddə çatmasında da özünəməxsus rol oynayıb. Ermənistan nadir monoetnik ölkələrdən biridir. AP isə bu irqçı, faşist ideyalarını dövlət səviyyəsində təşviq edən ölkəni hansı səbəblə müdafiə edir, bu anlaşılan deyil.
AP özünü nufuzdan salıb...
Onsuz da bütün dünya tərəfindən qərəzli qətnamələri ilə “ad çıxarmış” AP məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq xatirinə qəbul etdiyi sənədlərlə özünü nüfuzdan salıb, qeyri-ciddi obrazını yaradır. Qurum belə qızışdırıcı siyasəti ilə lüzumsuz yerə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə çalışır. Vurğulanmalıdır ki, Ermənistanı açıq şəkildə dəstəkləyən və regionda rəsmi İrəvanın xeyrinə güc balansını dəyişməyə çalışan AP, qətnamə layihəsində Türkiyəni regionda stabilliyi pozmaqda ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır.
Aİ missiyasını öz ərazisinə buraxmaq üçün Azərbaycana çağırış edən AP, bir vacib məqamı diqqətə almalıdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan müstəqil dövlətdir - öz ölkələrindəki muzeylərdə işğal etdikləri dövlətlərin insanlarının kəllə sümüklərini nümayiş etdirən və bu qəbildən olan qeyri-insani hərəkətlər edən bəzi ölkələrin Avropa Parlamentində təmsil olunan deputatları Azərbaycanı “Qənimətlər Parkı”na görə ittiham etməsi isə riyakarlıqdır. Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cür barışa bilməyən AP-nin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edir. Təbii ki, bu, yolverilməzdir.
Regionda sabitləşdirici faktor qismində çıxış edən Azərbaycan, həm də yeni əməkdaşlıq platformalarının yaradılmasında maraqlıdır. AP isə özünün bu kimi qərəzli və əsassız addımları ilə regionun gələcək inkişafını da ləngitməyə çalışır. Burada isə onun maraqları şəxsi ambisiyalara söykənir - hətta ermənilərin əleyhinə olsa da...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

