İctimai Palataya mitinq məsləhətləri verilib
17.06.2011 [10:05]
Hakim Yeni Azərbaycan Partiyasından müxalif İctimai Palatanın iyunun 19-da Bakının “Nərimanov” kinoteatrının qarşısında sanksiyalaşdırılmamış mitinq keçirmək qərarına münasibət bildirilib. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, İctimai Palata iyunun 19-da heç nəyə nail ola bilməyəcək: “üç-dörd adam aksiya keçirməyə cəhd göstərəcək və bununla da hər şeyi yekunlaşdıracaqlar. Hər zaman olduğu kimi iyunun 19-da da polis qanunun keşiyində dayanacaq və Bakı şəhər İcra Hakimiyyətinin icazə vermədiyi yerdə qanunsuz aksiyanın keçirilməsinin qarşısı qətiyyətlə alınacaq”.
YAP rəsmisi hesab edir ki, İctimai Palata məqsədli şəkildə Bakı şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi yerdə mitinq keçirməyə cəhd edir: “Razılıq verilən yerdə aksiya keçirmək istəmirlər. Elə yer seçirlər ki, orada qarşıdurma yaratsınlar. Bunun da əsas səbəbi odur ki, həmin insanların sosial bazası yoxdur. Adama deyərlər ki, əgər sənin tərəfdarın varsa, get mitinqi lap Ərdəbildə keçir, harada olmasından asılı olmayaraq tərəfdarın ora gələcək.
Tərəfdarları olmadığına görə mitinqi şəhərin mərkəzinə, insanların sıx toplaşdıqları yerlərə təyin edirlər. İstəyirlər ki, yoldan keçənin, dərədən ötənin, mağazaya gedənlərin şəkilini çəkdirib CNN-də, orda-burda göstərib kütləvi aksiya keçirmək adı ilə 5-10 manat əlavə pul alsınlar. Bu hamıya bəllidir. Ona görə də Bakı şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerlə qane olmayacaqlar.
Meriya tamamilə düzgün edib elə cavab verib. çünki qanunda da göstərilib ki, rəngindən, xasiyyətindən, xarakterindən, mövqeyindən asılı olmayaraq, dövlət bütün vətəndaşların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Bakı şəhər İcra Hakimiyyəti deyir ki, dövlət bu gün yalnız 20-ci yaşayış sahəsində keçirilən mitinqin təhlükəsizliyinə təminat verir. Başqa yerdə aksiya keçirilərsə, dələduzun biri gəlib bir qumbara, bomba atıb nəsə edər. Ona görə də dövlət başqa yerdə təhlükəsizliyə təminat verə bilmir.
Gedib müəyyən olunan yerdə mitinqlərini keçirsinlər, ictimaiyyətə mesajlarını versinlər və evlərinə qayıtsınlar. Hazırda yay mövsümüdür, hava da yaxşı keçir. Yaxın yerdir, Şıx çimərliyinə gedib dənizdə çimə də bilərlər”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

