Moskvada Rusiyanın azərbaycanlı gənclərinin "AMOR" jurnalının növbəti nömrəsi çapdan çıxıb
09.06.2011 [10:08]
“AMOR” jurnalının baş redaktoru, eyniadlı qurumun sədri Leyla Əliyeva redaktor sütununda yazır: “RAGT-ın hər il mayda keçirilən konfransı münasibətilə yeni jurnal buraxmaq bizim üçün artıq ənənəyə çevrilir və qoy bütün təşəbbüslərimizin uğurla nəticələnməsi də xoş ənənəyə çevrilsin”.
Jurnalın bu nömrəsində gənclərin ayrı-ayrı nailiyyətləri barədə məlumat əldə etmək olar. Burada istedadlı, parlaq, öz peşəsinin vurğunu olan insanlar - fəxr etdiyimiz və nümunə götürdüyümüz azərbaycanlılar haqqında xeyli oçerk yer alıb. Baş redaktor yazır: “Gənclərin maraq dairəsi çox genişdir: təhsil, ünsiyyət, musiqi, teatr, kino, səyahət və texnologiyalar. Biz həyatın müxtəlif tərəflərinin hələ tədqiq edilməmiş, lakin cəlbedici təzahürlərini axtarıb tapmağa çalışdıq”.
Jurnalın yeni nömrəsi “Azərbaycanın gələcəyi gənclərin əlindədir” məqaləsi ilə açılır. Məqalədə mart ayında Strasburqda keçirilmiş Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) məqsəd və vəzifələrindən söz açılır. Məqalə müəllifi qeyd edir ki, bu forumu mühüm tarixi hadisə adlandırmaq olar, çünki o, gənclər hərəkatının prioritetlərini, təhsildən sonra vətənə qayıdacaq gələcək mütəxəssislərin həyat perspektivlərini müəyyənləşdirmək məqsədi daşıyır.
Jurnalın əsas mövzularından biri, heç şübhəsiz, Azərbaycanın Eldar və Nigar duetinin parlaq qələbəsi, habelə növbəti “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi olub. Jurnalın baş redaktoru, RAGT-ın sədri Leyla Əliyeva öz redaktor sütununda Azərbaycanı bu qələbə münasibətilə təbrik edərək yazır: “Eldar və Nigar dueti çox gözəl idi. Gözlənilməyən, lakin heç şübhəsiz layiqli qələbədir. Azərbaycan bu müsabiqədə 2008-ci ildən çıxış etməyə başlamışdır, biz bu mötəbər tədbirin Bakıda keçirilməsinə çox tez nail ola bildik. Əminəm ki, gələn il dünyaya çox gözəl şou göstərəcəyik. Bu şounu uzun müddət xatırlayacaqlar. Qələbəmizin doğurduğu emosiya və həyəcanı sözlə ifadə etmək mümkün deyildir. Hər birimizin ürəyi Azərbaycana, gənclərimizə görə qürur hissi ilə aşıb-daşır. Bu, ölkəmiz, mədəniyyətimiz, adətlərimiz və tariximizdən danışmaq üçün gözəl fürsətdir. Biz bu qələbəni birlikdə qazanmışıq”.
Jurnalın bu nömrəsində “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində RAGT-ın fəaliyyəti barədə material yerləşdirilib. RAGT Azərbaycan xalqının tarixinin bu qanlı səhifəsi barədə həqiqətləri çatdırmaq üçün bütün qitələrdə aksiyalar təşkil edir.
Jurnalın bu nömrəsində böyük siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xatirələr, Londonun City Universitetinin tələbələrinin Böyük Britaniyada Azərbaycan diasporunun mütəşəkkilliyini möhkəmləndirmək istiqamətində fəaliyyəti, Yekaterinburqda RAGT gənclər təşkilatının uğurları, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dilini öyrənən bir qrup tələbəsinin Bakıya səfəri barədə maraqlı məqalələr, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi və bir çox digər illüstrasiyalı materiallar yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

