/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda Nizami Gəncəvinin adını daşıyan bağın açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda Nizami Gəncəvinin adını daşıyan bağın açılışında iştirak edib
07.06.2011 [09:51]
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Leyla Əlyeva mərasimi açaraq bildirib ki, Nizami Gəncəvi adına bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq Administrasiyasının daha bir layihəsidir. O, deyib: “2002-ci il iyunun 9-da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt-Peterburqda abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt-Peterburqa hədiyyəsi olmuşdur. Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, Fondun nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraqmentlər təsvir olunmuş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. Sankt-Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin adı verilmişdir”.
Göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən Leyla Əliyeva əmin olduğunu bildirib ki, Heydər Əliyev Fondu və Sankt-Peterburq Administrasiyası gələcəkdə hələ xeyli maraqlı layihələr həyata keçirəcəklər.
Sankt-Peterburqda Nizamiyə abidə ucaldılmasının tarixçəsindən söz açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, şimal paytaxtının ziyalıları Böyük Vətən müharibəsinin ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd ediblər. Böyük Nizamiyə bu qayğıkeş münasibəti Azərbaycan xalqının heç vaxt unutmayacağını vurğulayan səfir Sankt-Peterburqda onun abidəsinin ucaldılmasında iştirak edənlərə və bu ideyanı dəstəkləyənlərə minnətdarlığını bildirərək deyib: “Bu abidə və bağ Azərbaycan və Rusiya arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir”.
Sankt-Peterburq hökumətinin Mədəniyyət Komitəsi sədrinin müavini Aleksandr Platunov sözügedən hadisənin Sankt-Peterburq sakinləri üçün əhəmiyyətindən, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsində oynadığı roldan söz açıb.
ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun mavini İlqar Hacıyev iki xalq arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün belə aksiyaların böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bağın açılışını şimal paytaxtında Azərbaycan icmasının həyatında əlamətdar hadisə adlandıraraq vurğulayıb ki, Heydər Əiliyev Fondunun Rusiya nümayəndəliyi Rusiyada çeşidli layihələr həyata keçirir. Əfsanəvi Fərman Salmanovun abidəsinin, “Nevski pyatoçok” deyilən ərazidə qəhrəman azərbaycanlıların xatirəsinə stelanın ucaldılması belə layihələrdəndir. Bu gün isə Nizami Gəncəvinin adını daşıyan bağın açılışıdır. Dəstəyə görə şəhər administrasiyasına minnətdarlığını bildirən Q.Osmanov deyib: “Abidə peterburqlulara hədiyyə edilmişdir, bağ da Azərbaycan xalqı adından şəhərlilərə hədiyyədir”.
Sonra Leyla Əlyeva rəmzi lenti kəsərək, dahi Azərbaycan şairinin abidəsi önünə çiçəklər qoyub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

